Kondisioner xəstəliyi

Legionellozn(Legionerlərin xəstəliyi)- Legionelyoz kəskin respirator infeksiya və pnevmoniya əlamətləri ilə gedən infeksion xəstəliok olub, əksər hallarda ürək-damar və tənəffüs çatışmazlığı qanaxma verir.

Etiologiyası:Leginolyozun törədiciləri Legionella pneumophiledir. Mikrobun 30-dan çox növü vardır. L pneumophile – pnevmaniya yerdə qalanları məs. L micdadei, L bozemanii və s. Tənəffüs orqanlarının xəstəliklərini törədirlər.

Epidemiologiyası: Legionelloz sapranoz infeksiyasınıntipik nümayəndəsi hesab edilir. Xəstəliyin mənbəyi və yoluxma yolları dəqiq deyil. İnsandan insana keçmir. Yaz payız ayları epidemiya şəklində yayılır. Qalan vaxtlar aerogen yolla keçməsi təsdiq olunmuşdur. Yoluxma faktorlarına torpaq, kondisionerin havası, duş qurğularının başlığı aiddir. Mikrob su aerozolu şəklində tənəffüs yollarına düşür. Çox vaxt legionello kondisionerin su sistemindən, vanna və çən suyundan, duşun başlığından tapılır. Əsasən kondisioner sistemi pis işləyən mehmanxana və otaqlarda, uşaq bağçalarında, qospitallarda olan şəxslər xəstələnir. Popiros çəkənlər, alkoqoliklər, ağ ciyərin xroniki xəstəlikləri – emfizeması, bronxoextazı olanlar, immunodepressdent qəbul edənlər legionellozla da çox xəstələnir.

Parogenezi və patoloji anatomiyası: Giriş qapısı tənəffüs yollarıdır. Orada mikrob hemorragik və nekrobiotik dəyişikliklər əmələ gətirərək məhv olur. Endotoksin bir sıra orqan və sistemləri zədələyir, ağır hallarda İTŞ (infeksion toksiki şok) baş verir. Əksər xəstələrdə  tənəffüs və böyrək çatışmazlığı ensefalopatiya, DDL (damar daxili laxtalanma) əmələ gəlir. Lakin daxili orqanların zədələnməsində mikrob faktoru da böyük rol oynayır. Əsas potoloji anatomik dəyişiklik ağ ciyərlərdə ocaqlı və ya yayılmış pnevmoniya və nekroz sahələrindən ibarətdir.

Alveolların diffuz iltihabı fibrinoz-irinli pnevmoniya aşkar edilir. Nekroz prosesi qaraciyərə də yayılır.

Klinikası: Gizli dövr 2-10 gün çəkir. Legionelloz 3 klinik formada:

  1. Legioner xəstəliyi və ya ağır pnevmoniya
  2. KRİ (kəskin respirator infeksiya) – Pontiak qızdırması
  3. Ekzantema – Fort- BRAQQ qızdırması şəklində özünü göstərir.

Legionerlərin xəstəliyi çox vaxt üşütmə, qızdırma, kefsizlik, əzələ və oynaqlarda ağrı, baş ağrısı ilə kəskin başlayır. Az müddət ərzində qızdırma 39-40°S-ə  çatır və 5-7 gün yüksək səviyyədə qalır. İlk gündən quru öskürək, döşdə ağrı, töyşümə, zökəm rast gəlinir. Öskürək və dərin tənəffüs zamanı döşdə ağrı güclənir, tezliklə selikli bəlğəm xaric olur.

Auskultasiya zamanı ağciyərlərdə krepitasiya edən xırıltılar eşidilir. Həmin nahiyələrdə vezikulyar tənəffüs zəifləyir. Bəzən plevra da prosesə cəlb olunur. Plevra boşluğuna az miqdarda eksudat toplanır. Adi pnevmaniya və respirator infeksiyalardan fərqli olaraq legionellozlu xəstələrdə mədə-bağırsaq və sinir sistemi də zədələnir. Bəzi xəstələrdə qusma, ishal, qarında ağrı, hətta mədə-bağırsaq qanaxması aşkar edilir. Əksər hallarda baş ağrısı, yuxusuzluq, hətta huşun pozulması, qarabasma, sayıqlama, kordinasiyanın  pozulması, atoksiya və dizartriya baş verir.

Ağırlıq dərəcəsinə görə leginelyoz yüngül, orta ağır və ağır formalarına bölünür.

  • Yüngül forma subfebril qızdırma, kəskin rinit, mialgiya ilə gedir.
  • Ağır forma dərhal kəskin ürək-damar və tənəffüs çatışmazlığı, ağ ciyərlərin infarktı və qanhayxırma, burun, mədə-bağırsaq, uşaqlıq qanaxmaları, hematuriya k. b. ç. verir. Ölümün əsas səbəbi İTŞ (infeksion toksini şok) olur.

Xəstəlik xoş xassəli olduqda 2-ci həftədən sağalma başlayır. Lakin ventgenoloji, mənzərə sinir sistemi tərəfindən dəyişikliklər – zəiflik, başgicəllənmə, əsəbilik uzun sürür.

Ağırlaşmaları: Ağ ciyər absesi, plevranın empieması, tromboemboliya, müxtəlif qanaxmalar, kəskin böyrək və ürək-damar çatışmazlığı, İTŞ olur.

HERBA FLORA  jurnalı

 

 

0 şərh