Katolik mərasimlər

Katolik məbəd
Katolik məbəd ümumən pravoslav məbədlə eyni quruluşa malikdir. Gözəçarpan ən əhəmiyyətli fərq ikonostasın olmamasıdır. Onun yerinə o qədər də uca olmayan səcdəgah səddi mövcuddur. Kilsədə mərkəzi  səc­dəgah və ya presviteriy hissəsi seçilir. Burada ibadət baş verir və müqəddəs sövqatlar Isanın bədəni və qanından «hasil» olunmuş şərab və çörək saxlanılır. Bu yeri sövqat saxlanan yer qarşısında daima yanan qəndilə görə tanımaq olar.
Mərkəzi səcdəgahdan başqa müqəddəslər üçün yan tikililər də ola bilər. Məbəddə həmçinin xor üçün yer və riznitsa - məbəd işçiləri və liturgiya geyimləri və əşyalarının saxlanılması yeri ayrılır.
Ibadətkənarı əsas davranış qaydaları aşağıdakılardır: kişilər məbədə daxil olarkən baş geyimlərini çıxarır, lakin qadın­lardan baş yaylığı tələb olunmur. Geyimdə, yaxud kosmetikadan istifadədə xüsusi normalar olmasa da, məbəddə şortda, yaxud ifrat açıq geyimdə görsənmə alqışlanmır, bəzi məbədlərdə isə, məsələn Vatikanın Müqəddəs Pyotr soborunda (baş kilsə) qadağandır.
Məbədin girişində müqəddəs su olan çiləqabı yerləşir. Ora sağ əlin barmaqlarını salır, sonra havada xaç işarəsini edirlər. Katolik prixodların slavyan yeparxiyalarında yayılmış salamlama formaları: «Xaç Isaya eşq olsun!» (cavab «Əsrlər boyu, amin»); «Tanrını uğurlayaq» (cavab «Tanrının rizası ilə»); «xilas et, Tanrı!» (cavab «Tanrının şərəfinə»); «Tanrı yardımçın olsun!» (cavab «Xilas et, Tanrı»).
Məbədə girərkən sövqatsaxlanılan yer qarşısında sağ dizi üstə çökürlər. Sonradan, sövqatsaxlanılan yerin yanından keçərkən, diz çökür ya da heç olmasa başla təzim edirlər.
Xaç işarəsini katoliklərdə pravoslavlardan fərqli qaydada edirlər: əvvəl sol, sonra sağ çiyin. Liturgiya xaricində xaç işarəsini etməyin xüsusi məqamları yoxdur.
Məbəddə bir sıra duaetmə skamyaları, aşağıda isə kiçik skamyalar yerləşir. Həmin skamyalar üzərində ibadət zamanı diz çökürlər, buna görə ora ayaq basmaq lazım deyil.
Katolik məbəddə tövbəetmə xüsusi tövbə hücrələrində  - keşiş və tövbəedən üçün kiçik kabinələrdə baş verir. Əgər tövbəetmə hücrəsində kimə söhbət edirsə, onu eşidəcək məsafədə çərçivəsindən qaçmaq lazımdır. Həmçinin keşiş kimləsə söhbət edərkən ona çox yaxınlaşmaq olmaz – bu mənəvi və çox şəxsi söhbət ola bilər.
Həmçinin duaetməni, yaxud dindarların sükutlu mənzərəsini pozmaq lazım deyil: onlar bitirənə qədər gözləmək lazımdır.
Bununla, demək olar ki, katolik məbəddə əsas davranış qaydaları məhdudlaşırlar. Sadəcə ümumi normaları əlavə etmək olar.

