Xarici əlaqələr üzrə orqanlar

Xarici əlaqələr üzrə dövlət orqanları. XİN- dövlətin xarici siyasət aparatının əsas bəndidir (üzvüdür).
Yerləşməklərinə və fəaliyyətlərinə uyğun olaraq XMÜ DO 2 qrupa ayrılır: 1) Dövlətin XMÜ mərkəzi orqanları. 2) Dövlətin XMÜ xarici (dövlətdən kənar) yerləşən orqanları.
Öz funksiyalarının xüsusiyyətləri və hüquqi mövqelərinə görə 2 qrupa bölürlər:
A) Ümumisiyasət rəhbərlik orqanları – dövlətlərin konstitusiyaları ilə təsis və müəyyən edilmiş və ümumisiyasət funksiyalarını yerinə yetirən. (Ölkəsi tərəfindən).
B) Dövlətin başqa ölkələrlə ixtisaslaşmış (iqtisadi, təsisatlə, müəyyən sahəli) əlaqələr üzrə orqanlar.

Birincilərə.
- adətən ölkənin əhalisi tərəfindən seçilən hakimiyyətin ali qanunverici orqanları
- fərdi, yaxud kollegial – dövlət başçısı.
- Hökumət və ilk növbədə hökumət başçısı.
- Xarici işlər naziri və XİN-in mərkəzi aparatı aiddir.

Hakimiyyətin ali qanunverici orqanları idarəetmənin respublikan forması olan dövlətlərdə həm daxili, həm də xarici siyasət və münasibətlər aləmində ali dövlət orqanları sayılırlar. Qanunverici orqanlar tərəfindən xarici münasibətlər sahəsində müəyyən funksiyaları yerinə yetirmək ənənəsi hələ qədim quldarlıq dövlətlərinə aid olub. Belə ki, Qədim Romada, sülh və müharibə, danışıqların aparılması, xarici ölkələrə diplomatik missiyalar və səfirlərin təyin edilməsi haqqında məsələlərin həlli Roma quldarlıq zadəganların orqanı sayılan – Senata – həvalə edilmişdi.

Orta əsrlərdə idarəetmənin respublika forması olan dövlətlərdə (misal üçün, İtaliyada), Genuya, Venesiya və s. şəhər-respublikalarda xarici münasibətlərin əsas məsələləri hakimiyyətin nümayəndələr qanunverici orqanlarına aid edilirdi.

Lakin feodalizm dövründə butun bü cür suallarla hökmdar (monarx) məşğul olardı. burjuaziyanın hakimiyətə gəlməsi ilə Avropa dövlətlərin əksəriyyətində respublika idarəetməsi bərqərar edildi. Eyni zamanda konstitusiyalarda monarxizmə əks olaraq, dövlət hakimiyyətin nümayəndələr seçki orqanları həm daxili, həm xarici siyasət sahələrində ali orqanlar kimi qəbel olunmuşdular.

Konstitusiyaya uyğun olaraq, bütün müasir respublika idarəetməsi ilə dövlətlərdə xarici münasibətlər üzrə ali orqanlar kimi parlamentlər sayılır. Sülh və müharibə, bəzi ölkələrdə isə hətta xarici dövlətlərə səfirlərin təyin edilməsi kimi məslələrin həlli onların öhdəsinə buraxılır. Misal üçün, ABŞ-da bu funksiyaları senat həyata keçirir. Parlamentlər hökümətin xarici siyasət fəaliyyəti barədə hesabatı dinləyir və müzakirələrdən sonra xüsusi qətnamələr qəbul edirlər. Bu qətnamələrdə hökümətin xarici münasibətlər sahəsindəki fəaliyyətinə və ümumiyyətlə, xarici siyasət fəaliyyətinə qiymət verilir. Onlar beynəlxalq müşavirələri təsdiq edir; xarici siyasət məsələləri ilə əlaqədar başqa ölkələrin parlamentlərinə müraciət edir və s. işlərlə məşğul olur.

Ali qanunverici orqanlar strukturlarında xarici işlər üzrə müxtəlif komissiyalar və komitetlər fəaliyyət göstərir. Hüquqi olaraq onlar parlamentlərin orqanları sayılır.

Monarxın iderəetməsi ilə dövlətlərdə xarici münasibətlərin ali dövlət orqanı hökmdar özü (kral, imperator və s.) sayılar. Konstitusyon monarxiyalarda onun hakimiyyəti parlament tərəfindən məhdudlaşdırılır, bu da müasir şəraitdə icra hökumət orqanları xeyrinə məhdudlaşdırma deməkdir.

