As salam aleykum :)

Hz. Aişə ( r.a ) yoldaşı, Rəsuli Əkrəm ilə birlikdə oturmuşdu. Bir yəhudi adam içəri girdi. Girdiyi anda bilərəkdən - "..As Salam Aleykum.." ( Sizə Salam Olsun ) əvəzinə qəsdən "..As Səmu Aleykum.." ( Sizə ölüm olsun ) dedi. Uzun sürmədi, başqa biri daha gəldi. O da salam yerinə ölüm üzərinizə olsun dedi. Bunun təsadüf olmadığı məlum idi. ALLAH Rəsulunu (s.a.a) dillə incitmək üçün edilən bir plan idi.
Fəxri Kainat səbrlə üzünü onlara tutub "..Və Aleykuma.."( sizədə ) - dedi.
Aişə çox hirsləndi, və :
 - "..Ölüm sizin üzərinizə olsun.." - deyə, yəhudilərə qışqırdı.
Rəsulu Əkrəm (s.ə.v) buyurdu :
- "..Ey Aişə səbrsiz olub küfr etmə. Yumşaqlıq və səbirli olmaq, hər nənyin üzərinə qoyulsa, onu gözəlləşdirər, bəzəkli edər və hər nəyin üzərindən qaldırılsa gözəlliyini azaldar. Nə üçün əsəbləşib, hirsləndin..? "
Aişə :
 - "..Görmürsənmi, Ya Resulullah. Bunlar həyasızlıq edərək, utanmadan Salam yerinə nə deyirlər?
 - "..Bəli, görürəm onun üçün "..Və Aleykuma.." deyib, bizə dilədiklərini onlara dilədim.
Bu qədəri kifayətdir.

 

 

0 şərh