Beynəlxalq münasibətlər. Dünya müasir dövrdə

Faşizmə qarşı birgə mübarizə aparan müttəfiq dövlətlər müharibədən sonra əməkdaşlığı davam etdirə bilmədi. Müharibədən iqtisadi və hərbi-siyasi cəhətdən çox güclü çıxmış ABŞ-ın dünya liderliyi iddiaları daha da artdı. SSRİ isə, öz növbəsində, nüfuz dairəsini genişləndirmək üçün sovet ordusu tərəfindən azad olunmuş ölkələrdə sosialist rejimi yaratdı. Dünyada sosializm cəbhəsi bərqərar oldu. Beləliklə, iki fövqəldövlət və iki ictimai sistem (kapitalizm və sosializm) qarşı-qarşıya durdu. Bir-birinə qarşı duran iki hərbi blok: NATO və Varşava Müqavilə Təşkilatı yarandı. Onlar arasında “soyuq müharibə” başlandı.
“Soyuq müharibə”yə ilk çağırış Böyük Britaniyanın baş naziri U.Çörçilin 1946-cı ildə Fulton şəhərindəki çıxışı, ilk real addım isə “Trumen doktrinası” ilə atıldı. Bu plan Türkiyə və Yunanıstanda SSRİ-nin nüfuzunu zəiflətmək üçün irəli sürülmüşdü. Bu “doktrina” müharibədə zərər çəkmiş Avropa ölkələrinə iqtisadi köməyi nəzərdə tutan “Marşal planı” ilə tamamlandı. SSRİ də, öz növbəsində, Yuqoslaviya və Çin istisna olmaqla, sosialist ölkələrini birləşdirən Qarşılıqlı İqtisadi Yardım Şurasını (QİYŞ) yaratdı.
Davamı →

Beynəlxalq dəniz hüququ

Dəniz məkanlarının hüquqi statusunu müəyyən edən və onların tədqiq edilməsi və istifadəsi ilə bağlı dövlətlərarası münasibətləri nizama salan normaların məcmusuna beynəlxalq dəniz hüququ deyilir.
Uzun dövr ərzində beynəlxalq dəniz hüququ beynəlxalq adət normalarına söykənirdi.
1958-ci ildə bu sahədə ilk dəfə məcəllələşdirilmə aparıldı və nəticədə dəniz hüququ üzrə dörd mühüm saziş (Cenevrə Konvensiyaları) meydana gəldi – Ərazi dənizi və bitişik zona haqqında; açıq dəniz haqqında; kontinental şelf haqqında; balıqçılıq və açıq dənizin canlı ehtiyatlarının mühafizəsi haqqında. Lakin bu konvensiyalar dəniz hüququnun bütün məsələlərini həll etmirdi və xüsusilə də 1960-70-ci illərdə meydana gəlmiş yeni müstəqil dövlətlərinmənafelərini əks etdirmirdi. Buna görə də yeni kompleks aktın işlənib hazırlanması zərurəti ortaya çıxdı: 1982-ci il oktyabrın 10-da Dəniz hüququ üzrə BMT Konvensiyası qəbul edildi. Beynəlxalq dəniz hüququnun əsas mənbəyi olan bu Konvensiya 16 noyabr 1994-cü ildə qüvvəyə minmişdir.


Ardı →

Xaricdəki diplomatik nümayəndəliklər. Konsulluq xidməti

Diplomatik nümayəndəlik – bir dövlətin digər dövlətdə yerləşən daimi dövlət xarici əlaqələr orqanı. Səfirin rəhbərlik etdiyi diplomatik nümayəndəlik — səfirlik (dövlət başçısı yanında), elçi tərəfindən idarə olunan diplomatik nümayəndəlik – missiya (hökümət başçısı yanında) adlanır.

Nümayəndəliyin başçısı yerində olmadığı təqdirdə onu XİN yanında işlər vəkili (həm səfirlik, həm missiya üçün) əvəz edir. Beynəlxalq praktikada bəzi ölkələrdə təsis edilən “maraqlar şöbələri” mövcuddur. Belə hallara dövlətlər arasında rəsmi dirlomatik münasibətlər olmadıqda rast gəlmək olur.

Diplomatik nümayəndəliyin tərkibinə üç kateqoriyalı əməkdaşlar daxildir:


Ardı →

Xarici əlaqələr üzrə orqanlar

Xarici əlaqələr üzrə dövlət orqanları. XİN- dövlətin xarici siyasət aparatının əsas bəndidir (üzvüdür).
Yerləşməklərinə və fəaliyyətlərinə uyğun olaraq XMÜ DO 2 qrupa ayrılır: 1) Dövlətin XMÜ mərkəzi orqanları. 2) Dövlətin XMÜ xarici (dövlətdən kənar) yerləşən orqanları.
Öz funksiyalarının xüsusiyyətləri və hüquqi mövqelərinə görə 2 qrupa bölürlər:
A) Ümumisiyasət rəhbərlik orqanları – dövlətlərin konstitusiyaları ilə təsis və müəyyən edilmiş və ümumisiyasət funksiyalarını yerinə yetirən. (Ölkəsi tərəfindən).
B) Dövlətin başqa ölkələrlə ixtisaslaşmış (iqtisadi, təsisatlə, müəyyən sahəli) əlaqələr üzrə orqanlar.
Ardı →

beynəlxalq münasibətlərin tənzimlənməsinin nəzəri mənbələri

Beynəlxalq münasibətlər alimləri qədim zamanlardan maraqlandırmışdır.
Beynəlxalq münasibətlərin ilk elmi təhlili və mahiyyəti­nin yazılı mənbəyi iki min il əvvəl müstəqil siyasi vahidlər arasında münasibətlərin təhlilinə həsr edilmiş Fukididin sək­kiz kitabı «Peloponn müharibəsinin tarixi» əsəridir. Bu müharibənin əsas səbəblərini araşdırmaqla Fukidid tərəflər arasında müna­si­bət­lərdə yalnız allahın gücü yox eyni za­manda dövlətin marağının ayrıca şəxsin marağından üstün olduğunu göstərir.Fu­ki­di­dinin baxışları N.Makiavellinin, (1469-1527-ci illər), T.Qob­bsun (1588-1679-cu illər) və nisbə­tən başa çatmış alman ge­ne­ralı Karl fon Klauzevitsin (1780-1831-ci illər) əsərlərində davam etdirilən elmi nəzəriyyələrə əsaslanırdı. Bu istiqamət elmdə klassik istiqamət kimi mə­lumdur. Bunu tədqiq edənlərin diqqət mərkəzində ölkələrin hərbi-siyasi məqsədləri dururdu.


Ardı →