Pyotr Petroviç Şmidt

Gəmi pusquya düşdü, heyət qırıldı, ancaq kapitan yoxa çıxmışdı...
Pyotr Petroviç Şmidt
…Bu dələduz leytenant, öz-özünə ikinci dərəcəli kapitan rütbəsi peşkəş eləyib aləmi bir-birinə qatan “samozvanets” avantürist haradan biləydi ki, nə az, nə çox – düz 85 il sonra onun adını daşıyan zavoddan bizim öz “kapitanımız” çıxacaq və onun ardınca “Azərbaycan matrosları” Xəzərin iki addımlığındakı “Oçakov”a – “Azadlığ”a yığılacaqlar? Axı, haradan biləydi ki, onun Qara dənizdə çıxartdığı oyunlardan düz 85 il sonra Bakının “Çapayev” küçəsindəki adını daşıyan zavoddan eyni avantüra ilə “burada silah düzəldilir, barrikadaları dağıtmayın” çağırışı yüksələcək?
İndi bu zavod daha onun adını daşımır. Ancaq maraqlıdır, ustad Həmid Herisçinin mistikası ilə düşünsək, maraqlıdır ki, adı düşdüyü yerdən avantüranın kökünü qazıyıb çıxarmaq xeyli qəliz məsələdir. Bu işlə Səttarxan kimi nəhəng məşğul olsa belə…

Dənizçi oğlu dənizçi…
Şmidtlər məşhur soyaddı. Neçə nəsil ardıcıl Rusiyanın hərbi-dəniz donanmasında ad qoymuşdular. Bizim qəhrəmanın atası böyük Pyotr Petroviç Şmidt Sevastopolun müdafiəçilərindən idi, Malaxov kurqanlarında döyüşmüşdü. Gələcək arvadı – köklü-köməcli zadəgan ailəsindən olan tibb bacısı Yekaterina fon Vaqnerlə hərbi hospitalların birində tanış olan Pyotr Petroviç donanmada kontr-admiral rütbəsinə qədər yüksəlir və qardaşı Vladimirdən fərqli olaraq istefaya çıxıb, həyatını ailəsinə həsr eləmək qərarına gəlir. Evlilikdən bir il sonra — 1867-ci ildə ailədə oğlan uşağı doğulur və ona atasının adını verirlər: kiçik Pyotr Petroviç.
Ardı →

Avqusta Ada Kinq Lavleys

Avqusta Ada Kinq (qrafinya Lavleys) qısaca olaraqAda Lavleys (10 dekabr 1815-ci il London -27 noyabr 1852 London)-ingilis riyaziyyatçısıdır.Hər şeydən əvvəl Çarlz Bebbic tərəfindən hazırlanmış layihə əsasında hesablama maşının ilk dəfə təsvirini verən şəxs kimi tanınmışdır.Dünyada ilk proqramı tərtib etmişdir (bu maşın üçün).<<Tsıkl>>,<<İşçi özək>> terminlərini tətbiq etmiş,ilk proqramçı  hesab olunur.


Ardı →

Stalinin zarafatları

Stalin öz ölüm qoxulu zarafatları ilə yaxın əshabələrini şok vəziyyətinə salmağı çox sevirdi. Ona xüsusi ləzzət verən «zarafat» lardan biri erməni Mikoyanla bağlı idi.Gecə ziyafətlərinin ən şirin yerində Stalin qəfildən erməni Mikoyana üzünü tutub deyirdi: Anastas, yaxşı yadıma düşdü. Deyilənə görə, Bakı komissarlarının sayı 26 deyil, 27 olub. Sən bir öyrən bu nə məsələdir?! Bayaqdan " lezqinka " rəqsi ilə diktatoru əyləndirən erməni Mikoyanın yaltaq sifəti ölü rəngi alır, çənəsi sallanırdı.
Ardı →

HACI ZEYNALABDİN TAĞIYEV

Bir nəfə Hacının yanına dəfələrlə gəlib, onun iş müdirlərinin birindən çuğulluq edir:  "Əli əyridir, sənin hesabına ikimərtəbəli mülk tikdirib, qardaşına da dükan açıb, fayton alıb, onu işdən qov". Hacı gülümsəyib deyir:" Qalmağı məsləhətdir. O, nə lazımdır hamısını eləyib, bundan sonra işləyəck, onu çıxardıb, başqa adam götürsəm, o da köhnənın elədiklərini yenidən başlayacaq. Qalmağı məsləhətdir!"
Ardı →