ən pak və ən çirkin üzvlər

Bir gün ağası Loğmana dedi: Mənim üçün bir qoyun kəs.

Loğman qoyunu kəsdi.

Ağa dedi: onun ən pak iki üzvünü mənim üçün gətir!

Loğman onun ürək və dilini ona apardı.

Ağa soruşdu: onda bu iki üzvdən pak bir üzv yox idi?

Loğman buyurdu ki yox!

Ağa sakit qaldı.Başqa vaxt ağa dedi: Mənim üçün bir qoyun kəs.

Loğman qoyunu kəsdi.

Ağa dedi: onun ən çirkin iki üzvünü çölə tulla.

Loğman onun ürək və dilini çölə atdı.

Ağası dedi: Sənə dedim ən pak yerini mənə gətir ürək və dilini gətirdin.Sonra dedim ən çirkin iki üzvünü tulla yenə ürək və dilini tulladın.

Loğman buyurdu: Əgər bu iki üzv sağlamdırsa heç bir üzv onlardan dadlı deyil. Əks təqdirdə, ən çirkin üzvlərdir.

 

5 şərh

Ramil
Hikmətli hekayədir, dil ilə ürək eynidirsə, demək pakdırlar.
imtogrul

ürək və dili də idarə edən beyindi

Ramil
Söhbət əqidədən gedir.
imtogrul
əqidə mücərrəd anlayışdı. beyin qaydasında işləmirsə, əqidə də, dil də, ürək də insanın köməyinə gəlmir. İnsanların dilləri fərqli ola bilər. Bir — birlərinin sözlərini anlıya bilməzlər. Burda dil köməyə çatmır. Amma düşüncələri sağlamdısa, yenə də öz əqidələrini bir-birlərinə bu və ya digər şəkildə nümayiş etdirə bilərlər. Demək, önəmli olan beynin sağlam işləməsidi