Siqareti tərgitməkçün bir neçə vacib məsləhət.

~~ Siqareti tərgitmək üçün gün və vaxt təyin edin,məsələn bu sətirləri oxuduqdan 1 həftə sonra "öz istəyinizə uyğun gün və vaxtı seçin.Yadda saxlayın ki,siqaret heç bir problemin həllinə kömək etmir,siqareti tərgitmək isə sizə heç bir yeni problem yaratmayacaq və ya əvvəlki problemlərinizi ağırlaşdırmayacaq.

~~ Unutmayın ki,heç bir problem və ya xoşagəlməz hadisə siqaretə yenidən başlamaq üçün səbəb (bəhanə) olmamalıdır.

~~ Siqareti tərgitməzdən əvvəl və bir qədər sonra bu məsləhətlər haqda mümkün qədər tez-tez fikirləşin.

~~ Hər hansı bir çətinliyi dəf etməyin ən yaxşı yolu onu tamamilə dərk etməkdir.

Oxşar məqalələr

 

12 şərh

bahar

Əgər siqareti həqiqətən də birdəfəlik tərgidə bilən insan varsa- o çox güclü iradəyə malik insandı


 

ORIGINAL
Doğurdan da böyük iradəyə malikdi.Şəxsən mənim babam mütəmadi həm siqaret çəkib,həm də içki qəbul edib.Lakin iradəsi hesabına bu vərdişləri 50 yaşında tərgidib,hazırda isə 79 yaşı var.Tərgidməsəydi,bəlkə də «hazırda 79 yaşı var» sözünü qeyd etməzdim…
tenqo
Maraqlı təsadüf. Mənim babamın da 79 yaşı var və o da siqareti 50 yaşında tərgidib :)
ORIGINAL
Doğurdan da,maraqlıdı :)
bahar
Allah uzun ömür versin, mənim babam- 35 yaşı olanda, yəni 1969- cu ildən tərgidib, o vaxtdan bu vaxta hələ bir dəfə də olsun çəkmiyib. İndi babamı tanımıyan adam  nənəmin yanında görəndə elə bilir ki, yeznəsidi.qızının yoldaşı.
Gülnar
Atam uzun illərdir ki, tərgidib..Həqiqətən və birdəfəlik.
cahandar

Mən beləsini tanıyıram.16 yaşından etibarən siqaret çəkirdi 51 yaşında infarktdan xəstəxanada yatdı həkim siqaret çəkməyi qadağan etdi o da qarşısına məqsəd qoyub tərgizdi.İndi siqaretin iyi gələndə ürəyi bulanır.Deyir bu zəhirmarı necə olub çəkmişəm indi həmin adamın 55 yaşı var.Allah ömür versin İNŞALLAH Çox iradəli möhkəm,çinar kimi adadı namaz qılır boş günlərini meçiddə keçirir.Bu iradə və əzmibütün siqareti həqiqətən də tərgizmək istəyənlərə arzu edirəm.

Ferbara
Atam siqareti 25 il əvvəl tərgidib. Çəkə bilmirdi. Dişi, ürəyi ağrayırdı. Amma tərgidə bilmirdi. Bir dəfə bir məclisdə balaca otaqda qonaqların əksəriyyəti siqaret çəkirmişlər. Otaqdakı hava onu elə iyrəndirmişdi ki, ondan sonra siqareti tərgitməyə qərar vermiş, bunun asan olması üçün canı siqaret istəyəndə qara günəbaxan tumu çırtlamışdı. O vaxtdan siqaret çəkmir.
cahandar
Bəli mən də siqareti tərgizənlərdən kimi tanıyıram qara tumla əvəz edib tərgitdiyinin şahidiyəm
MaksiMuS
Elhemdullah siqaretin dadi necedi bilmirem.Herweyden önce insanda gerek irade,prinsipialliq ola.Cetinlik,ehvalsiz olanda ruha qida veren hezin parcalar dadima catir.Pozitiv olmaga caliwiram.Siqaret cekmekcun behanedi problem.Gelin özumuzu aldatmayaq.
ElcinHesenov
İlk öncə iradə mərdlik