İstəklərin, arzuların qəbulu üçün dualar

Diləklərin qəbulu üçün:

Hər gün 100 dəfə «Ya Qədr», «Ya Müheyminü» 135 dəfə adları oxunur.
Sabah namazından sonra 55 dəfə «Ya Mucib» oxunur.
Edilən duaların qəbul olunması üçün 70 dəfə «Bediassemavati velardi» oxunur.

Murada çatmaq üçün:

Cümə günləri 100 dəfə «Ya Allah» deyə zikr edən insanın Allah hər muradını verər.

İstənilən bir şeyin reallaşması üçün:

Səhər namazından sonra bazar günü "Əlhəmdu lillahi Rəbbil aləmin" deyib, 1071 dəfə «Ya Fettah» oxunur.
Bazar ertəsi "İyyakə nəabudu və iyyakə nəstəin" dedikdən sonra 873 dəfə «Ya Latif» oxunur.
Çərşənbə axşamı günü "Ğəyril məğzubi ələyhim vələz-zaallin" dedikdən sonra 4390 dəfə «Ya Azim» oxunur.
Çərşənbə günü «Maliki yəvmiddin» dedikdən sonra 793 dəfə «Ya Müteal» oxunur.
Cümə axşamı günü "İhdinəs-siratəl-mustəqim siratəlləzinə ənəmtə ələyhim" dedikdən sonra 2115 dəfə «Ya Ganiyy» oxunur.
Cümə günü "Ərrahmanir Rəhim" dedikdən sonra 87 dəfə «Ya Nur» oxunur.

İstəyin yerinə yetməsi üçün dua:

Səhər namazından sonra qibləyə dönük olaraq 100 dəfə aşağıdakı dua oxunur və Allahdan diləyinizi istəyərsiniz.
«La havlə vəla quvvətə illa billahil aliyyil Azim. Allahümme inni əs-elüke ya Kadimü ya Daim. Ya Vitru ya əhadun Ya Samed. Ya Hayyu ya Qayyum ya Zel Celali vəl-İkram. Feintevellev fekul hasbiyallahü la İlahə illa hü. Aleyhi tevekkeltü və hüve Rabbul arşil Azim.»
 Əvvəlcə 3 dəfə Fatihə, 3 dəfə İxlas surəsini oxuyub, Peyğəmbərimizə (s.ə.v), ailəsinə (ə.s), səhabələrinə, Hızır və İlyas (ə.s)-ma, içində olduğu şəhri övliyalarına və qütblərə bağışla.
Sonra aşağıdakı ayəni 500 dəfə oxu.
«Bismillahir Rəhmanir Rəhim İnnə Rəbbi Kariybün Müciybün innə Rəbbi Latiyfün lima yəşau innə Rəbbi le-semiud-duai innə rəbbi le-ğaniyyün Kerim. İnnə Rəbbi Rahiymün Vədud.»

Diləyin qəbul olması üçün Yasin surəsi.

Əgər bir diləyin qəbul olmasını istəsən yaşıl bir qabın içinə su qoy və üzərinə 1 dəfə Yasin surəsini oxu. Yasin surəsi Qurani Kərimin 36-cı surəsidir. Sonra o su ilə dəstəmaz al və 2 rükət namaz qıl. Namazın hər rükətində Fatihədən sonra 3 dəfə Ayətəl-Kürsi oxu. Namazdan sonra əl açıb Allahdan diləyini istə. Hər cür dilək üçün hər gün 101 dəfə «La havlə və la qüvvətə illa billahi və la nicat qapımız minallahi mütləq ileyh» oxuyan hər cür çətinlikdən qurtarar və istəyinə qovuşar.

Diləyin qəbulu üçün Fatihə surəsi:

Kimin bir diləyi varsa axşam namazını qılıb yerindən qalxmadan 40 dəfə Fatihə surəsini oxusun. Sonra bu duanı etsin və diləyini Allahdan istəsin. «Allahım! Sənin elmin mənim istəyimə yetərlidir. Fatihə hörmətinə, arzularımı lütf eyləsən kərəmin mənə kafidir. Kərəminlə lütf eylə. Fatiha hörmətinə könlümdə olanı meydana çıxar Allahım!»
Duanı axşam namazının fərzindən və ya sünnəsindən sonra oxuya bilərsiniz.

Dilək üçün Qədr surəsi:

Hər hansı bir istəyin olması üçün Qədr surəsi 100 dəfə oxunur. Qədr surəsi, Quranı-Kərimin 97-ci surəsidir.
Oxunuşu: «Bismillahir Rəhmanir Rəhim. İnna ənzəlnahu fi ləylətil qədr. Vəma ədrakə ma ləylətul qədr. Ləylətul-qədri xəyrun min əlfi şəhr. Tənəzzəlul məlaikətu vər-ruhu fiha biizni rəbbihim min-kulli əmr. Səlamun hiyə hətta mətləil fəcr. „

Mənası: Rəhman və Rəhim (olan) Allahın adıyla.
Biz onu (Quranı) Qədr gecəsində nazil etdik.
Qədr gecəsinin nə olduğunu sən bilirsənmi?
Qədr gecəsi min aydan xeyirlidir.
O gecədə Rəbbinin izni ilə mələklər və Ruh (Cəbrail) hər bir iş üçün enər və hazır olarlar.
O gecə əmin-amanlıq doludur. Ta fəcrin doğuşuna qədər.

Allah bütün namaz və dualarınızı qəbul etsin.

 

0 şərh