Səbr et, Allahın yardım əli həmişə üzərimizdədir.

Dənizdə batmış gəmidən ancaq bir nəfər xilas olur və o, kiçik bir adaya düşür. ALLAHa dua edir ki, ona yardım etsin. Ancaq günlər keçir və heç kəs ona yardım üçün gəlmir. Nəhayət yorulur və taxtalardan özünə kiçik bir daxma düzəldir. Bütün xilas etdiyi əşyaları ora daşıyır. Bir gün yemək axtarmaq üçün gedir və qayıdan zaman görür ki, daxması alışıb yanır. İçərisində olanların hamısı kül olur. Çox təəssüf ki, hər nəyi vardısa yanıb kül olur. Bu mənzərini görüb çox narahat olur və yerində quruyub qalır. Əllərini göyə qaldırıb fəryad çəkir: “ALLAHım, Sən necə razı oldun ki, mənimlə belə rəftar edəsən?”.
Həmin günün sabahısı bir gəmi səsinə yuxudan ayılır. Gəmi onu xilas etmək üçün gəlmişdi. Kişi onu xilasedənlərdən soruşur: “Siz haradan bilidiniz ki, mən burdayam?” Onlar deyirlər: Biz sənin bizə alov ilə verdiyin əlaməti gördük”.
O zaman ki, vəziyyətin xarab olduğunu zənn edirik, hövsələsizlik edib, üsyan edirik. ALLAH bu əziyyət və çətinliklə bizi imtahana çəkir və hətta üsyan etsək belə, yardım əli həmişə üzərimizdədir.
Ona görə səbir etməyi öyrənməliyik. Bir çətinliklə qarşılaşan zaman ALLAHa təvəkkül etmişiksə, Ona etimad etməliyik. Çünki O, bizləri anamızdan da çox sevir…
 

9 şərh

azadmamedov90
quranda adiyat ayesinde bele yazilib- Insan oz REBBine qarsi nankordur, ve ozu bunu bilir.
azadmamedov90
ALLAH sebr edenlerledir.
Ramil

Allahın öz kitabında, Peyğəmbərin isə  öz Sünnəsində əmr etdiyi ən böyük əxlaqi dəyərlərdən biri – Səbrdir.

Deyilənə görə Uca Allahın Qurani-Kərimdə ‘səbr’ sözünü yüz dörd dəfə zikr etməsi də bunun əyani sübutudur.

Someone
Çox maralı məlumatdır. Təşəkkür edirəm!
asel
Səbr etməyi bilmək çox yaxşı xüsusiyyətdi… Amma bəzən elə olur ki, hər şeydən yoruluram, bir növ üsyan edirəm… Amma tez də özümü toplayıb üsyan etdiyimə görə Allahdan bağışlanma diləyirəm :((
Someone

Asel xanım, əsas odur ki, tez anlayırsınız. Nə vaxt ki, belə hər şeydən usanırsınız hər zaman düşünün Allah bilən məsləhətdir. Belə anlarda mənim cox sevdiyim və özümü motivasiya etdim sozlər var: " Allah kərimdir", «Allah bilən məsləhətdir» və bir də ruslar belə bir misal var " нет худа без добра"...

asel
Əlbəttə, Hər şey üçün xeyirlisi…