Div olanda noolar? – Günel Şamilqızının povesti

 O, Məlikməmməd olanda dünya nağıl dövrünü yaşayırdı. Nağılçı üç almanı paylayandan sonra bütün körpələr yuxuya getdi. O da başqa zamana, başqa dünyaya düşdü. Hər şey atasının bağında, həmişəki kimi alma üstündə başlamışdı. Kimsə onun padşah atasıyla zarafat eləmişdi ki, bu ağaclarda bitən bəhər ölümsüzlük gətirir. Bəlkə də almalar oğurlanmasaydı, padşah bu axmaq zarafata inanmazdı. Amma görünür, kimsə şahdan da betər inanmışdı meyvə yeməklə fələkdən əbədi həyat oğurlaya biləcəyinə.
 Div olanda noolar?
Məlikməmmədin hər iki qardaşı ayrı-ayrı vaxtlarda, hərəsi bir ayrı cür qaranlıq gecədə ziyankarı güddü. Oğru adam olmasa da, ən azı, adamlar kimi qorxuda bildi qardaşları. Almalar da onların sağ qalması üçün rüşvət oldu.
Atası Məlikməmmədi yanına çağıranda artıq qardaşların «yatıb yuxuya qalmaq” söhbəti ona da qəribə gəlirdi. Çünki içlərində ən ağciyər qardaş özü idi. Bilirdi ki, qorxu adamı gic eləyəndə nəinki yatmaq, əl-ayağını uzadıb rahatca ölmək də mümkün deyil.
 
– Bu gecə növbə sənə çatır.
 Padşah ikinci cümləsini deməyə macal tapmamış Məlikməmməd etiraz elədi:
– Bu nağıl deyil, hər kəs təkbaşına qəhrəmanlıq göstərsin. – sonra qardaşlarına sarı döndü, – Gəlin oğrunu bir yerdə güdək.
 
Qardaşlar hərəsi bir bəhanə ilə boyun qaçırdı. Bilirdilər ki, Məlikməmməd qorxaqdı, birlikdə getsələr, onlara arxayın olub gözləyəcək, torba-torba alma sirlərinin də üstü açılacaq. Amma tək qalsa, bir az gözləyib, gecə yarı qaçacaq evə.
Məlikməmməd başa düşürdü vəziyyət qəlizdi, onsuz da, adı qorxaq kimi çıxıb, bir az da xalın-gülün vurmasın deyə, özünü toplayıb getdi. Bəd ayaqda o da qardaşlarının üsulundan istifadə edəcəkdi.
Axşam yerini gecəyə təhvil verəndə gördü dizləri əsir, barmağını kəsdi ki, yaranın göynəməsinə bəlkə bu qorxaqlıq yadından çıxar. Yaxşı-yaxşı göynəsin deyə, lap duz da səpərdi. Amma gecəyarı bu bağda, qaranlıqda duz nə gəzir? Yaxşı ki də yox idi, çünki barmaq kəsmək əvvəldən çox axmaq fikir imiş, əlavə can incitməkdən başqa heç nəyə yaramadı. Sonra da yatmağa çalışdı. Bu dəfə yaranın ağrısını unutmaqçün. Sızıltı azaldıqca onu yuxu apardı. Qardaşları kimi yox, o, doğrudan-doğruya yatdı. Daş kimi yatırdı yazıq.
 
Bir də ayıldı ki, yekəpər bədheybətin biri gülə-gülə onu silkələyir.
 – Ay adam, nə yatmısan? Sən hansısan, böyüyüsən, yoxsa o biri? Bəs hanı mənim almalarım? Hələ yığmamısan? Niyə hazır deyil torbam?
 – N-nə torba? – Məlikməmməd dili topuq vura-vura soruşdu.
 Bədheybətin sifəti çöndü:
 – Bura bax, qudurma! Siz adamları bir az boş buraxan kimi divə dönürsüz. Bilirsən, mən kiməm? Divəm, əsl div! Bilirsən sənə neyləyərəm? Ağlını başına, almaları da torbaya yığ, ver mənə. Dur, tez elə. Tələsirəm.
 Məlikməmməd qorxa-qorxa gülümsədi. Uşaqlar bəzən qorxudan belə gülür…
 
Səhər əlində alma dolu sini ilə saraya girəndə də o qorxaq təbəssüm üzündən silinməmişdi. Hamı inandı, hamı aldandı onun divi qovub, hətta yaralayıb bağı qoruduğuna. Bircə almaların əbədi həyat bəxş edəcəyinə inanan atasından başqa. Hamı əvvəllər lağa qoyduğu Məlikməmmədi öyəndə o da fəxr elədi oğluyla, amma özü də bilmədi hansı fərasətinə görə?
 Məlikməmməd də duydu, atası inanmır bu qəhrəmanlıq cəfəngiyyatına. Təkcə atasından gizlətdi baxışlarını. Gizlətdi ki, ömrü boyu bircə dəfə qorxusuz-ürküsüz, arın-arxayın, ata-bala kimi söhbət eləmədiyi padşah atası duyuq düşməsin dünən divlə hansı səmimiyyətlə dərdləşməyindən. Bəlkə danışsaydı Allahın divi kimi, atası da anlayardı onu, çıxarardı vəziyyətdən. Bilmirdi… Bircə şeyi bilirdi, hamı ondan bu qəhrəmanlığın ardını gözləyir.
 
