Qadınların arıqlamaq mərhələləri

Aparılmış tədqiqatlar göstərdi ki, kişilər qadınların çəkisinə birbaşa təsir edə bilirmişlər.Məsələ ondadır ki,Qadın bədəninin çəkisindəki dəyişikliklər onun kişi ilə münasibətlərindən asılıdır. Bu tədqiqatda 3000 müxtəlif yaşlı qadın iştirak etmişdir.Nəticədə məlum olmuşdur ki, bir qadının bir kişi ilə romanları zamanı qadın 5 müxtəlif mərhələdən keçir ki, bu da onun çəkisinə təsir göstərir.

1. Pərəstişkarlıq mərhələsi, bu mərhələyə bəzən "şokalad - buket" mərhələsi də deyirlər.Bu mərhələdə qadın aktiv olaraq arıqlayır.Demək olar ki, bütün insanların çoxusu yeni münasibətlər qurarkən olduqca gözəl və cazibədar görünməyə can atırlar.
qadın arıq olanda gözəl olur
2.Stabil münasibətlər mərhələsi.Bu mərhələ bir neçə il davam edə bilir.Bu mərhələdə çəki bir qədər artmağa başlayır.Qadına çəkisinə nəzarət etməyə gərək qalmır,sevdiyi kişi onsuz da onunladır.

3.Toy mərhələsi.Bu mərhələdə qadın yenə də arıqlamağa başlayır.Burda daha çox toy günü gözəl görünə bilmək və hər şeyin yerli - yerində ola bilməsi həyəcanı buna səbəb olur.

4.Analıq mərhələsi.Doğum zamanı və ondan sonra da qadınlarda artıq çəki qalır.Və qadının həyatına yeni insan gəldiyi üçün özünə zaman ayırmağa vaxt tapmır,artıq çəkilər baş alıb gedir.

5.Yenilənmə mərhələsi.Bu mərhələ uşaqların böyüyüb boya-başa çatdıqları mərhələsidir.Qadın yenidən öz xarici görünüşünə diqqət etməyə başlayır,sevimli həyat yoldaşına özünü yenidən bəyəndirməyə çalışır.

Bütün bu mərhələləri nəzərə alaraq hesablanmışdır ki,
1."Şokalad - buket"mərhələsində qadınlar  2,5 kq arıqlayırlar
2.Stabil münasibətlər mərhələsində  4,5 kq çəki alırlar
3.Toya hazırlıq mərhələsində 3,6 kq arıqlayirlar
4.Hamiləlik,doğuş və hamiləlikdən sonrakı dövrdə 7 kq alırlar
5.Yenilənmə dövründə 3 kq arıqlayırlar

 

 

1 şərh

bankir
Deməli qadınların arıqlayıb-kökəlməsi də kişilərlə münasibətdən asılı imiş.