Vegetarianlar

Vegeterianlar əsasən qida rasionlarından ət, balıq və dəniz məhsullarını kənarlaşdırırlar. Mübahisəli qida məhsulları sırasında isə balın da adı keçir. Bəzi vegeterianlar balıq əlavə edir, digərləri isə quş ətindən uzaq durmağa çan atırlar.
Buna baxmayaraq həkimlər hesab edirlər ki, vegeterianlar olduqca sağlam qida rasionu ilə seçilirlər.
Vegeterianlar arasında ürək –damar sistemi problemlərinə 30, xərçəng xəstəliyinə isə 40% daha az təsadüf olunur. Hipertoniyada bu qidalanma sistemini seçənlər üçün problem deyil.
Vegeterianlıq bir qidalanma sistemidir ki, onunla qədim zamanlarda Roma, Hindistan, Yunanıstanda ciddi məşğul olublar.
Bura əsasən istənilən heyvan ətinin qida rasionundan çıxarılması daxildir. Bəzi heyvanlarınsa südü, yağı və hətta yumurtası da rasiondan kənarlaşdırılır.

Hələ orta əsr alimləri hesab edirdilər ki, ətdən hazırlanmış qida tərəvəz və göyərti, ədviyyatlar, bitki mənşəlli turş məhsullarla yeyilməlidir. Mədənin 4-də 1 hissəsi maye, digər 4-də bir hissəsi boş qalmaq və əsas hissəsi qida üçün ayrılıb.
Lakin bu o demək deyil ki, nəyi istədin və necə gəldi yeməlisən.
İnsanların vegeterian olma səbəbləri müxtəlifdir. Bura pəhriz, ateskleroz, xərçəng, ürək çatışmamazlığı, mədə-bağırsaq problemlərindən qorunma cəhdləri də daxil edilə bilər.
Müasir zamanda Bencamin Franklinin yolunu tutub büdcəyə qənaət məqsədi ilə də vegeterian olanlar az deyil.
Hesablamalara görə, dünyada 1 həftə ərzində ətdən istifadənin cəmi 70 qram azaldılması , 20 trilyon ABŞ dollarına qənaət etmək deməkdir.
Yüksək kalorili qidadan birdəfəlik imtina, yüngül qidaları rasiona daxil edir. Bu qida məhsulları isə öz növbəsində həzm prossesini tezləşdirir və deməli insanı da daha tez acdırır.
vegetarianlar, vegetarianlıq,
Hesab olunur ki, bitki mənşəlli qida insan həyatında yalnız fiziki deyil, mənəvi iz də buraxır. Belə ki, bu qidalanma növünü seçən insanlar daha mülayim , sakit, qərarlı olurlar. Heyvan əti ilə qidalanan insanlara gəlincə, onlar daha aqressiv və gərgindirlər.
Çikaqo Universtitetinin alimlərinin apardıqları araşdırmaya görə , vegeterianların intellektual səviyyəsi ət yeyənlərdən 5% yüksək, vücudları daha tüklü ,kişilərsə fəndgir və bacarıqlı olurlar.

Pifaqor, Sokrat Platon, Plutarx, Mişel Monten, John Milton, Leonrado Da Vinci, İsaak Nyuton, Volter, Benjamin Franklin, Jeane-Jacques Rousseau, Lev Tolstoy, Bernard Shaw, Rabindranat Taqor, Mohandas Ghandi, Emil Zola,Franz Kafka və Albert Einstein də vegeterian olub. Bu gün də tanınmışlar arasında vegeterianların sayı artmaqdadır.

Tom Kruz həyat yoldaşı Katie Holmes və qızı Suri ilə birlikdə vegetariyan olmaqdan çox məmnundur.Cruise ailəsinin mətbəxində yalnız və yalnız bitki mənşəli yeməklərdən istifadə edilir.Qeyri adi açıqlamaları ilə məşhur olan Kruz öz açıqlamalarının birində bildirib ki vegetariyan tərzi sayəsində çoxdan əziyyət çəkdiyi disleksiyadan(oxumaq qabiliyyətinin aşağı olması) qurtula bilib.