 »– Ay da..! Səni başa düşürəm. Div olanda noolar? İstəmirəm mən bu almaları, ay bala. Apar ver atana.
 – İnanmaz...
 – İnanacaq! – deyə Məlikməmmədin qılıncını götürüb qollarını kəsik-kəsik eləmişdi.
 – Neynirsən, başına dönüm?
 – Fikir vermə, bunların yeri sağalacaq e. Danışdıqların daha çox incidəcək...”
Sonra da durub qanı şoruldaya-şoruldaya getmişdi.
İndi atasına verdiyi ikinci sözü yerinə yetirməkçün Məlikməmməd bu qanın izinə düşüb divi tapmağa gedirdi. Tapıb öldürməliydi. Sarayda söz-söhbət gəzirdi ki, elə əvvəldən səhv eləyibmiş sağ buraxmaqla. Əslində onlar qızıl sinidə alma yox, div başı görmək həvəsindəydilər. Həmin gecə onunla birgə oğrunu güdməyə getməyən qardaşları da bu dəfə yanındaydı. Sırf maraqçün. Allahın qorxaq Məlikməmmədinin bədheybət bir divi necə öldürəcəyinə tamaşa eləmək istəyirdilər.
 Çox getdilər, tox getdilər, dağar-dağar şax getdilər. Sinəsi özündən qabaq yeriyirdi Məlikməmmədin. Yerə-göyə sığmırdı. Hərçənd yola çıxdıqları gün hər yeni qan damcısından sonra dizləri büküləcək, daha yeriyə bilməyəcək, bir sonrakı damlanı da görsə, ürəyi partlayacaq sanırdı. Üzü bərk imiş demə. Bəxtəvər başına, qəhrəman olmuşdu. Qəhrəman olmaq xoşuna gəlmişdi. Ürəyində deyirdi birtəhər düzüb-qoşaram. Gümanı yenə sözlərə qalırdı, elə hey fikirləşir, lazımi cümlələri sıralayırdı beynində.
 Arxayınlığı quyuya çatanacanmış. Qan izləri arasında məsafə sıxlaşır və qəfil quyuda kəsilirdi. Deməli, ona el-oba inamı, alın açıqlığı bəxş eləyən o geniş ürəkli bədheybət yerin üstündə yaşamağa bir qucaq torpaq tapmayıb, burda quylamışdı özünü.
 Yəqin indi bu quyunun ağzında əlhəd daşı kimi ağır bir daş da olmalıydı. Amma o daşı qaldıracaq ürəkli oğlan, qoluzorlu igid yox idi deyə daşlar quyuların ağzını yuma bilmirdi. Kaş olaydı. Onsuz da heç biri götürə bilməyəcəkdi. Çünki həmişəki kimi tək-tək yaxınlaşıb güc gələcəkdilər. Olsaydı, ağırlığı bəlkə də qardaşları quyuya düşmək qorxusundan xilas edərdi, qayıdıb ev-eşiklərinə gedərdilər.
 Bir-birlərinə çəp-çəp baxdılar. Həmişə bütün işləri birinci böyük qardaş «məharətlə” başından atırdı. Ortancılı da birincinin elədiyini təkrarlayırdı. Eynən, necə eləmişdisə elə, haracan eləmişdisə oracan. Məlikməmməd tifilsə həmişə onların həm elədikləri, həm də eləmədikləri qədərindən qorxub çaşbaş qalırdı.
 
Kəndiri əvvəlcə böyük qardaşın belinə bağladılar. Hələ də boyun qaçırtmaqçün ağlına bir şey gəlməmişdi. Endirdilər. Adamlardan, işıqdan uzaqlaşdıqca qorxudan əsməyə başladı. Heç yarıyacan endirməmişdilər ki, hardan beyninə düşdüsə, qəfil qışqırmağa başladı:
 – Ay yandım, çəkin! Ay yandım çəkin!
 Padşahın ilk varisinin sözünü yerə salmadılar. Oğlan çıxan kimi ortancıl qardaşla göz-gözə gəldi. Üzü gülürdü hazıra nazirin. İndi onu endirdilər. Zalım oğlu elə bil saniyələri saymışdı, eynən böyüyü kimi, yuxarıdan aşağı yolu yarı olmamış qışqırmağa başladı:
 – Ay yandım, çəkin! Ay yandım, çəkin!
Çəkin deyir, çəkin də. Məlikməmmədin gözləri bərələ qalmışdı. Necə yəni „yandım”? Orda ocaq qalayıblar? Niyə isti olsun axı? Quyuda su olmayınca odmu olur?
 İpə baxanda yorğun, bezgin, təlaşlı ruhuna su çiləndi. Bəlkə xilas kəndirdəydi, bu qəbir-quyudaydı? Onsuz da divi öldürə bilməyəcək. Heç olmasa, atasıgilə söz çatanda “quyunun istiliyinə dözməyib öldü” deyərlər. Bircə canı qurtarsın hər şeydən.
Ani həyəcana qapılıb, ipi sehrli qurtuluş kəməriymiş kimi, həvəslə bağladı belinə.
İşıqdan, adamlardan uzaqlaşdıqca canındakı minillik qorxu onu tərk eləməyə başladı. Nə istiydi, nə soyuq. Nə işıqlıydı bura, nə qaranlıq. İçinə dolan rahatlığın təsiriyləmi, ya o an dərk eləmədiyi başqa bir səbəbdən bərk-bərk yapışdığı ip ona mənasız göründü. Əllərini yana açıb uça-uça enmək istədi. Az qalıbmış demə, kürəyi xırda daşlara toxundu. Bir müddət belə – geniş açılmış qollarıyla gəldiyi yerin havasını qucaqlayıb uzandı. İlahi, insan dibdə belə rahat olurmuş. Dib budur, deməli?
Belindəki ipdən qurtulub bir xeyli irəlilədi. Qapı gördü, yaxınlaşdı. Deyəsən gec-gec əl toxunurmuş dəstəyinə, çox ağır açıldı.
 
– Ooo, sən? – div başını uzun saçlı, yarıçılpaq, gözəl bir qızın dizləri üstündən qaldırıb təəccüblə Məlikməmmədə baxdı.
Oğlanın gözü qızda qalmışdı. Beynində düzüb-qoşduğu hər şey darmadağın idi. Bədheybətin yanında bu cür gözəlliklə qarşılaşacağını gözləmirdi. Nə edəcəyini bilmədi. Ürkək-ürkək gah divə, gah qıza baxdı.
– Hə, nədi, xoşuna gəlir? – div bic-bic güldü.
 Quruyub qalmışdı. Gözlərini də qırpmırdı.
– Bu səninçün atanın sarayında sevişdiyin açılmamış qönçələrdən deyil.
 Oğlan qızı bir də başdan-ayağa süzdü.
– Buna insan nəfəsi dəyməyib. Vəhşidi. Div görüb bu ancaq, div.
Qızın donuq baxışları Məlikməmmədə zillənmişdi. Heç elə bil vecinə də deyildi quyuya adam ayağı dəyməsi, indi onun haqqında danışmaqları.
– Qorxma, heç nə eşitmir. Lal-kardı.
 
– Niyə məhz bizim almalar? Dünyada bağ qəhət idi?
– Mən ora almaya görə gəlmirdim.
– Başa düşmədim.
– Ağlına başqa şey gəlməsin. Nə bilim e. Adi meyvəlikdən alma oğurlamağa nə var? Padşah bağının bəhərindən yemək başqa şeydi.
– Heç zibil də deyil. „Başqa şey”miş. Boş-boş sözlərdi. Deməli, divlərdə də var əlçatmazları yağlı matah zənn eləmək?
– Div olanda noolar? Mən padşah bağının meyvəsindən yeyə bilmərəm?
– Bir dəfə, iki dəfə… Bəs fikirləşmirdin ki, hamısını yeyib, sahibinə heç nə saxlamayanda o da izinə düşüb səni öldürtmək istəyəcək?
– Kim, sən? Sən düşmüsən izimə? Sən öldürəcəksən məni? Öz bağındakı meyvələri ona verim deyə mənə yalvaran qorxaq?
– Olanları sənə başıma qaxasan deyə danışmamışdım.
Div qolundakı çapıqlara baxıb başını aşağı saldı:
– Bağışla.
 
