Рейтинг
+143.37

Böyük insanlar,şəxsiyyətlər

140 üzv, 251 topik

Van Qoq: dahi və dəli rəssam

Van Qoq qulağını özü kəsib? Bu ağılabatmaz qənaət illərdir ki, hamı tərəfindən yekdilliklə qəbul edilməkdədir. Almaniyalı araşdırıcılar isə tamamilə başqa bir nəticəyə gəldiklərini, Van Qoqun qulağının başqa bir əlin «güdazına» getdiyini bu yaxınlarda elan etmişlər. Yaxşı, onda 1888-ci ilin 24 dekabrında doğrudan da bəs nə baş vermişdi? Fransanın kiçik Art şəhərində Van Qoqun «qulağını kəsmək» fikrinə kim düşübmüş?
Və onun qulağına «müştəri» çıxmışdı? Bu haqda mübahisələr yüz ildən çoxdur ki, səngimək bilmir. Əslində isə bu «tarixi hadisənin» özünün giriş hissəsinə zəmin yaradan xüsusi tarixçəsinə fikir verməyənlər az qalar Van Qoqu bir "əzabkeş" kimi qəbul etməyi təklif edirlər.
Davamı →

Eynşteyn

Eynşteyn uşaqlıqda heç də istadadlı uşaq olmayıb. Hamıya o, inkişafdan qalmış kimi görünürdü, çox gec yeriyib, gec də dil açmışdı. 7 yaşına qədər Albert kiçik frazalardan başqa heç nə danışa bilmirdi. Hətta 9 yaşında da o, səlist danışa bilmirdi. Yalnız 10 yaşından sonra Albertin intellekti və xasiyəti formalaşmağa başlayır. Katolik məktəbə oxumağa verilmiş Albert oxumağa biganə qaldı. Gələcək alimin qiyməti 3-lə 4 arası idi. Uşaqlar hər səhər yürüşə düzülürdü. Bura məktəbdən daha çox kazarmaya bənzəyirdi.
Davamı →

Kimyaçılar və kimyaçıların həyatından maraqlı faktlar

Kimyaçı və bəstəkar Aleksandr Borodin çox dağınıq fikirli adam imiş. Bir gün o dostlarını evinə qonaq çağırır. Məclisin ən qızğın vaxtında birdən Borodin ayağa qalxır, gedib paltosunu geyir və sağollaşıb getmək istəyir ki, qonaqlar soruşurlar:
Hara belə, Aleksandr Porfiyeviç?
— Sağlıqla qalın, mənim vaxtım yoxdur, evdə olmalıyam. Səhər mühazirəm var. 
Yalnız dostlarının şaqqanaqla güldüyünü gördükdə Borodin başa düşür ki, o öz evindədi.
Ardı →

Verner Heyzenberq və atom bombası

Tarixdə onun haqqında çox az danışılıb və onun adı yalnız müəyyən dairələrdə tanınır. Halbuki, bir vaxtlar o, bir sıra elmi kəşflərinə görə gənc yaşlarında Nobel mükafatı almışdı. Ötən əsrin 30-cu illərinin sonunda Hitler Almaniyasında fizik Verner Heyzenberqin adı gələndə hamı ayağa qalxırdı. O, məşhur fizik, atom bombasının müəlliflərindən biri olan Nils Borun ən sevimli tələbələrindən idi.
Onlar hər ikisi о dövr üçün mühüm hesab edilən atom bombası üzərində işləyirdilər. Lakin Heyzenberq və Bo­run yolları ayrılmışdı. Bor faşist Almaniyasına xidmət etmək istəmirdi və buna görə də, Danimarkaya köçmüşdü. Heyzenberq isə bütün həyatını Almaniyanın gələcəyinə həsr etməyi qərara almışdı. O, Hitlerin yüksək inkişaf etmiş sivilizasiya quracağına əmin idi və hesab edirdi ki, fürerin axıtdığı qanlar da elə bu müqəddəs vəzifəyə xidmət edir. Lakin Heyzenberqin almanlara xidmət etməsi heç də birdən-birə başa gəlməmişdi.
Heyzenberq nə üçünsə nasistlərin qara siyahısında idi. Nasistlər hakimiyyətə gəldikdən sonra, ilk növbədə, elmi müəssisələrdən yəhudiləri qovmağa başladılar.
Ardı →

