Dərs

Bir gün universitetdə mühazirə deyən vaxt bir qız tələbə əlini qaldırdı.
— Buyur, qızım, dedim.
O da:
— Bağışlayın müəllim, amma çox yavaş oxuyursunuz. Yəni normadan artıq yavaş oxuyursunuz, sıxıldım, dedi…

Mən də:
— Yaxşı, onda gəl sən oxu, dedim. Qız ayağa qalxıb gəldi və kürsünün arxasına keçdi. Bu an donub qaldı.
Davamı →

Maharacadan ibrətamiz dərs

Cay Sinqh Maharaca Alvara günlərin birində Londonda gəzərkən o zaman məşhur olan «Rolls-Royce» avtosalonunu görür və onu maraqlandıran modellərlə bağlı məsləhət almaq üçün məkana daxil olmağa qərar verir. Lakin heç kəsin gözləmədiyi bir hadisə baş verir.

Müştərinin monarx olduğunu bilməyən satıcı onun xarici görünüşünə nəzər salaraq salondan qovub. Cay Sinqh bunu heç cür bağışlaya bilməzdi. O, satıcını qeyri-adi üsulla cəzalandırmağa qərar verir.

Maharaca elə həmin avtosalondan 6 ən dəbdəbəli avtomobil alır və onların Hindistana çatdırılmasını xahiş edir. Avtomobillər şəhərdəki məişət tullantılarının daşınması üçün bələdiyyəyə verilir.

Əlbəttə ki, bu, avtosalonun reputasiyası üçün böyük zərbə idi. Yeni zibilyığan maşınlar barədə xəbər bütün dünyaya yayılır və şirkətin gəlirləri kəskin şəkildə azalır.
Davamı →

“Cek, tək bir oglum qalıb..."

Cek sürəti azaltmazdan öncə spidometrə baxdı: sürət həddinin əlli olduğu yerdə yetmiş üçlə gedirdi və son dörd ay ərzində dördüncü dəfə polis tərəfindən dayandırılırdı. Bir insan, axı necə bu qədər bəxtsiz ola bilərdi?

Cek avtomobilini sağa çəkdi. «Insallah, bu an yanımızdan daha sürətli bir avtomobil keçər» deyə düşündü.

Polis əlində qalın bir qeyd dəftəri avtomobildən düşdü. “Bob? Bu polis kilsəyə gələn Bob deyilmi?..” – Cek öz-özünə dedi və avtomobilinin kreslosuna sindi. Bu vəziyyət hər hansı bir cəzadan daha pis idi. Kilsədən tanıdığı bu polis, dost olduğuna baxmadan onu saxlayırdı. Həm də sürətli hərəkətlə yol hərəkəti qaydalarını pozduğu üçün.

— Salam Bob. Bir — birimizi yenidən görməyimiz çox xoşdur!

— Salam, Cek! — Bob gülümsəmədən dilləndi.

— Məni, arvadımı və uşaqlarımı görmək üçün evə gedərkən saxladın.

 -Bəli, elədir, — Bob kədərli görünürdü.

— Son gunlər evə çox gec gedirəm. Uşaqlarım məni çoxdandır heç görmürlər. Diana da mənə bu axşam kartof və bifşteks yeyəcəyimizi söyləyib. Nə demək istədiyimi anlayırsanmı?

— Bəli, nə demək istədiyini anlayıram. Yol hərəkəti qaydalarını pozduğunu da bilirəm, — deyə cavablandırdı Bob.
“Eyvah! Bu taktika heç işə yaramadı, deyəsən. Taktikanı dəyişdirmək lazımdır" — deyə düşündü Cek.

— Məni, hansı sürətlə gedərkən saxladın?

— Yetmiş. Zəhmət olmasa, avtomobilinə əyləşərsənmi? — dedi Bob.
Davamı →

Qardaşın valideyninə etdiyi qayğı Allah dərgahında sənin ibadətindən daha yüksəkdi.

 İki qardaş var imiş. Bunların qayğıya möhtac anaları da var imiş. Hər gecə qardaşlardan biri ananın xidməti ilə məşğul olur, digəri ibadətlə məşğul olardı… Bir axşam, ibadət edən qardaş etdiyi ibadətdən aldığı həzz və mənəvi rahatlığı hiss edib qardaşına deyir: 
— Bu gecə də anama sən qulluq elə, mən ibadət edim. 
— Qardaşı təklifi qəbul edir. İbadət edərkən yuxuya gedən qardaş yuxuda bir səs eşidir. Səs ona: 
— Qardaşını bağışladıq, səni də onun xətrinə bağışladıq. Bu sözləri eşidən gənc: 
— Mən Allah Təalaya ibadət edirəm. Qardaşım isə anama xidmət edir. Bəs nə üçün məni onun etdiyi əmələ görə bağışlayırsınız? Mənim ibadətimin savabı, fəziləti daha çox olmalı deyil? dedi. 
Səs ona: 
— Sənin etdiyin ibadətlərə bizim heç bir ehtiyacımız yoxdu. Ancaq, qardaşının anana etdiyi xidmətlərə ananın ehtiyacı vardı, ona görə qardaşın valideyninə etdiyi qayğı Allah dərgahında sənin ibadətindən daha yüksəkdi.
Davamı →

