Telman Adıgözəlova Allahdan rəhmət diləyirəm!

O ki oluree nəyəsə heç inanmağın gəlmir. Bax indi elə vəziyyətdəyəm. Ölüm -  bu kəlməni hər an anıram. Anıram ki, ona öyrəşim. Çünki, itirməkdən çox qorxuram. Doğmalarımı, əzizlərimi itirməkdən elə qorxuram ki. Amma, bir tərəfdən də bilirəm ki, bu olmalıdır. Ona görə də buna inanmamaqdansa hər an buna hazır olmağa çalışıram. Çox çətindir, düşüncəsi bel adamı üzür. Amma, dünya, daha dorusu ömür fani deyil. Hamımız bir gün köçüb gedəcəyik.  Sadəcə eşidəndə ki kimsə həyatının hələ 40-50-60 yaşlarında bu ömrə vida edir, insan çox üzülür. Düşünürsən ki, axı tez getdi. Hələ görəcəyi o qədər şey var idi ki..

Bircə təsəlli o olur ki, inşallah yeri behişt, cənnət olar.. Rəhmətliyi bəyənərək izlərdim, ən çox da "Yaşıl eynəkli adam" tamaşasındakı roluna doymazdım "Devuşki otpuskayti noğiiii". Əgər, heç kimi demirəm, elə bircə mən indi T.Adıgözəlovun bir rolunu andımsa, demək ki, o yaşayır. Artıq cismən yanımızda olmasa da o yaşayacaq.

Telman Adıgözəlovun ölüm xəbərini APA.az-dan oxudum. Allahdan ona günahlarının bağışlanmasını və rəhmətini diləyirəm.

 

5 şərh

Agali
Azərbaycanda izlədiyim 5-6  aktyordan biri idi. Əla aktyor, parodiyaçı idi.  Allah rəhmət eləsin.
Ferbara

Allah rəhmət eləsin. Onu mənzilindən son mənzilinə alqışlayaraq yola saldılar.


Agali, mətnin şəkildən yuxarı hissəsində çatışmayan işarələr və hərf var.

mr13
Mən bu insanı şəxsən tanıyırdım efirdə necə idi həyatda da o cür zarafatcıl idi. Allah rəhmət eləsin.