– Niyə elə oturmusan?
– Qızın üzünə baxa bilmirəm.
– Gözəldi, hə?
– Adam dəli olur… Hardan tapmısan onu?
– Çətin olmadı. Gözgörəsi gözəlliklər o qədər də əlçatmaz sayılmaz. Belə şey görməmisən deyə hayıl-mayılsan.
– Nə dəxli var? Mən gördüklərimi də sən görməmisən.
– O dediyin qıza – atan öldürdüyünə bənzəyir?
– Kəs!  
– Nooldu? Nə dedim ki?
– Ağ eləyirsən, dost…
– Dost?
– Hə… Sənə “dost” desəm, olar?
– Fərqi yoxdu. Amma çətin olacaq.
– Nə?
– Öldürmək.
– Hardan bilirsən, birdən-ikiyə dost öldürmüsən?
– Bilmirəm.
– Neçə gündü burdayam?
– Bilmirəm.
– Daha nə qədər belə davam edəcək?
– Bilmirəm...
 
– Mən gələn kimi niyə ilk görüşdə danışdıqlarımızı başıma qaxdın, sonra da qəfil üzr istədin?
– Səni ələ sala bilərəm. Amma öz qərarlarıma hörmət eləməliyəm. Mən həmin gün bağda səni dəstəkləmişdim. Sonradan özümü yekəxana aparmağın yeri yoxdu.
– İndi də dəstəkləyirsən?
– O məsələdə, hə.
– Yalnız o?
– Nə gözləyirsən? Ay adam, sən bura məni öldürməyə gəlmisən. Nə deməyimi istəyirsən?
– Mənə asan deyil.
– Başa düşürəm, vallah. Amma sənə asan gəlsə, mənə çətin olacaq.
– Ay Allah, durdu-durdu məni gör kim başa düşdü...
– Bilmirsən? Div başa düşdü səni, div.
 
– Atan sevdiyin qadını niyə öldürdü?
– Bilmirəm.
– Heç vaxt soruşmamısan?
– Yox.
– Bəllidi, camaat sənə niyə qorxaq deyir.
– Onsuz da o ölüb. Bilib, sonra atama da nifrət eləyim?
– Guya eləmirsən?
– Yox… Həm də sənə o vaxt düzünü deməmişdim. Onu atam öldürməyib, bircə dəfə söhbət ediblər, vəssalam. O, sadəcə asmışdı özünü.
– „Sadəcə”yə bax.
– Qorxusundan! Bir qorxaq şah oğlunu axıracan sevməyə qorxdu. Bu qorxaq şah oğluyla xoşbəxt olmaqdan qorxdu. Deyirdi gedək buralardan, başqa səltənətdə, başqa qanunlarla yaşayaq, başqa adamlara gülümsəyib açaq səhərlərimizi. Tərəddüd edirdim, atam razı olmaz deyirdim, adımı qorxaq qoyurdu. Özü neylədi guya?
– Yaxşı, sakit ol, bura ağlamağa gəlməmisən.
                                                                                                                         
– “Div olanda noolar?” az qala hər cümlənin başında deyirsən.
– Çünki mən div olmaq istəməyən divəm. Çünki bu gördüyün məxluqu həmdivləri qəbul eləmir. Mən „almayeyən div”əm.
– Heç insan yeməmisən?
– Əvvəllər yemişəm.
– Niyə vaz keçdin?
– Onlarla söhbət eləməyə başladım.
– Nə danışırdılar ki?
– Heç nə. Özlərini. Həyatlarında baş verənləri, onları ağrıdan sirləri. Ya qorxudan, ya da artıq öləcəklər deyə, daha heç kimə danışa bilməyəcəklər deyə.
– İndi özün də mənə danışırsan səni ağrıdan divliyini...
– Hə, bildim nə demək istəyirsən. – div çoxbilmiş-çoxbilmiş gülümsədi.
– Heç gülməli deyil, dost.
– Elə-belə danışıram. Sual verirsən, nəsə cavab verməliyəm, düzünü deyirəm də. Nədən qorxuram ki, yalan danışım?
 
– Bəsdi də bir-birinizi gah incitdiz, gah əzizlədiz. Siz bəlkə də heç biriniz insan deyilsiz. Amma mən dözə bilmirəm artıq.
 Məlikməmməd yuxulu gözlərini diqqətlə qızın dodaqlarına zillədi. Hə, yanılmırdı, həmin qız idi. Divin “lal-kardı” dediyi yarıçılpaq vücud danışa bilirmiş.
– Niyə gəldin axı? Sən gəlməmiş daha yaxşıydı hər şey. İndi heç nə əvvəlki kimi olmayacaq! İncinib-əzizlənməkçün illah da yerin dibinə enməliydin?
Məlikməmmədin yuxusu qaçdı. Ağzına su alıb oturmuşdu, rollarını dəyişmişdilər elə bil.
– Nə baxırsan?
– Bilmirəm neyləyim, nə deyim? Öz istəyimlə gəlməmişəm bura. Diqqətlə dinləmisənsə, hər şeyi bilirsən artıq. Bunca olanlardan sonra da onu öldürə bilmərəm. Gör necə yatıb? Yuxusu da özünə oxşayır.
– Elə bunca olanlardan sonra öldürməlisən də onu.
– Başa düşmədim.
– Of! Dur götür o qəfəsdəki quşu, üz başını. Bunun canı o quşdadı.
– Bu qəfəs? Bu quş? Bu? Nə danışırsan, div hara, quş hara?
– İnanmırsan yoxla, səndən nə gedir?
– Yazıq… İlahi, kim, niyə fikirləşib bunu? Niyə belə edib?
– Çox axmaq adamsan, Məlikməmməd!
– Mən birini öldürmək fikrini beynimə yerləşdirə bilmirəm, sən ikincisindən danışırsan.
– Sıranı səhv dedin, birinci quş, sonra bu öləcək. Onsuz da div öldürməyə cəsarət yoxdu səndə.
– Guya quş öldürməyə var? Bunu sığallamağa qıymır adam, o ki qala öldürmək.
– Boş-boş çərənləmə. Götür sənə deyirəm.
– ...
– Qorxma, aç qəfəsi. Aç, Məlikməmməd! Elə yox, aşağıdan yuxarı açılır.
– Oyandı…
 