Kasıb və zəngin uşaq

Rəvayətə görə bir varlının və də bir kasıbın uşaqları bir sinifdə oxuyurmuş. Zəngin olan kişinin oğlu hər zaman dərsllərindən aşağı qiymət alar və danlanarmiş… Kasıbın oğlu yüksək qiymət alar və hər zaman təriflənərmiş.
Bir gün zəngin bəyzadə öz oğlunu da götürüb müəllimi danlamağa gələr. Deyir ki, mənim oğlum zəngin, atası böyük nüfuza malik bəs niyə o yoxsul gədanın oğlu mənim oğlumdan yaxşı qiymət alır, təriflənir… (aciqli halda )
Müəllim: — Bilmək istəyirsinizmi səbəbi?
Zəngn bəyzadə :- Bəli!
Müəllim uşaqlara eyni tapşirıq verib deyir ki, sabaha kimi hazır olsun tapşırıq belədir. Qonşunun hinindən yumurta götürmək, amma bu yumurta elə götürülməlidir ki, hec kim görməsin.


Ardı →

Böyük uşaqlar

— Mən artıq həyatdan yorulmuşam- pəncərə qarşısında əyləşmiş oğlan uşağı dilləndi.
— Niyə?- deyə yaxınlıqdakı anası soruşdu.
— Mənim bu həyatla mübarizə aparmağa gücüm yoxdur- deyə uşaq fikirli və kədərli halda cavab verdi.
......— Kimsə məktəbdə xətrinə dəyib? Yəqin yenə də o 5-ci sinifdə oxuyan Dimkadır. Artıq neçənci dəfədir ki, sinif rəhbərinizə şikayət edirəm. Görəsən onun valideynləri nə fikirləşir.
— Yox, ana, yox, məktəbdə hər şey qaydasındadır.
— Bəs sənin əhvalını pozan nədir?
— Nə üçün bu həyatda mənim fantaziyalarıma, arzularıma yer yoxdu?
— Başa düşmədim, sən nə haqda danışırsan, oğlum?
— Sinifdə yalnız mən təyyarəçi olub buludlar üzərində uçmaq istəyirəm. Digər yoldaşlarım isə biznesmen, direktor olub çoxlu pul qazanmaq istəyirlər.Dostum Vanyanın atası deyir ki, təyyarəçi olmaq həm axmaqlıq, həm də qorxuludur. Çünki təyyarə xarab ola bilər, sən qəzaya uğraya bilərsən, həm də ki, onlar çox az maaş alırlar. Ən yaxşısı bir dükan açmaqdır.
Dostlarım arasında yeganə mən bədii ədəbiyyat oxumağı xoşlayıram. Ona görə yox ki, bunu bizə tapşırıq kimi verirlər, sadəcə mənə bu doğrudan da maraqlıdır. Təkcə mən kitabxanaya gedir, o toz basmış kitabları oxuyuram. Digərləri isə mənə gülür, məni botanik adlandırırlar. Özləri isə kompüter oyunlarını, internetdəki hazır hekayələri xoşlayırlar. Mən çalışıram və bəzən də ev tapşırıqlarında səhvlər edirəm, yoldaşlarım isə valideynlərinin uşaqlarının yaxşı oxuması üçün onlara aldıqları vəsaitlərdən hazır həlləri köçürürlər. Vladik mənə deyir ki, onun atası 7-ci sinifə qədər oxuyub, buna baxmayaraq tikinti firmasında müdirdir, lakin onun qarovulu institut bitirib.
Ana, insanlar nə üçün bu qədər ünsiyyət vasitələri fikirləşirlər, lakin öz yaxınları və sevdikləri ilə çox az ünsiyyətdə olurlar. Bilərək ki, istənilən an zəng edə bilərlər, çox zaman bu zəngi də unudurlar...
— Oğlum! -kövrəlmiş ana oğlunu qucaqladı.
— Yəqin mən bu dünyanı başa düşmək üçün çox balacayam. — deyə uşaq qəmgin halda sözünə davam etdi — o həyatı ki, mənim yaşıdlarımın uşaqlıq arzularını, ümidlərini, sadəlövhlüyünü alır, indi heç kim düzgünlüyə, xeyirxahlığa, sədaqətə, səmimiliyə inanmır...
— Mən hələ balacayam — deyə uşaq anasının qucağında mürgüləyərək sözünə davam edirdi — Mən hələ mübarizə aparmaq üçün balaca və gücsüzəm, lakin böyüyəndə mütləq, amma...amma mənə maraqlıdır ki, bəs böyüklər niyə heç bir şey etmirlər, sadəcə olaraq vaxtın, pulun, gücün, sağlamlığın azlığından şikayət edirlər. Yadındadı atam deyirdi ki, müdir olandan sonra bizimlə daha çox vaxt keçirəcək, amma o indi heç evə də normal gəlmir, gah məzuniyətlər, gah iclaslar. O hətta dünən mənim oynadığım tamaşaya da gəlmədi. Ana, sən isə baş mühasib olandan sonra artıq mənim sevdiyim blinçiklərdən də hazırlamırsan., hansı ki, qəzetə büküb mənim çantama qoyurdun ki, mən məktəbdə ac qalmayım. Onların əvəzinə indi çantamda kağız parçaları var, o kağız parçaları ki, onlarla mən məktəbin bufetindən özümə yeməyə nəsə almalıyam. Axı orada sənin blinçiklərindən satmırlar, mən onların qoxusu üçün darıxmışam. Mən heç vaxt, amma heç vaxt sənin blinçiklərini o çantamda olan kağız parçalarının milyonuna da dəyişmərəm. Mən hələ balacayam, balacayam, balaca...
O yuxuya daldı, harda ki, o həqiqətən də xoşbəxt idi...
Müəllif: Naməlum

