Ayaqla bağlı məsləhət.

Ayaqlara qulluq-xarici görünüşünüz və sağlamlığınızın ən vacib şərtlərindəndir.Qadınların əksəriyyəti ayaqlarına o qədər də fikir vermirlər.Lakin belə münasibət düzgün sayıla bilməz.

Varikozdan(damar genişlənməsi müdafiə) Damarların genişlənməməsi üçün ayaqların əzələləri yaxşı formada olmalıdır.Onları bərkitmək üçün ən yaxşı vasitə gəzintidir.Gün ərzində,təxminən,30 dəqiqə gəzinti ilə ayaqları varikozdan qorumaq olur.Rahat ayaqqabıda gəzmək məsləhətdir.Dabanlı ayaqqabıda gəzinti əzələlərin həddindən artıq gərginləşməsinə və damarda qanın laxtalanmasına gətirib çıxarır.Bəzi adamlarda varikoza qarşı irsi meyillilik var.Kapilyarlar üçün müntəzəm məşqlər xeyirlidir.Belə məşqlər çox yüngül olur və az vaxt aparır.Səhər tezdən oyananda yataqda dartının.Sonra kürəyi üstə uzanın,əllərinizi başınızın altına qoyub ayaqlarınızı uzadın və 1-2 dəqiqə pəncələrinizi gah sağ,gah da sol tərəfə döndərin.Sonra kürəyi üstə uzanın,əllərinizi və ayaqlarınızı qaldırıb havada 1-2 dəqiqi tərpədin.Sağlam pəncələr həmişə isti və çəhrayı rəngdə olur.   Yorulmuş ayaqlara kömək. Yorulmuş və şişmiş ayaqları buz ilə silmək olar.Yaxşı olar ki o,sürvə yarpaqlarının,yaxud çobanyastığı güllərinin cövhərindən(şirəsindən)hazırlansın.Həmçinin,ardic giləmeyvəsindən hazırlanmış vannalar da qəbul edə bilərsiniz.Belə vannalar ayaqların yorğunluğunu aparacaq. Pəncələrinizi ovuşdurun. Pəncələrə qulluq etməklə siz bütün orqanizmin sağlamlığını yaxşılaşdıra bilərsiniz.Pəncədə orqanizmin müxtəlif orqanlarla bağlı olan nöqtələri yerləşir.Masajı xüsusi qaydada etmək məsləhətdir.Əvvəlcə pəncəni,sonra isə ayaq barmaqlarını iki əllə yaxşı-yaxşı ovxalayın.  Mənbə-Jurnal "Aysel"2007.
 

0 şərh