Bilə bilməzsən

Qəlbimin ağrısını bilə bilməzsən!
Nə olsunkı səndə qəlbə maliksən.
Göz damlalarımı silə bilməzsən!

Nə olsunkı səndə ağlaya bilirsən.
Sən insanlığı anlaya bilməzsən!

Nə olsunkı səndə insan kimi doğdun.
Sən məni heç sevə bilməzsən!

Nə olsunkı mən səni sevirəm.
Mənim tənhalığımı anlaya bilməzsən!

Nə olsunki səndə tənha qala bilirsən.
Sən mənsiz qala bilməzsən!

Nə olsunkı mən sənsiz qala bilirəm.
Tənhalığını tənhalığımla basdıra bilməzsən!

Nə olsunkı mən tənhalığımla fəxr edirəm.
Gecənin qaranlığına qərq ola bilməzsən!

Nə olsunkı mən qaranlıq kimiyəm.
Yarım,yarama dərman ola bilməzsən!

Nə olsunkı yarama səbəb sənsən.
Sən sahillərimə külək ola bilməzsən!

Nə olsunkı dodağının soyuğu külək kimi.
Mən Məcnuna Leyli ola bilməzsən!

Nə olsunkı sənin Məcnunun mənəm.
Mənə əlvida deyə bilməzsən!

Nə olsunkı buna layiq görmüsən.
Bədbəxtliyimi xoşbəxtliyində susdura bilməzsən!

Nə olsunkı xoşbəxtliyinə səbəb mənəm.
Mənimlə mənsiz qala bilməzsən!

Nə olsunkı mən səndə sənsizəm.
Əlvida,əlvida deyə car çəkə bilməzsən!

Behbudov Beyrək
 

0 şərh