Dahilərin dəliliyi

Məşhur psixiatr Lambrozo iddia edir ki, dahilik və dəlilik həmişə yanaşı addımlayırlar. Aşağıda göstərilən faktları nəzərə alsaq, bu iddianın yanlış olmadığı qənaətinə gəlmək olar…

Ölüm ayağında olan Malerb baxıcının nitqindəki qrammatik səhvləri düzəldirdi. O, səlis danışa bilməyən keşişin vida duasından da imtina etmişdi.

Kornel, Dekart, Virgili, Addison, Lafonten, Drayden, Nyuton, Mansoni auditoriya qarşısında, demək olar, danışa bilmirdilər.

Dalamber və Menaj ən əzablı cərrahi əməliyyatları sakit qarşıladıqları halda yüngülcə tənqiddən dəhşətə gəlirdilər. Ayağı kəsilərkən Lüçio de Lanseval gülürdü, ancaq Jofruanın tənqidini oxuyub ağlayırdı.

Harun əl Rəşid hansısa qrammatik qayda ilə bağlı ərəb alimi Sebuyyənin fikirləri ilə razılaşmadığına görə sonuncu dərddən ölmüşdü.

Edqar Po yazarkən ayaqlarını soyuq suya qoyurmuş.

Emil Zolya isə özünü stula bağlayırmış.

Dostoyevski çarpayıda uzanıb, üzünü divara tutaraq diktə edirmiş.

Vasili Şukşin otaqda əsgər addımlarıyla var-gəl edirmiş.

Fridrix Şiller həmişə stolunun üstünə çürümüş almalar qoyurmuş.

«Ceyn Eyr»in müəllifi Şarlotta Bronte tez-tez yazı masasından ayrılıb, mətbəxə kartof təmizləməyə gedirmiş.

Aleksandr Düma (oğul) yazı prosesində elə hey yeyirmş.

İngilis yazıçısı Ceyms Harrinqtona elə gəlirdi ki, fikirləri arı və quş şəklində ağzından çıxır və süpürgəni götürüb, onları qovmağa çalışırdı.

Alman bəstəkarı Robert Şumanda dörd yaşındaykən dəlilik əlamətləri aşkarlanır, 46 yaşında isə o ağlını tamamilə itirir. Ona elə gəlirdi ki, stollar danışır. O, akkordlara və musiqi parçalarına çevrilən səsləri görürdü.

İtalyan filosof Cerolamo Kardanoya elə gəlirdi ki, bütün hökumətlər onu izləyir. O həmişə yeməyinə zəhər qatılacağından qorxurdu.

Volfqanq Amadey Mostsart
izləmə maniyasından əziyyət çəkirdi və italyanların onu zəhərləmək istədiyini düşünürdü.

Alman filosofu Artur Şopenhauer yazırdı: «Dahilər təkcə dözülməz deyillər, həm də əxlaqsız və zalımdırlar, onlar üçün dost tapmaq çətindir. Fikir ənginliyində tənhalıq hökm sürür». Bununla belə Şopenhauerin özü bir qarını ölümünə döymüşdü və məhkəmənin hökmü ilə ona ömürlük təqaüd ödəyirdi.

Van Qoq sutkalarla işləyirdi, absenti (arağın növüdür) su kimi içirdi. O sol qulağını kəsib, bu şəkildə avtoportretini çəkmiş, 37 yaşında isə intihar etmişdi. Yeri gəlmişkən, ölümündən sonra həkimlər onun 150-dən çox xəstəliyinin olması haqqında diaqnozları ictimaiyyətə təqdim etmişdilər.

Kompozitor Frans Haydn almaz qaşlı üzüyü barmağında olmasa, işləyə bilmirdi – o dəqiqəbaşı həmin üzüyü diqqətlə nəzərdən keçirirdi.

Bir dəfə böyük fizik Amper mənzilindən çıxarkən, qapının üstündə qeyd edir: «Amper evə axşam qayıdacaq». Ancaq tez qayıtmalı olur və qapının üstündəki yazını oxuyub, çıxıb gedir. Amper elə onun özü olduğunu unutduğuna görə…

Bir dəfə Nyuton özünə yumurta bişirmək istəyir. Saatı götürüb, vaxtı vaxtı fiksə edir və bir neçə dəqiqədən sonra görür ki, əlində tutduğu yumurtadı, qazanda isə saatı qaynadır.

Albert Eynşteyn yolda öz dostu ilə qarşılaşır və onu evə dəvət edir: «Axşam bizə gəlin. Professor Stimson da orda olacaq». «Stimson mənəm də!» — dostu deyir. Cavabında Eynşteyn «Eybi yoxdur, siz də gəlin» — deyə istrar edir.

Anton Çexov gimnaziyada oxuyarkən iki dəfə sinifdə qalmışdı.

Puşkin liseydə çox pis oxuyurdu və riyaziyyat dərslərində ağlayırdı.

Tolstoy universitet imtahanlarında çoxlu «1» (ən aşagı bal) qiyməti almışdır.

Alber Kamyu əsəb xəstəliyi olan qadınlarla evlənməyə üstünlük verirdi – onun hər iki arvadı «bu dünyanın adamı» deyildilər. Kamyunun özü də, yumşaq dillə desək, çox huşsuz adam olub. Bio dəfə o ikinci arvadını doğum evindən çıxararkən, yeni doğulmuş əkizləri xəstəxanada unutmuşdu.