Div yarıyuxulu halda hər ikisini süzdü. Heç nədən duyuq düşməmişdi. Sadəcə qızla Məlikməmmədin qəribə-qəribə baxışmaqları xoşuna gəlmədi. Arvadının gözəl görünməsindən narahat olan kişilər kimi gizlətmək istədi onu. Gəlib oturdu qızın qarşısında, üzünü çevirdi Məlikməmmədə, başladılar söhbət eləməyə.
– Bağdan qayıtdığım gecə səni yuxuda görmüşdüm. Bilirdim gələcəksən.
– Gəlmək istəmirdim.
– Bilirəm.
– Vallah istəmirdim.
– Bəs getmək necə? Qayıtmaq istəyirsən evinizə?
– „Ev”… Hansı üzlə? Necə qayıdım?  
– Nə deyim axı? Sən özün bir şey fikirləşərsən də…
 
O, Məlikməmməd olanda dünya nağıl dövrünü yaşayırdı. Nağılçı üç almanı paylayandan sonra bütün körpələr yuxuya getdi. O da başqa zamana, başqa dünyaya düşdü. Hər şey atasının bağında, həmişəki kimi alma üstündə başlamışdı. Kimsə onun padşah atasıyla zarafat eləmişdi ki, bu ağaclarda bitən bəhər ölümsüzlük gətirir. Bəlkə də almalar oğurlanmasaydı, padşah bu axmaq zarafata inanmazdı. Amma görünür, kimsə şahdan da betər inanmışdı meyvə yeməklə fələkdən əbədi həyat oğurlaya biləcəyinə.
Məlikməmmədin hər iki qardaşı ayrı-ayrı vaxtlarda, hərəsi bir ayrı cür qaranlıq gecədə ziyankarı güddü. Oğru adam olmasa da, ən azı, adamlar kimi qorxuda bildi qardaşları. Almalar da onların sağ qalması üçün rüşvət oldu.
Atası Məlikməmmədi yanına çağıranda artıq qardaşların “yatıb yuxuya qalmaq” söhbəti ona da qəribə gəlirdi. Çünki içlərində ən ağciyər qardaş özü idi. Bilirdi ki, qorxu adamı gic eləyəndə nəinki yatmaq, əl-ayağını uzadıb rahatca ölmək də mümkün deyil.
– Bu gecə növbə sənə çatır.
Padşah ikinci cümləsini deməyə macal tapmamış Məlikməmməd etiraz elədi:
– Bu nağıl deyil, hər kəs təkbaşına qəhrəmanlıq göstərsin. – sonra qardaşlarına sarı döndü, – Gəlin oğrunu bir yerdə güdək.
Qardaşlar hərəsi bir bəhanə ilə boyun qaçırdı. Bilirdilər ki, Məlikməmməd qorxaqdı, birlikdə getsələr, onlara arxayın olub gözləyəcək, torba-torba alma sirlərinin də üstü açılacaq. Amma tək qalsa, bir az gözləyib, gecə yarı qaçacaq evə.
Məlikməmməd başa düşürdü vəziyyət qəlizdi, onsuz da, adı qorxaq kimi çıxıb, bir az da xalın-gülün vurmasın deyə, özünü toplayıb getdi. Bəd ayaqda o da qardaşlarının üsulundan istifadə edəcəkdi.
Axşam yerini gecəyə təhvil verəndə gördü dizləri əsir, barmağını kəsdi ki, yaranın göynəməsinə bəlkə bu qorxaqlıq yadından çıxar. Yaxşı-yaxşı göynəsin deyə, lap duz da səpərdi. Amma gecəyarı bu bağda, qaranlıqda duz nə gəzir? Yaxşı ki də yox idi, çünki barmaq kəsmək əvvəldən çox axmaq fikir imiş, əlavə can incitməkdən başqa heç nəyə yaramadı. Sonra da yatmağa çalışdı. Bu dəfə yaranın ağrısını unutmaqçün. Sızıltı azaldıqca onu yuxu apardı. Qardaşları kimi yox, o, doğrudan-doğruya yatdı. Daş kimi yatırdı yazıq.
Bir də ayıldı ki, yekəpər bədheybətin biri gülə-gülə onu silkələyir.
– Ay adam, nə yatmısan? Sən hansısan, böyüyüsən, yoxsa o biri? Bəs hanı mənim almalarım? Hələ yığmamısan? Niyə hazır deyil torbam?
– N-nə torba? – Məlikməmməd dili topuq vura-vura soruşdu.
 
Bədheybətin sifəti çöndü:
– Bura bax, qudurma! Siz adamları bir az boş buraxan kimi divə dönürsüz. Bilirsən, mən kiməm? Divəm, əsl div! Bilirsən sənə neyləyərəm? Ağlını başına, almaları da torbaya yığ, ver mənə. Dur, tez elə. Tələsirəm.
 Məlikməmməd qorxa-qorxa gülümsədi. Uşaqlar bəzən qorxudan belə gülür…
 
Səhər əlində alma dolu sini ilə saraya girəndə də o qorxaq təbəssüm üzündən silinməmişdi. Hamı inandı, hamı aldandı onun divi qovub, hətta yaralayıb bağı qoruduğuna. Bircə almaların əbədi həyat bəxş edəcəyinə inanan atasından başqa. Hamı əvvəllər lağa qoyduğu Məlikməmmədi öyəndə o da fəxr elədi oğluyla, amma özü də bilmədi hansı fərasətinə görə?
Məlikməmməd də duydu, atası inanmır bu qəhrəmanlıq cəfəngiyyatına. Təkcə atasından gizlətdi baxışlarını. Gizlətdi ki, ömrü boyu bircə dəfə qorxusuz-ürküsüz, arın-arxayın, ata-bala kimi söhbət eləmədiyi padşah atası duyuq düşməsin dünən divlə hansı səmimiyyətlə dərdləşməyindən. Bəlkə danışsaydı Allahın divi kimi, atası da anlayardı onu, çıxarardı vəziyyətdən. Bilmirdi… Bircə şeyi bilirdi, hamı ondan bu qəhrəmanlığın ardını gözləyir.
 
