Azərbaycanda yaşayan etnik qruplar

Dünyanın bir çox ölkələrində olduğu kimi Azərbaycan əhalisinin tərkibi də yekcins deyil. Burada da əsas xalqla yanaşı etnik və etnoqrafik qruplar yaşayırlar. Etnoqrafik qruplar öz təsərrüfat mədəni tiplərinə görə əsas əhalidən fərqlənirlər. Etnik qruplar isə öz mənşəyi, dili və bir sıra əlamətlərinə görə əsas xalqdan fərqlənirlər. Etnoqrafik qruplara misal olaraq ayrımları, padarları, şahsevənləri misal göstərmək olar ki, bu hər üç xalqın mənşəyi və dili türkdilli azərbaycanlılarla eyniyyət təşkil edir. Ayrımları bəzi tədqiqatçılar erməniləşdirməyə çalışırdılar. Lakin Azərbaycan tədqiqatçıları onların türkdilli xalq olduqlarını sübuta yetirmişdilər. Bu sahədə etnoqraf Q.Qaraqaşlının tədqiqatları təqdirə layiqdir. Sadəcə olaraq onlar əsas xalqdan ayrılaraq, kənarda, dağlıq zonalarda məskunlaşdıqlarına görə onları ayrımlar, yəni ayrılıqda yaşayanlar adlandırmışdılar. Onlar əsas əhali kütləsindən ayrılıqda yaşadıqlarına görə onların məişət və mədəniyyətlərində bəzi fərqli xüsusiyyətlər var. Ayrımlar başlıca olaraq, Gədəbəy, Kəlbəcər, Göy-göl  (keçmiş-Xanlar rayonu) rayonlarında yaşayırlar. İkinci Azərbaycanda yaşayan böyük etnoqrafik qrup – padarlardır. Onlar Azərbaycanın Şirvan zonasında məskunlaşmışlar. Həm ayrımların, həm də padarların mənşəyi bilavasitə oğuz tayfaları ilə əlaqədardır.
Muğanda Araz çayı boyunda məskunlaşmış 3-cü böyük etnoqrafik qrupp olan Şahsevənlərin ilkin vətəni Cənubi Azərbaycan olmuşdur. Onlar şah Abbas dövrünün Qızılbaşları ilə əlaqədar olan bir sıra Azərbaycan qəbilələrinin ümumiləşdirilmiş etnik birliyidir. Onların şimali Azərbaycana ilkin axını XYIII əsrin axırı XIX əsrin əvvəllərinə təsadüf edir. Bu etnoqrafik qrupların hər üçü həyat tərzi və məişətlərinə görə azərbaycanlılardan fərqlənirlər. Onlar başlıca olraq yarımköçəri-tərəkəmə təsərrüfatı ilə məşğul olurlar. Şahsevənlərin və padarların başlıca məşğuliyyəti qoyunçuluqdur. Onlar az miqdarda iri buynuzlu heyvan saxlayırlar. Əkinçilik yardımçı təsərrüfat hesab olunur.
Azərbaycanın Şimal hissəsində Qafqaz-iber dillərində danışan bir sıra xalqlar yaşayırlar. Bunlara ləzgiləri, avarları, saxurları, udinləri və Şahdağ qruppu xalqlarından: buduq, qırız və xınalıqları misal göstərmək olar. Gürcüstanla sərhəd rayonlarda yengiloy adlanan başqa bir etnik qrupp da yaşayır. Bundan başqa Azərbaycanda Hind-Avropa dil ailəsinin İran qrupuna daxil olan bir sıra xalqlar da yaşayırlar. Məsələn: tatlar, talışlar və kürdlər bunlara misaldır. Tatlar Quba, Dəvəçi, Şamaxı, İsmayıllı habelə abşeronun bəzi kəndlərində yaşayırlar. Talışlar İranla sərhəd rayonlarda, kürdlər İə Azərbaycanın qərb zonalarında məskunlaşmışdılar. Tatlar Sasanilər dövründə İrandan Azərbaycana köçürülmüşlərdir (387-ci il İranla Bizans arasında bağlanan müqavilədən, yəni Albaniya Sasanilərin hakimiyyətinə keçdikdən sonra). Tat etnonimi türk mənşəli olub, oturaq qeyri-türk xalqlarına verilmiş addır.
Dini əlamətlərinə görə tatlar müsəlmanlara, (erməni) qriqoryanlaravə yəhudilərə bölünürlər. Müsəlman tatlar Abşeron yarımadasında, Quba və Dəvəçidə, yəhudi tatlar Quba rayonunun Qırmızı qəsəbə, Oğuz rayonunun Vartaşen kəndində, habelə Bakı və Dağıstanda yaşayırlar. Qriqoryan tatlar isə Şamaxının mədrəsə kəndində dəvəçmnmn Gilvənkə kəndində yaşayırlar. Tatlar Azərbaycan türkləri arasında yaşadıqlarından maddi və mənəvi mədəniyyətlərinə görə azərbaycanlılardan çox az fərqlənirlər.
Talışlar- Azərbaycan Respublikasının cənub-şərq (Astara, Lerik, lənkəran, qismən Masallı) və Cənubi Azərbaycan ərazisində yaşayırlar. İranda talışların sayı 100 min, Azərbaycana isə 20 min nəfərdir. Keçmiş sovet alimləri talışları yerili əhali hesab edirdilər. Belə Ki, olar talışları Azərbaycanın Ən qədim yerli tayfalarından olan kadusilərin qalıqları hesab edirdilər. Lakin Qərb alimləri buna şübhə ilə yanaşırdılar. Onların fikrincə talışların Azərbaycana gəlişi (XIII əsrdə) Çingiz xanın sərkərdəsi olan Talışın Adı ilə bağlıdır. Talışların bir qismi şiə, bir qismi sünnüdür. Onların da maddi və mənəvi mədəniyyətləri azərbaycanlılardan bir o qədər də fərqlənmir.
Kürdlərin Cənubi Qafqaza gəlmələrinin dəqiq tarixi yoxdur. (Əsasən Cənub-Şərqi Asiyada yaşayırlar). Azərbaycanda 10 min nəfərdirlər. Əsasən Azərbaycanın qərb rayonlarında, Kəlbəcər, Laçın, Qubadlı və Zəngilanda məskunlaşmışdılar. Keçən əsrin 80-cı illərin sonunda müsəlman kürdü zorla erməni quldur dəstələri tərəfindən Ermənistandan, həmçinin Azərbaycana məxsus torpaqlardan qovuldular. Kürdlər sünnü, şiə və yezidi kürdlərə ayrılırlar. Sünnü və yezidi kürdlər əsasən Ermənistanda (57 min), Gürcüstanda (34 min) ərazilərində yaşayırlar. 1979-cu il məlumatına görə bütün SSRİ-də 116 min kürd yaşayırdı.

