Sidik daşı xəstəliyi zamanı faydalı məsləhətlər

* Ümumi qəbul edilən qidanın, həmçinin yağlı və duzlu qidanın həcmini azaltmalı.
* Sutka ərzində 2-2,5 litr maye qəbul etməli.
* Sidikqovucu məhsullardan çox istifadə etməli: ananas, şalğam, albalı, moruq, yunan qabağı, başinağacı, kələm, şabalıd, quşüzümü, moruq, manqo, yulaf, xiyar, şaftalı, gavalı, balqabaq, gilas və s.
* Təzə sıxılmış ərik, şaftalı və üzüm şirələri içməli.
* B1 vitamini ilə zəngin olan qidalar qəbul etməli (qaynadılmış kartof, banan, çərəzlər, lobya).
* C vitamininə olan gündəlik tələbat 1 qramdan artıq olmamalı.
* Yay mövsümündə çoxlu qarpız yeməli (günə 2-2,5 kq).
* Rasiondan qatı bulyonları, şokoladı, kakao, mayonez, konservləşdirilmiş məhsulları, qızardılmış və kəskin ədviyyatlı qidaları çıxarmalı.
* Spirtli içkilərdən istifadə etməməli.
* Gün ərzində 2-3 qramdan artıq xörək duzu qəbul etməməli (o cümlədən hazır məhsulların və çörəyin tərkibindəki duz da daxil olmaqla).
* Müntəzəm olaraq sidikqovucu bitki dəmləmələrindən, Urotea çayından içməli.
* Ağır fiziki işlərlə məşğul olmamalı, soyuqdan qaçmalı.
 

0 şərh