Dahi Mişel Nostradamus və onun dediyi bəzi katrenlər

Adı tarixdə əbədi qalan, sönməz ulduza çevrilən astroloqlar çox olmuşlar. Lakin bu möcüzəli aləmin ən parlaq ulduzu, bütün dövrlərin ən qüdrətli görücüsü  birmənalı şəkildə Mişel Nostradamus olmuşdur. Neçə əsrlərdir tədqiqatçılar onu «görücülər görücüsü» adına layiq görürlər. Maraqlıdır ki, uzaq gələcəkdə baş verəcək bir çox səadətli və faciəli hadisələri gördüyü kimi, gələcəkdə onu «peyğəmbər» adlandıracaqlarını da görmüş və buna öz etiraz səsini ucaltmışdı.
Əsrlərlə adı əfsanəyə çevrilən, dünyanın ən möcüzəli şəxsiyyətlərindən biri olan Mişel Nostradamus intibah dövründə, 1503 — cü ildə Fransada Katolik dinini qəbul etmiş yəhudi ailəsində anadan olmuş, dünyasını dəyişdiyi 1566 — cı ilə qədər qeyri adi sevincli və məşəqqətli həyat yolu keçmişdir. Maraqlıdır ki, Nostradamus həm zəmanəsində,  həm də çox-çox sonralar labüd olaraq dünyada baş verə biləcək  əlamətdar hadisələri qabaqcadan görmüş və gördüyünü bəyan edərək gələcək nəsillərə əmanət qoymuşdur.O, digər görücülərdən fərqli olaraq, nəinki baş verəcək əlamətdar hadisələri, onların vaxtını, hətta özündən əsrlərlə sonar dünyaya gələcək bəzi tarixi simaların adlarını və onların hakimiyyət müddətlərini də tam dəqiqliklə göstərmişdir. Nostradamus 450 il öncə nəzmə çəkdiyi katrenlərdə (dördlük — dörd sətirdən ibarət şeir parçası) Napoleonun düz 14 il hakimiyyətdə olacağını, Pasterin edəcəyi böyük kəşfi bəyan edir. Göstərir ki, əsrlərlə insanlardan gizlənən üzə çıxarılacaqdır. Hamı Pasterə yarımallah kimi təzim edəcəkdir.
Ardı →

Tanımadığımız şən filosof - Epikür

“Mən də öz dövrümdə filosof olmaq üçün çalışdım, amma necə oldu bilmirəm nəşə hər zaman araya girib işi pozdu”.  Oliver Edvards

Nə qədər qəribə olsa da tarix şən insanların çox az olduğunu göstərir. Əsas da filosoflar komediya ustaları qədər bədbəxt olmaları ilə tanınırlar. Ama Epikür onlardan biri deyil, onun pis şöhrəti tamam fəqli növdəndir.  Daha çox dəbdəbəli yaşam və cinsi həzzin baş rahibi, acgöz və şorgözlərin filosofu olaraq tanınması necə də acınacaqlıdı.

Amma heç də elə biri deyildi. Nəinki ziyafətlərə düşkün biri olmaq, özü arpa çörəyi və meyvəylə qidalanan, pendiri də yalnızca hansısa şənlik günündə  nəzakət xatirinə qəbul edən biri idi. Özü kimi şagirdlərini də cinsi əlaqədən uzaq tutmağa çalışar və onlara gündə 1 qədəhdən artıq şərab içməyə icazə verməzdi.

Bəs belə biri olaraq tanınmasını səbəbi nə idi? Onun şanssızlığı Platonun Akademiyası və Stoaçılarla eyni dövrdə yaşaması idi, o vaxtdan üstünə atılan palçıq hələ də təmizlənməyib.