Başqa saytdan oğrladı Alixan İsmətli 
Davamı →

Bir simit puluna alınan cənnət

Günün son dərsinin sonuna gəlinmişdi. Şagirdlər çıxmaq üçün səbirsizlənirdi. Dəftər və kitablarını çantalarına qoydular. Zəng çalar çalmaz, çölə çıxmaq üçün hazır idilər. Tək, Əli hazırlanmamışdı. Gecikmək üçün də əlindən gələni edirdi. Nəhayət zəng çaldı. Şagirdlər bir anda qapıya yönəldi. Əli, yerindən qalxmadı. Ağır
ağır əşyasını yığdı. Bir tərəfdən göz ucuyla müəlliməinə baxır, bir tərəfdən də yoldaşlarının getməsini gözləyirdi. Müəlliməsi, onun bu halını gördü:
— Xeyir ola Əli, dedi. Evə getməyəcəksənmi? Əli, son yoldaşının da çıxdığını görüncə cavab verdi:
— Sizinlə danışmaq istəyirdim müəllimə.
Ardı →

Dini və ibrətli hekayə...

İsrail övladından bir kor, bir cüzamlı, bir də keçəl adam olur.
Allah onları imtahan etmək istəyir və onlara mələk göndərir. 
Mələk cüzamlıdan soruşur:
— Sən ən çox nə arzu edərdin?
Cüzamlı:
— Yaxşı dəri rəngim olsun, çünki insanlar məndən iyrənir — deyir.
Mələk ona toxunur və o sağalır, sağlam və yaxşı rəngli dəriyə malik olur. Mələk yenə soruşur:
— Hansı əmlakının olmasını istərdin?
Cüzamlı:
— Dəvəm olmasını istərdim — deyir.

Ardı →

Ümid

Qaranlıq bir otada 4 şam sakitcə yanırdı.
Otaqda səssizlik oldduğu üçün şamların pıçıltısı aydınca eşidilirdi. Qapının arxasında dayanan uşaq diqqetle onların söhbətinə qulaq asırdı.
Birinci şam «Mən sülhəm, ancaq heç kim mənim yanmağıma kömək etmək istəmir.Nə qədər yanmaq istəsəmdə, bilirəm ki, sönəcəyəm» dedi və söndü.

İkinci şam «Mən səmimiyyətəm, ancaq heç kim bir-birinə qarşı səmimi olmur.Mənimdə yanmağımın artıq mənası qalmadı» — deyərək söndü və qaranlığa qərq oldu.

Üçüncü şam «Mən sevgiyəm, ancaq insanlar məni özlərindən uzaqlaşdırmağa çalışırlar.Onlar artıq öz yaxınlarınıda sevmirlər» — deyərək bir göz qırpımında söndü.

Pıçıltıların kəsildiyini eşidən uşaq içəri girdi. Sönmüş şamlara baxaraq hönkür-hönkür ağlamağa başladı.

Dördüncü şam uşağa təskinlik verərək, «Qorxma nə qədər ki, mən yanıram heç bir şam sönə bilməz. Çünki mən ümidəm» -dedi.

Gözləri parıldayan uşaq şamı götürərək o biri şamları yandırdı.
İçinizdəki ümid şamını söndürməyin!..
Davamı →

ALLAH`la insan arasındakı dialoq

Dedim: Çox tənhayam.
Dedi: Mən ki sənə çox yaxınam. («Bəqərə»,186)

Dedim: Bilirəm SƏN mənə yaxınsan, amma mən 
SƏNDƏN uzağam. Kaş ki mən də SƏNƏ yaxın ola biləydim.
Dedi: Səhər-axşam yalvararaq, qorxaraq, 
səsini qaldırmadan ürəyində RƏBBİNİ yad et. ("Əraf", 205)

Dedim: Bu da SƏNİN köməyini istəyər.
Dedi: ALLAHIN sizi bağışlamasını istəməzsinizmi? («Nur», 22)

Ardı →