Hara gedim

Bəzən sıxıldığınızı, bəzən depresiyaya düşdüyünüzü hiss edərək bütün problemlərdən uzaqlaşmaq üçün harasa qaçmağa qərar verirsiniz. Və daxili dünyanızda kiçik bir pıçıltı ilə əhəmiyyəti böyük bir sualı səsləndirirsiniz:"Hara gedim?"
Bu sualın cavabı fərdə və şəxsiyyətlərə, ətraf mühitə və imkanlara görə dəyişə bilir. Mənəvi çətinliklərdən uzaqlaşa bilmək üçün gedilən və ya da gedilmək istənilən yerlər çox vaxt maddi aləmdə gözəl deyilən yerlərdir. Betonlaşmış şəhər yaşantısından sıxılan insanlar üçün yamyaşıl dağlar, sərin yaylaqlar və ya mavi dənizlər daha çox seçilən yerlərdir. Mənəvi çətinliklərini və ya əskiklərini, maddi səbəblərə bağlayan və həllini yenə də maddədə axtaran bu anlayış, maddi aləmin indiki zamanla məhdud "qonaqlığı" ilə kifayətlənmək məcburiyyətindədir.

Günümüzdəki bir çox müsəlmanı və ya özünə müsəlmanam deyən insanları da belə cahil bir anlayışdan uzaq görmək çox nadir təsadüf olunan hadisədir. Çünki mənəvi boşluqlarını maddi aləmdə doldurmağa çalışanlar belə insanlar "Cənnətdən bir köşə" dedikləri yaylaq tezisləri ilə "Hara gedim?" sualına beşulduzlu cavablar verməkdədirlər! Bu anlayışa sahib olan insan gedəcəyi heç bir yerdə məsud olmayacaq. Halbuki yaşadığımız çətinliklər, içinə düşdüyümüz bəzi böhranlar açıq bir həqiqətdir. Bir çox mövzuda əskikliklərimizin olduğu da doğrudur. Bütün bu çətinliklərdən və böhranlardan uzaqlaşa bilmək, bütün bu əskikliklərimizi düzəltmək üçün verdiyimiz "Hara gedim?" sualı da, əlbəttə ki, soruşulması lazım olan doğru bir sualdır. Yaxşı, soruşulması lazım olan bu doğru sualın doğru cavabı nədir?!
"Hara gedim?" sualına necə bir cavab tapmalıyıq ki, bu cavabla birlikdə digər axtardıqlarımızı da tapmış olaq! Bu suala necə bir cavab verək ki, tapdığımız bu cavab dərdlərimizi dərmana, böhranlarımızı göz və könül aydınlığına çevirə bilsin! "Hara gedim?"

Bu əhəmiyyətli sualı nəfsinizə yönəldib, nəfsani cavablarla didişmək istəmirsinizsə, hər məsələdə hər möminin etdiyi və etməsi lazım olduğu kimi əvvəlcə Quranı Kərimə yönəlir və bu doğru sualınızı, doğrunun ən təmiz qaynağı olan Qurana yönəldirsiniz: "Hara gedim?"
Quranı Kərimə yönəltdiyiniz bu sual, suya atılan bir daş kimi ətrafında çevrələr meydana gətirməkdə və bir-birini təqib edən hər halqa, bir-birinə uyan cavablar verir:
Nə üçün yaradıldığınızı və nə olduğunuzu bilərək özünüzə gəlin, özünüzə gedin... Ailə məsuliyyətinizi və nə etməniz lazım olduğunu bilərək evlərinizə gedin... Sıla-i rahimdə olun, qohumlarınıza gedin... Ətrafınızdakı yardıma möhtac olan yoxsullara gedin, düşkünlərə gedin, xəstələrə baş çəkməyə gedin... İslamı anlamaq və İslamı anlatmaq üçün insanlara gedin...

Heç şübhəsiz ki, əvvəlcə bunları, əvvəlcə bu cavabları yaşayırsınız. Daha sonra isə Qurani Kərimin bir-bir verdiyi bu cavabları bir-bir yaşayan və yaşamağa çalışan bir mömin olaraq, suallarınıza davam edə bilmək haqqını özünüzdə görə bilir və başınızı qəlbinizin ən iç dünyasına əyərək "Yaxşı sonra, sonra hara gedim?" deyirsiniz. Belə ki, bu son sualınızla cavapların ən böyüyü ilə qarşılaşırsınız.
"Həqiqət budur ki, insanlar üçün ilk qurulan Ev Bəkkədə (Məkkə) ki, müqəddəs və bütün insanlar (aləmlər) üçün hidayət olan Kəbədir. Orada açıq-aşkar ayələr (və) İbrahimin məqamı var. Kim oraya girsə o güvənlikdədir. Ona bir yol tapıb bu Evi həcc etməsi Allahın insanlar üzərindəki haqqıdır. Kim də küfrə sapsa, şübhə yox ki, Allah aləmlərə qarşı möhtac olmayandır."

