Salam. Necəsən?...

"Necəsən?" - sualını yəgin ki, siz də tez tez eşidirsiniz. Necə də adi gəlir insana.
"Necəsən?"  - Hər şey normaldı.
Hamamda suyu buraxıb ana eşitməsin deyə ağlamaq normaldı..
Necəsən? -Normaldı hər şey..
Gecələr balışı qucaqlayıb ağlamaq, səhər üzünü yuyub işə getmək - normaldı. 
Pəncərənin qarşısında oturub çox tanış insanların gülüşünü eşitmək normaldı. Elə bil "dost"lardı, əylənirlər, ama səni çağırmadılar..unudublar..

Kimsə yazır sənə: "Salam, necəsən?" - "Normal" - "Evdəsən?" - "Aha"  - "Niyə evdə oturmusan? Niyə gəzməyə getmirsən?". - "İstəmirəm".

"Nə oldu sənə?" -"Heçnə hər şey normaldı..."

Sənə hamıdan yaxın olan insanla dalaşanda...Onu itirəndə... və buna güclə dayanaraq...

"Necəsən?" -Normal...

Özünü olduqca çox yalnız hiss edəndə, yaşamaq istəməyəndə.

"Necəsən?" - Normal...

Nəsə baş verəndə- valideyinlə mübahisə edəndə, ya da kimsə rəhmətə gedəndə...

"Necəsən?" -Normal.

Dostların səni satanda, kimsə səni hamının yanında təhqir edib,  köməyinə heç kəs gəlməyəndə...

"Necəsən?" - Normal...

Özündən çox sevdiyin insanla söhbət eləyəndə və ondan səni sevmədiyini və ayrılmaq istədiyini eşidəndə...  Gözlərindən yaş damla damla axanda... ağlamağını eşitməsin deyə balışnan ağzını bağlayanda belə.

"Necəsən? "- Hər şey normaldı...Normaldı.

Əgər kiməsə "Necəsən?" sualını verdiniz və o sizə "Hər şey normaldı" cavabını veribsə..İnanmayın..
Sadəcə insan çox pisdi, lakin bu haqda danışmaq istəmir.    


 

0 şərh