Gəlin Birlikdə Gülək - Öldürək !

Əminəm ki, bir çoxlarınız bu filmi seyr etmisiniz. Etməyənlərə də məsləhət görərdim. Məqsədim film haqqında danışmaq deyil. Filmin ana məğzinə toxunmaq istərdim. Filmdə cərəyan edən hadisələr İnternet dünyasının nə qədər acımasız olmasından bəhs edir. Müəyyən mənada acı həqiqətləri ortaya çıxarır. Belə ki, real həyatda baş verən bir çox hadisələrin web dünyasında yayımlanması, anti-reklam edilməsi həmin videoda bəhs edilən şəxsdə nə dərəcədə pis və ağır psixoloji təsir buraxdığını məhz bu filmdə görə bilərik. Nəinki bu filmdə, eləcədə real həyatda bu filmdə olduğu kimi, ayrı ayrı vəzifəli, mülki şəxslərin özəl həyatından çəkilmiş gülüş doğuran video görüntülərin internetdə hərkəs tərəfindən baxılmasına şərait yaradılması düşünürəmki çox yalnış addımdır. Konstitutsiyon səviyyədə hər bir vətəndaşın şəxsi həyatı toxunulmaz olduğu qeyd olunub. Məhz bu maddənin pozulması ilə bağlı şikayət haqlı olarsa inzibati və cinayət məsuliyyəti nəzərdə tutur.
İnsanların hisləri ilə, heysiyyatı, qüruruna toxunan video görüntülərin və məlumatların dərc olunması sizcə nə dərəcədə düzgündür? Razıyam, bəzən buna sözü gedən şəxslər şərait yaradır ki, bu hallardan danışmaq istəmirəm. Mən əsas diqqəti ayrı ayrı mülki şəxlərin şəxsi və özəl həyaı ilə bağlı web resurların paylaşılmasına yönəltmək istəyirəm. Sanki filmdə olduğu kimi, bu video resurlar paylaşılaraq sözü gedən şəxsin rüsvayçılığına hamının baxılmasına çağırış edilir.Ucuz reklamdan istifadə edərək, reytinq xətrinə kimlərinsə rüsvaylamaq, ona şərait yaratmaq, göz yummaq -  Bu hansı insanlıq bəndində əks olunub? Kim olursa olsun, hər kəs öz əməllərinə görə cavab verəcək. Heç kim heç nədən siğortalanmayıb. Sabah o videoda sən, mən, biz, yaxınlarımız ola bilər.  Video görüntüləri müxtəlif saytlarda yerləşdirilən şəxslərin yerində özünüzü heç olmasa bir dəfə də olsun hiss etmisinizmi? Əminəm ki, yox. Elə isə nə qədərki ÖZÜMÜZÜ, yaxınlarımızı o videolarda görməmişik, DÜŞÜNMƏYƏ DƏYƏR.
...................................................................................Hörmətlə Səbuhi Əsgərov

 

2 şərh