Yazıq bədən, yazıq can!

Bu gün ANSPRESS.com saytında bir xəbər oxudum. Xəbərdə deyilir ki, dilinə pirsinq taxdırdıqdan 48 saat sonra qanının zəhərlənməsi və ağciyərlərinin iltihablanması nəticəsində ölüb..

əslində bunu oxuduğum zaman heç də təəccüblənmədim. Belə şeyləri qəti sürətdə bəyənmirəm. Amma, bəyənməsəm də, çalışıram buna aqressiya ilə yanaşmayım, nəyimə gərək, əsəblərimi niyə korlayım ki?! Kim necə istəyir elə də rəftar edir. Amma, bildirim ki, bu mənimçün də heç də göz oxşayan bir şey deyil. Pirsinq taxanları, ümumiyyətlə, başa düşə bilmirəm ki, bu nəyə lazımdır?! İstər qız istər oğlan – bunun nəyində gözəllik görürlər? Ağız, burun dil, diş, qaş, göz, bədən – dəmir-dümür içində. Yazıq orqanlar.

Bunun nəyi ecazkardır axı? Heç başa düşə bilmirəm.
Şükr Allah ki, ölkəmizdə buna meylli olanlarımız çox deyil.

Amma, deyiləsi tək bu da deyil, bildiyimiz kimi – botokslar. Bu da zəmanəmizdə çox yayqın olmuş vasitələrdən biridir ki, qadınlar da bundan yan keçmir. Nəinki qadınlar eləcə də kişilər. “Gözəllik qurban tələb edir” – bəli. Amma, canından qurban vermək də ağılsızlıqdır. “5 günlük dünyadır” deyib keçmək də mənasız. Bu mənalı olsaydı, o zaman heç gözəlləşmək də lazım olmazdı. Məyər insanlar bilmirlər ki, bu gün səni gözəl göstərəcək belə vasitələr sabah başına iş açacaq?! Ola bilsin ki, çoxları bilmir, ola bilsin ki, çoxları da buna inanmır, çoxlarının da vecinə deyil.
Amma, saxta, süni gellərlə, bu botoks-motokslarla, orqanizm iflicə, qalıcı paraliçə, dəridə baş verən sallanmaya, üzün əyilməsinə, eybəcərliyə və s. başqa xəstəliklərə sabəb olur və sonda da vaxtsız ölüm. Təəssüf ki.

Nə isə heç kimin xətrinə də dəymək istəmirəm, yaxşısı “zövq məsələsidir” deyim və keçim. Onsuz da mənim dırı-bırımla heç kim nə sırğasın çıxarıb atacaq, nə də digər dəmir-dümürləri. Sonda da “sənin nəyinə gərək, bəyənmirsən, heç baxma!” – deyib keçəcəklər. Düz də deyəcəklər. Canım yanır, amma, nəyimə gərək?!
 

11 şərh

fidan
Orijinal məqaləyə + verməmək günahdır)))
Botulizm neyrotoksini bir qədər ziyanlı ola bilər,amma müasir zamanda ondan istifadə təhlükəsizdir. Əgər cidi ehtiyac varsa,Botox istifadə oluna bilər.
şərh silinmişdir
fidan
IDEAL
Dəhşət. Məncə bu insanların ağılları başlarında deyil.
bloqçu
Oyy Fidan pirsinq xəstələrinə baxdım, birtəhər oldum və ümumiyyətlə bu cür şəkilləri görəndə tüklərim biz-biz olur.

Ola bilsin ki, botox zəmanəmizdə təhlükəsiz olsun, amma, nə bilim məncə insana sadəlik qədər yaraşanı yoxdur. Amma, təbii ki, botoxa ehtiyac varsa, burda bəlkə də mənə söz düşməz.
fidan
Hələ ondan da betəri var. Qeyri-etik olduğu üçün ona yalnız dostlar baxa bilər.
IDEAL
Yəni bunlardan da betər ola bilər? Heç təsəvvür edə bilmirəm.
bloqçu

Yazını dəyərləndirdiyin üçün də ayrıca təşəkkürlər)))

Ferbara
Bu cür bloq yerləşdirməyə nə var ki… Ondansa, linkini yerləşdirəydin, vəssalam. Bu daha ədalətli olardı.
HTML
Vallah,deyirəm,amma sayt administrasiyası da məni başa düşmür.copy-paste etməyə nə var ki? kayzen hələ təzə olduğu üçün PageRank onda aşağıdır.Ona görə də axtarışda Google bu saytı sonra aşağı qiymətləndirəcək. Başa düşün,bu sizin özünüzə ziyandır. Ya canli.az saytdındakını bloqunu silsin,ya da orijinal şey yazsın. sonra dizlərinizə döyəcəksiniz.
pascal
Topik yox, məni cəlb edən son 2 şərh oldu. Copy paste etməməkçün əllərindən gələni edənlər o vaxtla indiki sayt arasındakı fərqə baxanda nə hisslər keçirirlər görəsən? Kopiyalamaqla saytın reytinqi üçün narahatlıq keçirən userlər, arxayın olun. Sayt öz orjinallığın itirdikcə, şablonlaşdıqca necə zirvələrə ucalır bi bilsəniz… Hətta rekord istifadəçi sayına görə zirvələrdədir. Noolsun ki, səviyyə aşağıdır, za to reytinq yüksəkdir. Lap bəyənmədiyimiz tv kanallarının bəzi verlişləri kimi.