»– Ay da..! Səni başa düşürəm. Div olanda noolar? İstəmirəm mən bu almaları, ay bala. Apar ver atana.  – İnanmaz...
– İnanacaq! – deyə Məlikməmmədin qılıncını götürüb qollarını kəsik-kəsik eləmişdi.
– Neynirsən, başına dönüm?
– Fikir vermə, bunların yeri sağalacaq e. Danışdıqların daha çox incidəcək...”
Sonra da durub qanı şoruldaya-şoruldaya getmişdi.
İndi atasına verdiyi ikinci sözü yerinə yetirməkçün Məlikməmməd bu qanın izinə düşüb divi tapmağa gedirdi. Tapıb öldürməliydi. Sarayda söz-söhbət gəzirdi ki, elə əvvəldən səhv eləyibmiş sağ buraxmaqla. Əslində onlar qızıl sinidə alma yox, div başı görmək həvəsindəydilər. Həmin gecə onunla birgə oğrunu güdməyə getməyən qardaşları da bu dəfə yanındaydı. Sırf maraqçün. Allahın qorxaq Məlikməmmədinin bədheybət bir divi necə öldürəcəyinə tamaşa eləmək istəyirdilər.
 Çox getdilər, tox getdilər, dağar-dağar şax getdilər. Sinəsi özündən qabaq yeriyirdi Məlikməmmədin. Yerə-göyə sığmırdı. Hərçənd yola çıxdıqları gün hər yeni qan damcısından sonra dizləri büküləcək, daha yeriyə bilməyəcək, bir sonrakı damlanı da görsə, ürəyi partlayacaq sanırdı. Üzü bərk imiş demə. Bəxtəvər başına, qəhrəman olmuşdu. Qəhrəman olmaq xoşuna gəlmişdi. Ürəyində deyirdi birtəhər düzüb-qoşaram. Gümanı yenə sözlərə qalırdı, elə hey fikirləşir, lazımi cümlələri sıralayırdı beynində.
Arxayınlığı quyuya çatanacanmış. Qan izləri arasında məsafə sıxlaşır və qəfil quyuda kəsilirdi. Deməli, ona el-oba inamı, alın açıqlığı bəxş eləyən o geniş ürəkli bədheybət yerin üstündə yaşamağa bir qucaq torpaq tapmayıb, burda quylamışdı özünü.
Yəqin indi bu quyunun ağzında əlhəd daşı kimi ağır bir daş da olmalıydı. Amma o daşı qaldıracaq ürəkli oğlan, qoluzorlu igid yox idi deyə daşlar quyuların ağzını yuma bilmirdi. Kaş olaydı. Onsuz da heç biri götürə bilməyəcəkdi. Çünki həmişəki kimi tək-tək yaxınlaşıb güc gələcəkdilər. Olsaydı, ağırlığı bəlkə də qardaşları quyuya düşmək qorxusundan xilas edərdi, qayıdıb ev-eşiklərinə gedərdilər.
Bir-birlərinə çəp-çəp baxdılar. Həmişə bütün işləri birinci böyük qardaş «məharətlə” başından atırdı. Ortancılı da birincinin elədiyini təkrarlayırdı. Eynən, necə eləmişdisə elə, haracan eləmişdisə oracan. Məlikməmməd tifilsə həmişə onların həm elədikləri, həm də eləmədikləri qədərindən qorxub çaşbaş qalırdı.
 
Kəndiri əvvəlcə böyük qardaşın belinə bağladılar. Hələ də boyun qaçırtmaqçün ağlına bir şey gəlməmişdi. Endirdilər. Adamlardan, işıqdan uzaqlaşdıqca qorxudan əsməyə başladı. Heç yarıyacan endirməmişdilər ki, hardan beyninə düşdüsə, qəfil qışqırmağa başladı:
 
– Ay yandım, çəkin! Ay yandım çəkin!
Padşahın ilk varisinin sözünü yerə salmadılar. Oğlan çıxan kimi ortancıl qardaşla göz-gözə gəldi. Üzü gülürdü hazıra nazirin. İndi onu endirdilər. Zalım oğlu elə bil saniyələri saymışdı, eynən böyüyü kimi, yuxarıdan aşağı yolu yarı olmamış qışqırmağa başladı:
– Ay yandım, çəkin! Ay yandım, çəkin!
Çəkin deyir, çəkin də. Məlikməmmədin gözləri bərələ qalmışdı. Necə yəni „yandım”? Orda ocaq qalayıblar? Niyə isti olsun axı? Quyuda su olmayınca odmu olur?
İpə baxanda yorğun, bezgin, təlaşlı ruhuna su çiləndi. Bəlkə xilas kəndirdəydi, bu qəbir-quyudaydı? Onsuz da divi öldürə bilməyəcək. Heç olmasa, atasıgilə söz çatanda “quyunun istiliyinə dözməyib öldü” deyərlər. Bircə canı qurtarsın hər şeydən.
Ani həyəcana qapılıb, ipi sehrli qurtuluş kəməriymiş kimi, həvəslə bağladı belinə.
İşıqdan, adamlardan uzaqlaşdıqca canındakı minillik qorxu onu tərk eləməyə başladı. Nə istiydi, nə soyuq. Nə işıqlıydı bura, nə qaranlıq. İçinə dolan rahatlığın təsiriyləmi, ya o an dərk eləmədiyi başqa bir səbəbdən bərk-bərk yapışdığı ip ona mənasız göründü. Əllərini yana açıb uça-uça enmək istədi. Az qalıbmış demə, kürəyi xırda daşlara toxundu. Bir müddət belə – geniş açılmış qollarıyla gəldiyi yerin havasını qucaqlayıb uzandı. İlahi, insan dibdə belə rahat olurmuş. Dib budur, deməli?
Belindəki ipdən qurtulub bir xeyli irəlilədi. Qapı gördü, yaxınlaşdı. Deyəsən gec-gec əl toxunurmuş dəstəyinə, çox ağır açıldı.
 
– Ooo, sən? – div başını uzun saçlı, yarıçılpaq, gözəl bir qızın dizləri üstündən qaldırıb təəccüblə Məlikməmmədə baxdı.
Oğlanın gözü qızda qalmışdı. Beynində düzüb-qoşduğu hər şey darmadağın idi. Bədheybətin yanında bu cür gözəlliklə qarşılaşacağını gözləmirdi. Nə edəcəyini bilmədi. Ürkək-ürkək gah divə, gah qıza baxdı.
– Hə, nədi, xoşuna gəlir? – div bic-bic güldü.
Quruyub qalmışdı. Gözlərini də qırpmırdı.
– Bu səninçün atanın sarayında sevişdiyin açılmamış qönçələrdən deyil.
Oğlan qızı bir də başdan-ayağa süzdü.
 – Buna insan nəfəsi dəyməyib. Vəhşidi. Div görüb bu ancaq, div.
 Qızın donuq baxışları Məlikməmmədə zillənmişdi. Heç elə bil vecinə də deyildi quyuya adam ayağı dəyməsi, indi onun haqqında danışmaqları.
 – Qorxma, heç nə eşitmir. Lal-kardı.