Xarici münasibətlər üzrə dövlətin ikinci mərkəzi orqanı – dövlət başçısıdır (fərdi yaxud kollegial).

Adətən respublikan idarəetməsi ilə dövlətlərdə dövlət başçısı prezident (baş nazir) olur. Xarici münasibətlərin praktiki olaraq həyata keçirilməsi dövlət hakimiyyətin icra orqanların səlahiyyətidir. Bununla əlaqədar təbiidir ki, bütün xarici münasibətlərin gündəlik rəhbərliyi ilə məhz dövlət başçısı məşğul olur və dövlət başçısının bu sahədə fəaliyyəti onun xarici münasibətlər üzrə ali orqan olduğunu deməyə əsas verir. Dövlət başçısının bu gür mövqeyi ona başqa dövlətlərlə və onların başçıları ilə bilavasitə əlaqələr saxlamağa, xarici siyasət məsələləri üzrə sazişlər bağlamağa, hər hansı bir xüsusi səlahiyyətlər lazım olmadan BMT-nin Baş Assambleyasının və başqa beynəlxalq təşkilatların iclaslarında iştirak etməyə imkan verir. ən əhəmiyyətli sazişlər, xarici siyasət aktları və ərizələr dövlət başçısının imzası ilə təsdiqlənir. Əksər dövlətlərin konstitusiyalarında bu əsasnamə müvafiq məqalələrdə öz əksini tapıb.

Dövlət başçısının xarici siyasət sahəsindəki fəaliyyətin və məsuliyyətin həcmi konstitusiya ilə ətsin edilir.

Hökümət başçısı da xarici münasibətlər aləmində öz dövləti və hökümətini ona məxsus olan səlahiyyətlər çərçivəsində təmsil edir, və bu sahədə gündəlik əməliyyatlı iş aparır.

Xarici işlər naziri (xarici siyasət üzrə idarənin başçısı) öz funksiyaları və səlahiyyətlərinə görə dövlətin xarici münasibətlər üzrə təsisatın gündəlik rəhbəridir. Xarici işlər naziri başqa dövlətlərlə münasibətlər saxlayır, xüsusi səlahiyyətləri lazım olmadan BMT-nin baş assambleyasının və başqa beynəlxalq təşkilatların iclaslarında iştirak edirlər. Xarici işlər idarəsinin mərkəzi aparatı da mərkəzi orqanları qrupuna aiddir. Bu aparatın qarşısında duran məqsədlər və onun işinin prinsipləri ayrıca müzakirə olunacaq. Bütün yuxarıda sadalanan orqanların fəaliyyəti diplomatik xarakter daşıyır.

Beləliklə, dövlət başçısı, hökümət başçısı və Xarici işlər naziri xarici münasibətlər sahəsində öz funksiyalarını bunun üçün səlahiyyətləri olmadan yerinə yetirirlər. Bununla belə, xaricdə səfərlərdə olarkən, onlar ümumqəbul olunmuş hüquqlar və imtiyazlarda (məsələn, şəxsi toxunulmazlıq, məhkum olunmazlıq, şifrə olunmuş yazı olan istifadə) və bir sıra fəxri imtiyazlardan (misal üçün, onların maşınlarında və dayandıqları iqamətqahların binalarında təmsil etdikləri dövlət bayrağın ucaldılması) istifadə edirlər.

Dövlətin başqa ölkələrlə xüsusi (iqtisadi, təsisatlı, idarəli) əlaqələr üzrə xüsusi orqanlar (bəzən onları «xarici münasibətlər üzrə ixtisaslaşdırılmış dövlət orqanları» da adlandırırlar.
-dövlətlərin konstitusiyaları (xarici ticarət nazirliyi və s.)
-dövlətin normativ aktları «cari qaunanvericilik, qərarlar, hökümət qətnamələri və idarədaxili sərəncamlar (müxtəlif idərələr, nazirliklərin strukturunda xarici əlaqələr və beynəlxalq münasibətlər üzrəşöbələr) əsasında qurulub fəaliyyət göstərirlər.

Dövlətin başqa ölkələrlə xüsusi əlaqələr üzrə orqanları qeyri-siyasi, ixtisaslaşdırılmış funksiyaları yerinə yetirirlər. Onlar diplomatik xasiyyət daşımır, və bu orqanlarda xidmət öz əsasında diplomatik xidmət sayılmır. Bu orqanlar qrupuna başqa ölkələrlə yaradılan iqtisadi, elmi-tədqiqat və mədəniyyət əlaqələri daxildir.
 

0 şərh