Ardı →

Vəzifə başında ölən dövlət başçıları

Bəzən əcəl dövlət başçılarını da vəzifə başında yaxalayır. Bütün insanlar kimi dövlət başçıları da müxtəlif xəstəliklərdən, sağlamlıqları ilə bağlı problemlərdən əziyyət çəkirlər. Daim həkim nəzarətində olmalarına, çoxsaylı tibbi müayinələrdən keçmələrinə baxmayaraq, bəzən əcəl dövlət başçılarını da vəzifə başında yaxalayır. 

Uqo Çaves – yoğun bağırsaq xərçəngi

1999-cu ildə hərbi çevrilişlə hakimiyyəti ələ alan Uqo Çaves 14 il ərzində Venesuelanın prezidenti kürsüsündə qalıb. İlk dəfə 2011-ci ilin iyununda sağlamlığında problemlər yaranan prezident uzun müddət Kubada müalicə alıb. Lakin onun yoğun bağırsağında aşkar olunan metastatik rabdomiosarkom şişi artıq orqanizmin dərinliyinə nüfuz etdiyi üçün yalnız 2 il yaşamaq şansı qalmışdı. 2013-cü il martın 5-də 58 yaşlı Uqo Çaves xəstəliyin doğurduğu ürək tutmasından dünyasını dəyişdi. 


Ardı →

Azərbaycanımızın qüruru

Azərbaycanımızın qüruru olan görkəmli alim Lütfi Zadənin adı dünyanın elm tarixinə qızıl hərflərlə həkk olunub. Lütfi Zadənin elmi kəşfləri, elmi ideyaları bəşəriyyətin inkişafına, insanların rahatlığına, rifah halını yaxşılaşdırmağa xidmət edən elmi ideya və kəşflərdir. Bütün dünyada, xüsusilə vətənində — Azərbaycanda  L.Zadəyə böyük diqqət göstərilir, önəm verilir.

Təsadüfi deyil ki, 2011-ci ilin fevralında Prezident İlham Əliyevin Sərəncamı ilə dünya şöhrətli alim  texnologiyaların inkişafına verdiyi töhfələrlə mədəniyyətlərarası dialoqun qurulmasında göstərdiyi  xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif edilib. 90 illik yubileyi ilə əlaqədar yüksək səviyyədə  bir sıra tədbirlər keçirilib.

Bundan əlavə, Lütfi Zadə haqqında «Müasir elmin korifeyi» (müəlliflər — Fərhad Tağıyev, Şamxəlil Məmmədov), «Dünya dahilərsiz yaşaya bilmir» (müəllif — Möhbəddin Səməd) adlı kitablar yazılıb, «Uzaq və yaxın Lütfi Zadə» (quruluşçu rejissoru — Oqtay Babazadə, ssenari müəllifi — Möhbəddin Səməd) sənədli filmi çəkilib, Lütfi Zadə irsi və Süni İntellekt Assosiasiyası, Lütfi Zadə adına Beynəlxalq Müasir Elmlər Akademiyası yaradılıb.

L.Zadə də öz növbəsində Vətənini, xalqını çox sevir.  “Heç zaman azərbaycanlı olduğumu gizlətməmişəm, əksinə, bununla qürur duymuşam” deməklə bir daha millətinə nə qədər bağlı olduğunu nümayiş etdirib.  


Ardı →

Sultan Mahmud Qəznəli

O,türk millətini daha da şöhrətləndirmiş, İslam dininin Hindistana yayılmasında əvəzsiz xidmətlər göstərmişdir.O,yalnız böyük bir sərkərdə deyil, həm də bacarıqlı dövlət qurucusu idi. Sultan Mahmud qüdrətli və o dövr üçün yenilməz sayılan bir dövlət qurmuşdu. Bunlarla yanaşı, o həm də elmə və sənətə, elm adamlarına böyük qiymət verirdi və özü de dövrünün ən elmli hökmdarlarından sayılırdı. Bu xüsusiyyətlərinə görə Sultan Mahmud Qəznəli türk mədəniyyətinin və türk hərb tarixinin ən böyük şəxsiyyətlərindən biri kimi tanınır.


Ardı →