"Yadına sal ki, Biz İbrahimə Evin (Kəbənin) yerini ifadə edib hazırladığımız zaman (belə əmr etmişdik) Mənə heç bir şeyi ortaq qoşma. Təvaf edənlər, namaza duranlar, rüku və səcdə edənlər üçün Evimi tərtəmiz tut. İnsanlar arasında həcci elan et ki, onlar sənin yanına piyada və ya hər bir uzaq yoldan gələn yorğun dəvələr üstündə gəlsinlər. Onlara xas bəzi xeyirlərə şahid olsunlar və Allahın onlara ruzi olaraq verdiyi (qurbanlıq) heyvanlar üzərində müəyyən günlərdə Onun adını ansanlar. Artıq bunlardan yeyin və çətinlik çəkən yoxsulu da doyurun. Sonra günahlarını təmizləsinlər, əhdlərini yerinə yetirsinlər, Beyti Atiqi təvaf etsinlər." (Həcc, 26-29)

Bəli, soruşduğunuz son gözəl suala, gözəlin həqiqi sahibi olan Rəbbimizin verdiyi cavab, biz müslümanların diqqətə alması, düşünməsi və anlamağa çalışması lazım olan bir cavabdır. Çünki Rəhman və Rəhm olan Rəbbimiz bizləri Beytullaha, bizləri Kəbə-i Muazzamaya, bizləri həqiqi bir hənif, həqiqi bir xəlil olan İbrahimə (a.s.), bizləri aləmlərə rəhmət olaraq göndərilən Rəsulullaha (s.ə.v) və bu seçmə insanların yaşadıqları müqəddəs diyara dəvət etməkdədir. Əvvəlcə susursunuz!
Bu gözəl dəvəti və bu gözəl dəvətin Sahibini düşünürsünüz...
Aləmlərin Rəbbi olan Allah (c. c.) tərəfindən ciddiyə alınmanın verdiyi qürurla yüngülcə ürpərdiyinizi və daxili dünyanızın xoş bir hisslə dolduğunu hiss edirsiniz. Kəbənin Rəbbi, Kəbənin sahibi olan Allah (c. c.) sizlərə həqiqi bir dəyər verməkdə və sizləri Kəbəsinə, sizləri Beytinə dəvət etməkdədir.
Nə deyəcəyinizi bilmirsiniz!

Ağılınıza ilk gələn, halı vaxtı yerində bir çox insanın əsnəyərək verdiyi "İndi olmaz. İnşaallah gələcəkdə, inşallah tezliklə!" cavabı olur. Əvvəl ağılınıza, sonra dilinizin ucuna gələn bu cavabı bir az düşününcə, dilinizin ucunda bir leş varmış kimi iyrəndiyinizi hiss edir və bu leşi heç kimin görə bilməyəcəyi bir çuxura tüpürmək istəyirsiniz. Çünki iman etdiyiniz Qurani Kərimdə bu İlahi dəvətin sahibi olan Rəbbimiz "Ona bir yol tapıb güc yetirənin Evi həcc etməsi Allahın insanlar üzərindəki haqqıdır" buyurur.
Və bu dəvətə və bu İlahi dəvətə cavab verə bilməməyin yeganə haqlı səbəbi, bu dəvətə gücü yetməməkdir. Həccə getməyə güc yetirə bilirsinizsə və içində yaşadığınız şərtlər etibarilə həccə gedə biləcək bir vəziyyətdəsinizsə, ilk fürsətdə həccə getməyiniz üçün başqa heç bir haqlı səbəbiniz, başqa heç bir haqlı bəhanəniz yoxdur. Əhəmiyyətli olan Kəbəyə getməyin bir yolunu tapmaq və bu yola güc yetirə bilməkdir.
Yaxşı bəs siz, siz buna gücü çata biləcək olan möminlərdənsinizmi?
Hərçənd bu, hər insana görə fərqli cavabları olan bir sualdır! Pulu olanların zamanı, zamanı olanların pulu olmaz!

Qazancı olan bir sərmayə üçün gözünü qırpmadan var-yoxunu sata bilən və ya bu sərmayəyə aylarını, illərini ayıra bilən bir çox insan; iş həccə getməyə gəldimi yeddi günün hesabını etməkdə və ya yeddi sülaləsinin, yetmiş illik gələcəyini düşünə bilməkdədir!
Halbuki həccə getmək bir darlıq deyil min genişlik, bir yoxsulluq deyil min zənginlik, bir qıtlıq deyil min bolluq, bir azlıq deyil min bərəkət vəsiləsidir. Başqa sözlə bütün bunları bilən və bütün bunlara iman edən bir mömin olaraq Rəbbinizin dəvəti qarşısında heç tərəddüd etmədən, heç əylənmədən qəlbinizə baxır və qəlbinizdən yüksələn bu cavabı açıq bir şəkildə ifadə edirsiniz,
"İnşallah!
İnşallah ən qısa zamanda! İnşallah ilk fürsətdə Ya Rəbbi!

mənbə: azerislam.com
 

1 şərh

ayxansevda
Allah hər kəsə, hər mömünə həcc qismət etsin. Amin