Katolik din xadimləri
Katolik kilsənin başçısı Roma papasıdır. Ona «zati-müqəddəsləri» deyə müraciət edirlər. Sonrakı əhəmiyyətinə görə ranqlar kardinal və arxiyepiskopdur. Onlara «ali həzrətləri», növbəti ranqa – yepiskopa isə «həzrət…» yaxud daha şəxsi «Vladıka» deyə müraciət edirlər. Ali kilsə iyerarxiyası üçün həmçinin rütbəsinə əlavə edilən «mon­senyor» müraciətindən də istifadə edilir.
Məbədin baş keşişinə «… ali cənabları» deyə müraciət edirlər. Şəxsi söhbət zamanı bütün keşişlərə «ata», monaxlara «qardaş», qadın-monaxlara «bacı» deyə müraciət etmək olar.
Gündəlik həyatda bir ranqı digərindən fərqləndirmək çox çətindir, buna görə keşişlə görüşə hazırlaşarkən, əvvəlcədən onun rütbəsini öyrənmək lazımdır. Qırmızı kəmərin, piuska – qırmızı yepiskop papağının, yaxud qeyri-qara rəngdə olan sutananın (katolik xadimin cübbəsi) varlığı, bir qayda olaraq, ali iyerarxiyaya aidiyyatdan xəbər verir. Düzdür, gündəlikdə din xadimləri tünd rəngli köynəklə və yaxalıq altında ağ zolaqlı adi tünd rəngli kostyumlar geyinirlər.
Din xadimləri ilə ünsiyyət zamanı iki səviyyəni fərq­ləndirmək lazımdır: görüş vaxtı keşişin ibadət, yaxud tainstvo (dini ayin) etməsi lazım olan görüş və adi söhbət. Birinci halda münasibət «dünyavi boşboğazlığı» və ikimənalı fikirlərdən uzaq, kifayət qədər korrekt və ciddi olmalıdır. Adi söhbətə adi etiketin qaydaları şamil edilir. Katolik ruhanilərlə ünsiyyət ümumi mədəniyyət çərçivələrinə çox gözəl uyğunlaşır.
Əgər müştərək nahar nəzərdə tutulursa, onun oruc dövrünə, oruc gününə, yaxud oruc saatına (oruc günü, bir qayda olaraq, cümə günü, bəzən çərşənbə günüdür, yevxarist orucunun saatı messadan (ibadətlərdən birinin adı)əvvəl)) düşüb-düşmədiyini dəqiqləşdirmək lazımdır.
Oruc vaxtı ət yemək qadağan olsa da, süd məhsullarına icazə var. Yevxarist oruc zamanı, ümumiyyətlə, qidalanmaq olmaz.
Katolik ruhanilər subaylıq andı verirlər, buna görə həmsöhbətin ailə həyatı ilə maraqlanmaq nəzakətsizlik hesab edilir.
Daha bir xüsusiyyət: bir qayda olaraq, keşiş salamlama üçün əlini  birinci uzadır (o cümlədən qadınlara).

Katolik bayramları
Katolik kilsənin liturgiya ilində beş əsas mərhələ seçilir: Advent yaxud Milad orucu – noyabrın son bazar günündən 25 dekabra qədər; Milad dövrü – 25 dekabr­dan (Milad) 2 fevrala qədər (Sreteniye). Böyük oruc təsbit olunmuş başlanğıç tarixinə malik deyil: Kül çərşənbəsindən Pasxaya qədər; Pasxa dövrü Pasxadan Müqəddəs Ruhun enişi gününə qədər uzanır; qalan dövr adi vaxt adlanır – onun dövründə, əlbəttə ki, müxtəlif bayramlar var, lakin onlar üçün xüsusi davranış qaydaları yoxdur.
Daima və xüsusən Böyük oruc vaxtı Xaç yolu ibadəti keçirilir. Onun gedişində Isanın yer həyatının son hadisələri xatırlanır. Bu ibadətin icrası üçün məbədin divarlarında «stoyaniya» adlanan və müvafiq hadisənin təsviri olan rəsm yaxud barelyeflər yerləşdirilib. Ibadət zamanı insanlar bir stoyaniyanın yanından digərinə keçirlər, buna görə onların gedişatına mane olmayacaq yerdə dayanmaq lazımdır. Eyni istək təntənəli kütləvi yerişlər zamanı davranışa aiddir.
Təntənəli ibadət – messa icra edilən hər bazar günü çox vacib bayram hesab edilir. Messa vaxtı insanlar skamyalarda oturur, yaxud divarlar boyu dayanırlar. Məbəddə ancaq ehtiyac yarandıqda gəzmək lazımdır. Messa vaxtı kütləvi yerişlər ola biləcəyi üçün keçidlərdə duraraq onlara maneə törətmək lazım deyil.
Messanın mərkəz anı xüsusi təntənəliyə riayət edilən Müqəddəs sövqatların çevrilməsi məqamıdır ki, insanlar sükuta riayət edərək dayanır, yaxud diz çökürlər.
Daha vacib bir detal priçastiyedir. Qeyri-katolik xaçpərəstlər katolik kilsədə priçastiye ayinini icra etmələri üçün öz ruhani atalarının icazəsinə malik olsalar, daha yaxşı olar.
Davranışına diqqət tələb edən Tanrıya səcdənin başqa forması müqəddəs sövqatlara səcdədir. Bu zaman müqəddəs sövqatlar sövqat saxlanılan yerdə aşkara çıxarılır, dindarlar diz üstə çökərək ibadət sükutu və seyr etməkdə olurlar. Təbii ki, bu vaxt məbəddə hərəkətetmə, söhbətlər, səs-küy minimuma endirilməlidir.
Bütün digər hallarda özünü ətrafdakılar kimi aparmaq lazımdır, çünki Katolik kilsədə çox müxtəlif olan və vahid qaydaya salına bilinməyən yerli ənənələr böyük əhəmiyyət kəsb edirlər.
həmçinin bax:
Pravoslav kilsəsi

0 şərh