Claudia Schiffer pəhriz naminə ətdən imtina edib.O, qida rasionunda ət və toyuq məhsullarını çıxarsa da, balıq və süd məhsullarından sitifadə etməkdə davam edir.

Pamela Andersonun ət yeyənlərə qarşı barışmaz münasibəti davam edir. Onun səyləri nəticəsində Kentucky Fried Chicken fast-food restoranlarında müştərilərə süni toyuq ətindən hazırlanan sendviçlər satılır. Uzun illər həmən restoranın nümayəndələri ilə məhkəmə zallarında görüşən aktrisa nəhayət ki istədiyinə çatıb.

Elə Azərbaycanda da bu gün vegeterianların sayı durmadan artır. Gənc xanımlar dieta əvəzi, orta yaşlı xanımlar isə daha cavan qala bilmək üçün vegeterian olurlar. Amma onlardan əksəriyyətini sadiq vegeterianlar adlandırmaq olmaz. O, səbəbə ki, ayda və ya ildə bir neçə dəfə hansısa heyvan ətindən istifadə edirlər. Və bu yazının müəllifi olaraq şəxsən də bunun şahidi olmuşam.
Amma əsas bu deyil. Əsas odur ki, nə yeyirsən, necə yeyirsən ye. Unutma ki, yemək üçün yaşamırsan! Yaşamaq üçün yeyirsən!

5 şərh

kotler
Azadlıq Radiosunun araşdırmasına görə, son 25 ildə ərzaq rasionumuzdakı ət, balıq, yumurta və başqa heyvan mənşəli qidaların yerini bitki mənşəli qidalar– kartof, tərəvəz, çörək və makaron tutub.
1985-2006-cı illər arasındakı dövrdə orta azərbaycanlının ərzaq rasionunda ət, balıq, süd, yumurta azalıb. Əvəzində indi azərbaycanlılar «yenidənqurma» dövründəkindən daha çox — təxminən 4 dəfə çox kartof, 3 dəfə çox tərəvəz, 30 faiz çox çörək və makaron yeyirlər.

Dövlət Statistika Komitəsinin və BMT-nin Ərzaq Proqramının 1985-2006-cı illər üçün hesabladığı statistik göstəricilərə əsasən:

24 il əvvəl yediyimiz…
1985-ci ildə azərbaycanlı ildə orta hesabla 35 kilo ət, 4.7 kilo balıq, 155 ədəd yumurta, 28 kilo kartof, 62 kilo tərəvəz, 158 kilo çörək və makaron yeyib, 293 litr süd içirdi. İldə 37 kiloya yaxın şəkərdən və 3 litrdən çox bitki yağından istifadə edirdi.

Bu gün yeyə bilmədiyimiz…
Amma bu gün azərbaycanlı ildə 13 kilo az ət, 120 dənə az yumurta, 2.5 kilo daha az balıq, 6 kilo daha az şəkər yeyir. Əvəzində isə azərbaycanlılar SSRİ-də «yenidənqurma» dövründəkindən 1.4 litr daha çox bitki yağı, 3.5 dəfə daha çox kartof, 3 dəfə daha çox tərəvəz və bostan məhsulları və 23 kilo çox çörək və makaron istehlak edir.

Rəsmi gündəlik menyumuz
Yəni bu rəsmi rəqəmlərə görə, azərbaycanlı gündə 60 qram ət, 6 qram balıq, 263 qram kartof, yarım kilo tərəvəz və ya qarpız-yemiş və yarım kilo çörəklə doyur, 2 stəkan süd içir, 5 gündə 1 yumurtanın dadına baxır.
niqulya
Avropada insanlar sağlamlıq xatirinə ət az yeyir,bizdə imkansızlıq üzündən.
Yucin
Ona görə ki kasıb acından ət yiyə bilmir varlıda özünü avropalaşdırır. Ona görə burda ət yiyən olmur. yerdə qalan 35 kiloda şadlıq evlərində gedir.
Əliyev
Ona görə hər yer qəssab maqazaları ilə doludur?
Yucin
Bəs statistika var axı.