Bu misalların sayını istənilən qədər artırmaq olar, ancaq Lambrozonun fikirlərinin nə dərəcədə doğru-olmamadığını elə bu nümunələrə görə də müəyyənləşdirmək mümkündür…
 

17 şərh

asel
«Amper evə axşam qayıdacaq». Ancaq tez qayıtmalı olur və qapının üstündəki yazını oxuyub, çıxıb gedir. Amper elə onun özü olduğunu unutduğuna görə…- EN COX GÜLDÜYÜM BU OLDU. TESEKKÜR 
Medikamentoz
Mən bu Amperlə bağlı əhvalatı Nyutonun adına oxumuşam.Amma hər ikisini öz qohumlarımdan da çox sevirəm ona görə ki,yaxınların özlərinə faydalıdır,Onlar isə bəşəriyyətə :)
Medikamentoz
Dəli sözü əslində vulqarizmdir,məsləhət görərdim ki,istifadə olunmasın.Tibbi olaraq müalicə mərkəzlərində ruhi-əsəb dispanseri yazılır.
Shabnam_Ilham
Dəli sözünün vulqar bir söz adlandırılması məncə düz olmazdı. Ən azından ədəbiyyatda vulqar sözlər yazılanda söyüş nəzərdə tutulur.  Qaldı ki, dahilərin bu xüsusiyyətlərinə normal insan üçün dəlilik hesab oluna bilər amma onların bəlkə də həyat tərzinə çevrilmiş bir haldır. İnsan ağlı qeyri-adi şeyləri çox vaxt dəlilik, xəstəlik kimi qəbul edib… Bu mənim fikrim.
Medikamentoz
Dəliyə ədəbiyyatda ruhi xəstənin sinonimi kimi rast gəldiyimi xatırlamıram,əksinə igid sözünün oxşarı kimi dəqiq yadımdadır.Oki qaldı vulqarizmə konkret belədir,təhqirdir!İstifadəsi düzgün deyil!
Shabnam_Ilham
Vulqarizm ədəbiyyatda rast gəlinən bir cərəyandır. Tibbi baxımdan yanaşmadım. Mən öz fikrimi bildirdim, dəli sözünü təhqir hesab etmirəm o qədər də… Amma nidayla yazacaq dərəcədə də sərt yazmamışdım cümləni.
Medikamentoz
Nida sərtlik bildirmək üçün istifadə oluna bilinər,amma sərtlik həm təbiətimə yaddır,həm yazıma.Ancaq,lazımdir ki,fikir bildirmək üçün istifadə olunsa belə bu şəkildə ifadələr diqqət edilsin.-deyə düşünürəm.
Medikamentoz
Doğrusu Vulqarizmi bir ədəbi cərəyan olaraq da tamırıdım,dəqiqlədirəcəm,əgər mənə kömək etmək istəyirisinizsə istinad etdiyiniz mənbəni göstərin,xahiş edirəm.
azad_mireyev

Dəli sözü tamamilə vulqarizmdir. Əgər biz kiminsə danışığında onun dəli olduğu anlamına gəliriksə, deməli o insan vulqar sözlərdən istifadə edib. Düzdü dəliliyi tək danışıqda yox, hərəkətlərdə də müəyyən etmək olur. Sadəcə mən danışığa görə misal gətirdim. Məncə bu belədir...

məryam
Dəli ilə ağıllı arasında bir adım var məncə. Sevgi və nifrətin arasında bir adım olduğu kimi. Bunları oxuyanda şaşırdım :D Heç gözləmirdim bunları onlardan)
Medikamentoz
Bir addım yoxdur,sadəcə bu müxtəlif prizmalardan baxıla bilinməsi deməkdir.Qabıq idarə etmə qabiliyyətini itirmiş adamın Ağıllı ola biləcək şəkildə reabilitasiyası mümkün deyil,amma nə yazıq ki,çox zaman dahilərimiz qəbullanmadıqları üçün Ruhi xəstə (Dəli) adlandırılır.Etimoloji baxımdan Dəli kifayət qədər yaxşı bir sözdür.Sözün həqiqi mənasında Dəli olmaq istəyərdim.
məryam

Qabıq idarə etmə qabiliyyətini itirmiş adamın Ağıllı ola biləcək şəkildə reabilitasiyası mümkün deyil

 

bu cümləni heç annamadım. 

Medikamentoz
Normal insanda insanın baş beyin yarımkürələr qabığı ələk funksiyası daşıyaraq şüuraltında olan fikirləri təhlil edir və buna görə də biz hərəkətlərimizə nəzarət edirik.Ruhi xəstələrdə bu ələk sistemi pozulduğu üçün onlar istənilən yerdə istənilə zaman istənilən gözlənilməz reaksiyanı edə bilərlər.Prosesin dərinliyindən asılı olaraq geri dönmə şansı 0-a yaxınlaşır.
Tems
Inana bilmirem ki, bu qeder sizofrenik elametleri olan insanlar cemiyeti 1 nece il qaabaga apariblar
Medikamentoz
Maşallah,online rəy vermənin mümkün olduğunu bilirdim,amma diaqnoz qoymaq da mümkün imiş.)
tarixci1919
Bu hadisələr, mənim fikrimcə ,elə də faktlara əsaslanmır. Amma təbii ki, məşhurlar haqqında bunları bilmək maraqlıdır. Bu haqda 1film də izləmişəm: A beautiful mind. Bu olmuş hadısədir. Qəhrəman dahiliklə dəlilik arasında gedib-gəlsə də sonda Nobel mükafatını alır. Təki sonumuz uğurlu olsun.
azad_mireyev
«Fridrix Şiller həmişə stolunun üstünə çürümüş almalar qoyurmuş» bunun səbəbi mənə çox maraqlıdır. Düzdü dahilər qeyri-adi hərəkətlər eliyirlər, amma, onlar bu hərəkətlərini izah etməyi də bacarırlar. Belə olduğu halda Fridrix Şiller çürümüş almaları görəsən niyə stolun üstünə qoyurmuş? Bu mənə çox maraqlıdır…