Müəllif: Həvilova Fəxriyyə Həvil qızı
Mənbə: Şərq mədəniyyəti və etnoqrafiyası

 

4 şərh

Süvari
Maraqlı mövzudur amma yanlış statistik məlumatlarla doludur. Xahiş edirəm belə həssas mövzularda düzgün məlumatlara əsaslanın. Azərbaycanda 500 mindən artıq talış yaşayır. Təkcə Lənkəranın əhalisi 220 mindir ki bunların 90 faizi talışlardır. Astaranın 100 min əhalisi var ki orada da türklərə cüzi miqdarda rast gəlmək olar. Lerikin də 80 min əhalisi mövcuddur ki burada da Astara kimi çox cüzi qeyri talış millətlər yaşayır. Masallının 200 min əhalisinin də yarısı türklər yarısı talışlardır. Bakıya və xüsusilədə Sumqayıtda yaşayan talışları da nəzərə alsaq hesablayın ki Azərbaycanda nə qədər talış mövcuddur. İran talışlarının sayı Azərbaycandan təqribən iki dəf artıqdır.
istorik_c
Maraqlısı budur ki Azərbaycanda 20 min talışın olması söhbəti xalq cəbhəsi dövründə ortaya atılmışdır
shaadat_rzayev
Bunu kim yazıb bilmirəm ama çox savadsız insandı bunu yazan. insan nəyisə yazmamışdan qabaq axtarar araşdırar məlumat topluyar sonra nəsə yazar. sənə kim deyirki Kürdlər cənub şərqi Asiyada yaşayıb??? sənə kim deyirki Azərbaycanda yaşayan Kürdlər təkcə Laçın,Kəlbəcər,Zəngiln və Qubadlıda yaşayır??? Sənə kim deyirbki Azərbaycanda yaşayan Kürdlərin sayı bu qədərdi???
istorik_c
Pay atonnan iran dilli talışlar deyir guya Monqolustandan gəliblər.Yazısı ancaq statistika idarəsinin yalanlarından ibarət olan Fəxriyyə xanımın nəzərinə çatdırıram ki İrandilli xalqlar bunlardır-tatlar,talışlar,kürdlər,farslar,bəluclar,puştunlar,giləklər və s.Bu xalqlar eradan əvvəl 2-ci minillikdə hind-ari tayfalrının tərkibində Ural dağlarının ətəklərindən Ön Asiyaya köç edərkən sənin fəxrlə saydığın köçəri turklərin (ayrım padar şahsevən) qoxusu nəinki Qafqazda heç Ön Asiya və İranda gəlmirdi. Tarixi oxuyan yaxşı bilir ki turklərin tarix səhnəsinə çıxması ilk dəfə hunlarla bağlı olmuşdur.Bu da eradan əvvəl III əsrdə Çindən şimalda yaranmış Hun dövləti ilə bağlıdır.Türklərə qarşı heç bir ədavətim yoxdur.Lakin yazanda haqqına yazın.Azərbaycanda indi adını türkoloq qoyan bir dəstə yarımfabrikant alim qrupu peyda olub ki bütün qədim dövrdə yaranmış Azərbaycan dövlətlərini türk tayfaları ilə bağlayırlar.Onların əsaslandığı ancaq qədim adların leksik mənalarını türk dilinə uyğunlaşdırmaqla əldə etdikləri cəfəng nəticələrdir. Ancaq onların yalanını aça biləcək başqa arxeoloji tapıntılar haqqında bir kəlmə də söyləmirlər.Azərbaycanda tapılmış ən qədim sklelet qalıqları hurri tayfalarına aiddir.Azərbaycan qədim tayfaları haqqında məlumat verən şumer akkad assur mənbələrində heç bir turk tayfası haqqında danışılmır.