– Niyə məhz bizim almalar? Dünyada bağ qəhət idi?
– Mən ora almaya görə gəlmirdim.
– Başa düşmədim.
– Ağlına başqa şey gəlməsin. Nə bilim e. Adi meyvəlikdən alma oğurlamağa nə var? Padşah bağının bəhərindən yemək başqa şeydi.
– Heç zibil də deyil. „Başqa şey”miş. Boş-boş sözlərdi. Deməli, divlərdə də var əlçatmazları yağlı matah zənn eləmək?
– Div olanda noolar? Mən padşah bağının meyvəsindən yeyə bilmərəm?
– Bir dəfə, iki dəfə… Bəs fikirləşmirdin ki, hamısını yeyib, sahibinə heç nə saxlamayanda o da izinə düşüb səni öldürtmək istəyəcək?
– Kim, sən? Sən düşmüsən izimə? Sən öldürəcəksən məni? Öz bağındakı meyvələri ona verim deyə mənə yalvaran qorxaq?
– Olanları sənə başıma qaxasan deyə danışmamışdım.
Div qolundakı çapıqlara baxıb başını aşağı saldı:
– Bağışla.
 
– Niyə elə oturmusan?
– Qızın üzünə baxa bilmirəm.
– Gözəldi, hə?
– Adam dəli olur… Hardan tapmısan onu?
– Çətin olmadı. Gözgörəsi gözəlliklər o qədər də əlçatmaz sayılmaz. Belə şey görməmisən deyə hayıl-mayılsan.
– Nə dəxli var? Mən gördüklərimi də sən görməmisən.
– O dediyin qıza – atan öldürdüyünə bənzəyir?
– Kəs!  
– Nooldu? Nə dedim ki?
– Ağ eləyirsən, dost…
– Dost?
– Hə… Sənə “dost” desəm, olar?
– Fərqi yoxdu. Amma çətin olacaq.
– Nə?
– Öldürmək.
– Hardan bilirsən, birdən-ikiyə dost öldürmüsən?
– Bilmirəm.
– Neçə gündü burdayam?
– Bilmirəm.
– Daha nə qədər belə davam edəcək?
– Bilmirəm...
 

– Mən gələn kimi niyə ilk görüşdə danışdıqlarımızı başıma qaxdın, sonra da qəfil üzr istədin?
– Səni ələ sala bilərəm. Amma öz qərarlarıma hörmət eləməliyəm. Mən həmin gün bağda səni dəstəkləmişdim. Sonradan özümü yekəxana aparmağın yeri yoxdu.
– İndi də dəstəkləyirsən?
– O məsələdə, hə.
– Yalnız o?
– Nə gözləyirsən? Ay adam, sən bura məni öldürməyə gəlmisən. Nə deməyimi istəyirsən?
– Mənə asan deyil.
– Başa düşürəm, vallah. Amma sənə asan gəlsə, mənə çətin olacaq.
– Ay Allah, durdu-durdu məni gör kim başa düşdü...
– Bilmirsən? Div başa düşdü səni, div.

– Atan sevdiyin qadını niyə öldürdü?
– Bilmirəm.
– Heç vaxt soruşmamısan?
– Yox.
– Bəllidi, camaat sənə niyə qorxaq deyir.
– Onsuz da o ölüb. Bilib, sonra atama da nifrət eləyim?
– Guya eləmirsən?
– Yox… Həm də sənə o vaxt düzünü deməmişdim. Onu atam öldürməyib, bircə dəfə söhbət ediblər, vəssalam. O, sadəcə asmışdı özünü.
– „Sadəcə”yə bax.
– Qorxusundan! Bir qorxaq şah oğlunu axıracan sevməyə qorxdu. Bu qorxaq şah oğluyla xoşbəxt olmaqdan qorxdu. Deyirdi gedək buralardan, başqa səltənətdə, başqa qanunlarla yaşayaq, başqa adamlara gülümsəyib açaq səhərlərimizi. Tərəddüd edirdim, atam razı olmaz deyirdim, adımı qorxaq qoyurdu. Özü neylədi guya?
 – Yaxşı, sakit ol, bura ağlamağa gəlməmisən.
                                                                                                                           
– “Div olanda noolar?” az qala hər cümlənin başında deyirsən.
– Çünki mən div olmaq istəməyən divəm. Çünki bu gördüyün məxluqu həmdivləri qəbul eləmir. Mən „almayeyən div”əm.
– Heç insan yeməmisən?
– Əvvəllər yemişəm.
– Niyə vaz keçdin?
– Onlarla söhbət eləməyə başladım.
– Nə danışırdılar ki?
– Heç nə. Özlərini. Həyatlarında baş verənləri, onları ağrıdan sirləri. Ya qorxudan, ya da artıq öləcəklər deyə, daha heç kimə danışa bilməyəcəklər deyə.
– İndi özün də mənə danışırsan səni ağrıdan divliyini...
– Hə, bildim nə demək istəyirsən. – div çoxbilmiş-çoxbilmiş gülümsədi.
– Heç gülməli deyil, dost.
– Elə-belə danışıram. Sual verirsən, nəsə cavab verməliyəm, düzünü deyirəm də. Nədən qorxuram ki, yalan danışım?
 
– Bəsdi də bir-birinizi gah incitdiz, gah əzizlədiz. Siz bəlkə də heç biriniz insan deyilsiz. Amma mən dözə bilmirəm artıq.
 Məlikməmməd yuxulu gözlərini diqqətlə qızın dodaqlarına zillədi. Hə, yanılmırdı, həmin qız idi. Divin “lal-kardı” dediyi yarıçılpaq vücud danışa bilirmiş.
– Niyə gəldin axı? Sən gəlməmiş daha yaxşıydı hər şey. İndi heç nə əvvəlki kimi olmayacaq! İncinib-əzizlənməkçün illah da yerin dibinə enməliydin?
Məlikməmmədin yuxusu qaçdı. Ağzına su alıb oturmuşdu, rollarını dəyişmişdilər elə bil.
– Nə baxırsan? – Bilmirəm neyləyim, nə deyim? Öz istəyimlə gəlməmişəm bura. Diqqətlə dinləmisənsə, hər şeyi bilirsən artıq. Bunca olanlardan sonra da onu öldürə bilmərəm. Gör necə yatıb? Yuxusu da özünə oxşayır.
– Elə bunca olanlardan sonra öldürməlisən də onu.
– Başa düşmədim.
– Of! Dur götür o qəfəsdəki quşu, üz başını. Bunun canı o quşdadı.
– Bu qəfəs? Bu quş? Bu? Nə danışırsan, div hara, quş hara?
– İnanmırsan yoxla, səndən nə gedir?
– Yazıq… İlahi, kim, niyə fikirləşib bunu? Niyə belə edib?
 
