Zərdüştlük dini

Tarixi rəvayətə görə Zərdüştlük dini e.ə VII esrin ikinci yarısı-VI əsrin əvvəllərində yaşamış Zərdüştün adı ilə bağlı olmuşdur. Zərdüştlük dini insanları təkallahlığa çağırırdı. Bu dini Zərdüşt yaratmışdı. Bu dinin müqəddəs kitabı``Avestadır``. Zərdüştlük dininə İranda və Orta Asiyada sitayiş edilirdi. Bu dində oda pərəstiş olduğunda bu dinə Atəşpərəstlik də deyilir.

Rəvayətə gorə `Avesta`nın ilkin variantı Makedoniyalı İsgəndər Persopolda Əhəmənilərin sarayını yandırarkən  tələf olmuşdu. Bu müqəddəs kitabın dövrümüzə qədər gəlib çatmış hissələri İranda Sasanilər sülaləsi dövründə yenidən toplanmışdır. Fransız alimi Anketil Düperron Hindistanda yaşayarkən görür ki, burada insanlar hamısı əllərində Avestanın nüsxələrini oxuyur. O, buradan kitabın bir neçə hissələrini alıb Avropada çap etdirmişdi.Avropanı bu kitabla elə bu alim tanış etmişdi.
Zərdüştlük dinində od,su,torpaq müqeddes sayılır.Bu dinə görə Xeyir(hörmüz)və Şər(Əhriman)bir birilə mübarizə aparır lakin Xeyir qalib gəlir. Hazırda bu dinə inananların sayı 130 minə çatır.Hindistanda(parslar) və İranda(gəbrlər) bu dinə daha çox inanırlar. Zərdüştlük dininin mərkəzi, müqəddəs şəhəri Cənubi Azərbaycanda yerləşən, Atropatena dövlətinin paytaxtı Qazaka şəhəri olmuşdur. Buradakı baş məbədi Bizanslılar məhv etmişdir.
zərdüştilik
Zərdüştiliyin mənəvi prinsipləri Humata (xeyirxah fikir, düşüncə), Huxta (xeyirxah söz), Hvarşta (xeyirxah əməl) sülhü, əmin-amanlığı qorumaq, əməksevərlik, qənaətçillik, xeyirxahlıq, ədalətlilik tələblərini ifadə edirdi.Zərdüştilik sosial fikir tarixində məhz bu arzu, təklif və tələblər üzərində qurulmuş, maddi və mənəvi cəhətdən bizə məlum olan ilk kamil cəmiyyətin təsvirini verir.
Zərdüştilik İranda hakim dinə çevrildikdən sonra gələcəkdə onun ümumbəşəri xəlqi və humanist müddəaları öz yerini, əsasən, təlimin esxatoloji görüşlərinə, ayin və mərasimlərinə verdi. Lakin zərdüştiliyin iki başlanğıcın vəhdəti, onun əksliklərin qarşıdurması və mübarizəsi üzərində yüksələn mövcudatla bağlı təsəvvürləri, təbiətə və insana yönəlmiş humanizmi, azad iradəli insanın fəallığı, utopik cəmiyyət haqqında ideyaları, gözəlliyə münasibəti, fəlsəfi təliminə məxsus mücərrəd məfhumlar – ilk başlanğıc, işıq, zülmət, Xeyir, Şər, həqiqət və s. kateqorial anlamları minilliklər ərzində ictimai fikirdə müxtəlif formalar alaraq dünya fəlsəfi mədəniyyətinin ənənəsi kimi yaşamaqdadır. Sonralar, ilk növbədə, Azərbaycan və Orta əsrlər İslam Şərqinin zərdüştilikdən də qaynaqlanan mistik fəlsəfəsi, demokratizmi və humanizmi ilə fərqlənən ideoloji cərəyanları zərdüştilik ideyalarının yaşaması üçün münbit zəmin oldu.
E.ə.I minilliyin 1-ci yarısında Azərbaycan fəlsəfi fikrin inkişafında Midiya kahinləri nəslindən olan maqların təlimi mühüm yer tutur. Səciyyəvidir ki, kahin silkindən olan maqlar mədəniyyət tarixinə yalnız din, fəlsəfə, elm təmsilçisi kimi deyil, həm də təlim yaradıcısı kimi daxil olmuşlar. Mədəniyyət tarixində “maqlar dini”ndən deyil, daha çox “maqlar təlimi” və “maqlar elmi”ndən bəhs edilmişdir. Buna səbəb isə maqlar təliminin mənəvi mədəniyyətin müxtəlif sahələrini ehtiva etməsidir. Maqların dünyagörüşü o dövrün yüksək inkişaf etmiş elmlərinə – astronomiya, riyaziyyat və təbabətə əsaslanırdı. Onların öz biliklərindən istifadə edərək təbiət və cəmiyyət həyatına müdaxilələri çox vaxt sehr kimi dəyərləndirilirdi. Mədəniyyət tarixində “maq” anlamı altında zərdüştiliyin təmsilçilərini və ümumiyyətlə, müdrikliyi ilə seçilən şəxsiyyətləri nəzərdə tutmuşlar. Şərqdə “pir-i muğan” anlamı alim, müəllim, müdrik mənasında işlənir.


Zərdüştilik atəşpərəstliyin içindən çıxsa da, müstəqil din kimi meydana gəlmişdir. M.Boys zərdüştiliyin Vəhy dinlərindən ən qədimi olduğunu qeyd edir. Budinin müqəddəs kitabı Zənd-Avestaya daxil olan Qatalar din müəllimi və peyğəmbər Zərdüştə (e.ə. VI əsr) səmadan nazil edilib. Bəzi mənbələrdə göstərilir ki, Zərdüştün atası Azərbaycandan olub. Zərdüştiliyə görə, dünyada iki başlanğıc — Xeyir və Şər başlanğıcları mövcuddur və bunlar daima bir-birilə mübarizə aparır. İşıq, Xeyir və Ədalət dünyasını Hörmüzd (Ahura-Mazda), Qaranlıq, Şər və Zülm dünyasını Əhrimən (Ahura-Manyu) təcəssüm etdirir. Bu mübarizədə son təqdirdə Xeyr qalib gələcək və Hörmüzdün Şərə və Zülmətə qarşı fəal ardıcılları axirət səadətinə qovuşacaqlar. Axirət səadəti, günah və savab haqqında təsəvvürlər zərdüştiliyin yetkin din olduğuna dəlalət edir. Zərdüşt insanları daha ədalətli, daha təmiz olmağa, hər cür natəmizliyə qarşı mübarizə aparmağa çağırırdı. Zərdüşti əqidələrində od mühüm yer tuturdu və buna görə zərdüştiləri çox vaxt atəşpərəst hesab edirlər. Zərdüştilər ölmüş adamların cəsədlərini murdar hesab etdikləri üçün torpağa tapşırmır, dağlarda hazırladıqları xüsusi yerlərdə saxlayırdılar ki, qurd-quş yesin. Yalnız bundan sonra təmizlənmiş sümüklər yığılaraq dəfn edilirdi.

 

0 şərh