HACI ZEYNALABDİN TAĞIYEV

Bir nəfə Hacının yanına dəfələrlə gəlib, onun iş müdirlərinin birindən çuğulluq edir:  "Əli əyridir, sənin hesabına ikimərtəbəli mülk tikdirib, qardaşına da dükan açıb, fayton alıb, onu işdən qov" . Hacı gülümsəyib deyir:" Qalmağı məsləhətdir. O, nə lazımdır hamısını eləyib, bundan sonra işləyəck, onu çıxardıb, başqa adam götürsəm, o da köhnənın elədiklərini yenidən başlayacaq. Qalmağı məsləhətdir!"

Bir gün Bakı varlıları Hacıya şikayət edirlər ki, şəhərin aşağı məhəllələrində ermənilər mülk tikdirirlər, tədbir görün, qabağını alın! Hacı deyir:" Qoy tiksinlər, qabağını almaq lazım deyil, yeri düşəndə mən özüm onları şirnikləndirirəm ki, tiksinlər. Mülk yerdə qalacaq , heç kəs gedəndə mülkü dalına şəlləyib apara bilməyəcək.Aramyanı görmədiüz, şahanə saray tikdirdi, özü getdi, mülk qaldı ,xanəndə Seyidə qismət oldu. Su gedər, qum qalr."

...Bir neçə adam küçədə Hacıya rast gəlir. Hacı soruşur: "Nə var , nə  yox?" Deyirlər ki: "Hacı neçə gündür şəhərdə bir dənə də olsun təzə balıq tapılmlr. Kömək eləyin.". Hacı deyir : "Arxayın olun, bu günlərdə şəhərə təzə balıq gətirərlər." Sabahı günü faytona minib gedir vətəgələrindən  birinə. Balıqçılar Hacını görüb əl-ayağa düşürlər, can - başla işləməyə başlayırlar. Hacı təzə tutulmuş çapalayan bir balığı gətizdirir, barmağındakı brilliant üzüyü məftillə balığın quyruğuna bənd edir və dənizə tullamağı əmr edir. Bu xəbər tezliklə bütün vətəgələrə yayılır. Bütün balıqçılar quyruğunda brilliant üzük olan balığı tutmağa cəhd edir. Iki gündən sonra şəhər bazarlarında şamayı, kütüm, som, sazan, çapağ, leş, osetrin, sevryuqa, qızıl və ağ balıq gətirirlər ki, tərpənmək olmur.

 

1 şərh

ferid1001
haqqinda tezadli fikirler olmasina baxmayaraq, H.Z. Tagiyev xoshuma gelen shexsiyyetlerdendi