– Çox axmaq adamsan, Məlikməmməd! 
– Mən birini öldürmək fikrini beynimə yerləşdirə bilmirəm, sən ikincisindən danışırsan.
– Sıranı səhv dedin, birinci quş, sonra bu öləcək. Onsuz da div öldürməyə cəsarət yoxdu səndə.
– Guya quş öldürməyə var? Bunu sığallamağa qıymır adam, o ki qala öldürmək.
– Boş-boş çərənləmə. Götür sənə deyirəm.
– ...
– Qorxma, aç qəfəsi. Aç, Məlikməmməd! Elə yox, aşağıdan yuxarı açılır.
– Oyandı…
 
Div yarıyuxulu halda hər ikisini süzdü. Heç nədən duyuq düşməmişdi. Sadəcə qızla Məlikməmmədin qəribə-qəribə baxışmaqları xoşuna gəlmədi. Arvadının gözəl görünməsindən narahat olan kişilər kimi gizlətmək istədi onu. Gəlib oturdu qızın qarşısında, üzünü çevirdi Məlikməmmədə, başladılar söhbət eləməyə.
– Bağdan qayıtdığım gecə səni yuxuda görmüşdüm. Bilirdim gələcəksən.
– Gəlmək istəmirdim.
– Bilirəm.
– Vallah istəmirdim.
– Bəs getmək necə? Qayıtmaq istəyirsən evinizə?
– „Ev”… Hansı üzlə? Necə qayıdım?  
– Nə deyim axı? Sən özün bir şey fikirləşərsən də…
 
Yaxınlaşıb çaya sallanmış yoğun budağın üstündə oturdu. Ayaqlarını suda şappıldadıb onun dərisinin necəliyini duymaqçun ağaca yaslanmış quyruğunu sığalladı. Əjdahanın vecinə də olmadı kiminsə yaxınlaşmağı, ona toxunmağı. Nəhayət, Məlikməmməd özü dilləndi:
– Əjdahalar necə salamlaşır?
– Bizim dildə salam yoxdu. Düzü, dilimiz də yavaş-yavaş yaddan çıxır… Qaranlıq dünyanın sonuncu normal əjdahasıyam mən. Bu qaramat halıma da “normal” demək olarsa…
– Ürəyin doludu, deyəsən.
– Bura gələnlər heç vaxt söhbət eləmir, elə hey dua oxuyub ölümünü gözləyir, mən də onları çox intizarda saxlamıram.
– Mən yeməli deyiləm ha, sadəcə söhbət eləməyə gəlmişəm. Sözdən başqa heç nəyə, heç kimə gümanım qalmayıb yenə.
– Görürəm də. Onlar mənə yeməkçün qızları göndərir, adətən. Vallah, bu ölkənin əhalisi olmasaydı ölüb-getmişdim. Yoxsa, qoşulacaqdım özünü məhv edən əjdahacıqlara, imtina edəcəkdim insan ətindən və beləcə nəsli kəsiləcəkdi ağzı alovluların. Mən o „ağıllı”ların arasında əjdahalığını qoruyub saxlamış son nümayəndəyəm.
– Onda hər iki dünyanın çiləsini çəkmiş adam kimi, səni də görə bildiyimçün sevinirəm.
– İşıqlı dünyanın badına getdik, adam. “Orda hamı belədi, elədi… Hər şeyin yaxşısı ordadı. Biz də elə bir dünya düzəltmək istəyiriksə, dəyişməliyik, ordakılar kimi olmalıyıq.” Axı o dünyada əjdahalar yoxdu. Onda mən niyə dəyişməliyəm? Nəyə, kimə bənzəməkçün, necə dəyişməliyəm?
– Sizi aldadıblar, ay əsl əjdaha. Ya da özünüz özünüzü aldatmısız. İşıqlı dünyanın quru adı var. Həmin ada aldanmısız. Orda elə varlıqlar var ki, əjdahalar şükürlüdü.
– Mənə məndən dəhşətlisi lazım deyil, özüm kimisi – əjdaha lazımdı. Yoxdu, qurban olum, qırıldı getdi hamısı.
– Sən burda əjdahalığını təkbaşına qorumaq əvəzinə, sağ qalanları yığıb dediklərini onlara da danışsaydın, inandırsaydın, indi mənimlə söhbət eləməz, uçub alovunu püskürərdin.
– Ağıllı adama oxşayırsan. De görüm, mənim axırım necə olacaq?
– Yaxşı olacaq. İstəyirsən, sənə bir sirr açım. Amma əvəzində mənə bir yaxşılıq edəcəksən.
– Əvvəl şərtini de. Baxma, bu adamların ətini yemişəm, canıma, qanıma hopublar, ədalətsiz davrana bilmirəm, istəyini de, görüm hələ edə biləcəyəmmi?
– Buraların adamları səni dəyərli bilir. Hətta əjdahanı öldürüb onları xilas eləmək istədiyimi deyəndə az qaldılar məni asalar. Padşahın qızı ürəyiyumşaq çıxdı, dedi min illərdi işıqlı dünyadan bura adam gəlmir, onu öldürsək, əbədi qaranlığa düçar olarıq. Axır, bu dəfə də sudan quru çıxa bildim.
– Nədi, istəyirsən padşaha deyim, qızını sənə versin?
– Yox, o asan məsələdi. Qızın könlü məndədi, özüm həll edəcəyəm.
– Müşkülünü de, ağıllı adam.
– Mənə 40 şaqqa ət, 40 da tuluq su lazımdı. Sizin dünyanızda əziyyət çəkmədən, havayı heç nə əldə etmək mümkün deyil. Hamı da ehtiyacı olan qədər qazanıb yaşayır. Bu dediklərimi almaqçün gərək neçə il durmadan işləyəm. Buna nə vaxtım var, nə də həvəsim. Bir dost maraqlı, mənə məlum olmayan yeniliklər söz verib, ona ümidliyəm. Əhalini yola gətir, istədiyimi versinlər.
– Bəs söyləyəcəyin sirr buna dəyəcəkmi, ay hazıranazir, ağıllı adam?
– Sənə desəm ki, əjdahalar məhv olmayıb, yapmacıq əjdahalıqdan eynən sənin qədər xoşu gəlməyən, qurd-quş yeməkdən zəifləmiş, solğun, dişi, amma hələ də gözəl qalmış bir əjdahanı 40 gün əvvəl öz gözlərimlə görmüşəm, inanarsanmı?
– Zarafat eləyirsən?
– İnanmırsan, amma o səni tanıyırdı.
– „Dı”? – əjdaha yerində qurdalandı – Neynəmisən ona? – dişlərinin arasında alov dilimləndi.
– Heç nə. Gileyləndi vəziyyətdən, dedi burdakı adamları yemək olmur, dedim get işıqlı dünyaya.
– Yalan demirsən də, hə? Ay daa. Mən necə yatmışam burda.
– Qorxma, hələ gec deyil, odun-alovun yerindədi, özün də yaxşı qalmısan. Get arxasınca. Bəsdi bu yeknəsəq, mükəmməlliyə can atan adamların arasında məhv elədin özünü. Burdakı adamların bu dərəcədə normallığı özü anormaldı.
– Çata bilmərəm. – quyruğu yaş balıq kimi yerə çırpıldı. – Dişilərin qanadları uzun olur. O çoxdan keçib sərhəddi.
– Nə tənbəl əjdahasan sən! Deyirəm, qurd-quş yeməkdən çöpə dönmüşdü. Elə cılız idi ki, ilk başdan mənə də əcaib gəldi. Səni görməsəydim, az qala elə biləcəkdim əjdahalar o cür olur.
Əjdaha gözlərini geniş açıb, diqqətlə Məlikməmmədə baxdı. Qanadlarını tərpətdi, quyruğunu oynatdı.
– Sağ ol, ağıllı, hazıranazir, yaxşı adam. İstədiklərin sabah səndə olacaq. Mən getdim özümü axtarmağa.
– Dayan! Neynirsən, ay evi tikilmiş. Mənimlə söhbətin ardınca çıxıb getsən, səbəbi təbii ki, məndən bilib burdakılar dərimə saman təpər. Birinci məni yola sal, sonra gedərsən. Qorxma, hər şey yaxşı olacaq.
– Çox sağ ol ağıllı, hazıranazir, yaxşı, hiyləgər adam. Bir də nə vaxtsa görüşsək, söz verirəm, səni yeməyəcəyəm.
 
– Bilmirəm nələr görmüsən, kimlərdən diksinmisən? Amma varmaq istədiyin hər nədirsə, o da rahatlatmayacaq ruhunu. Bütün yeniləri görəcəksən, bütün qorxuları dadacaqsan, hər şey bir az mənasızlaşacaq, amma dünyaların ən maraqsız ölkəsində yaşayan bu qızı, onun gözlərinə, bəbəklərindəki özünə necə baxdığını unuda bilməyəcəksən. Mən də daha heç kimə könül qızdıra bilmərəm burda. Heç kim sənin kimi olmayacaq. Onsuz da müqəddəs əjdahamızın imtina elədiyi qıza kim yaxın durar ki? Bircə təsəllim var, mənə istədiyim şeyləri düşünməyə icazə vermisən.
– Nə düşünürsən indi?
– Gələn görüşümüzü.
– Qayıtmayacağam, gözəl. Qayıtsam belə, o indiki mən olmayacaq.
– Qəbulumdu, təki gəl…
 
Adı qaranlıq olan dünyadan uzaqlaşdıqca yenə içinə qəribə həyəcan doldu. Üzü küləyə, bir zümrüd qanadında qopdu bu dünyadan da. Səmanın boşluğuna buraxdı xəyallarını. Qızı özüylə aparmadığına görə it kimi peşman idi.
Hər adama tablayacaq bir cüt qanad var hardasa. Mütləq var. Nə xoş tapanlara, uçanlara… Amma bir cüt qanad heç vaxt dözə bilməz iki nəfərin ağırlığına.
Noolsun, yenə də peşman idi.
 
– Ət də, su da yarı oldu.
– Biz də sərhədə çatmışıq demək olar.
– Nəyin sərhədinə?
– Qaranlıq dünya ilə işıqlı dünyanın.
– Nəəə?
– Təəccüblənmə, o tərəfdən gəlmək olmur, amma sehrli varlıqlar burdan ora gedə bilir. Mənə elədiyin o boyda yaxşılığın əvəzindən yalnız bu cür çıxa bilərdim. Sənə işıqlı dünyanı hədiyyə edirəm. Get, xoşbəxt ol. Daha buralara gələ bilməyəcəksən, amma nə vaxt istəsən lələyimi yandır, köməyinə yetəcəyəm.
– Dayan. Xahiş edirəm, dayan. Mənə lazım deyil o işıqlı…
 
– Heç bir dünya lazım deyil mənə!
– İndi hara gedirik, başına dönüm?
– Yerdəki qaraltını görürsən?
– Hə, gördüm.
– O adam deyil, yoxsa bu ucalıqdan seçə bilməzdim. Uç, ondan yüz ağac qabaqda qoy məni yerə. İndi başa düşdüm ki, mən bu yolçuluğa məhz onu yenidən görməkçün çıxmışam.
 
Başını aşağı salıb sürətlə gedirdi. Yolun ortasında dayanıb onun gəlib çatmağını gözlədi. Div də təxminən yüz addımlıqdan, gözləyənin Məlikməmməd olduğunu duydu. Addımlarını nə yavaşıtdı, nə də sürətləndirdi. Necə gəlirdisə, elə də davam elədi. Amma bircə saniyə də olsun gözlərini qaçırtmadı. Çatıb dayanan kimi Məlikməmməd gizlətdi baxışlarını.
Yaxından baxmaq daha çətindi həmişə...
– Necəsən?
– Deyəsən, bilmirəm. O qapıdan çıxandan bəri dayanmadan yeriyirəm. Hər yeni addımımı “bu sonuncudu, indi üzəcək quşun başını” qorxusu, həm də arzusu ilə atdım. Nə əcəbsə, əllərin boşdu, özün də təksən.
– Sənə demişdim axı, uçdu getdi quş. İnanmırdın. Axır, elədim bunu. Həm də məni and vermişdin ilk məhəbbətimin ruhuna.
– Əsl bizi tanımağını, peşman olmağını, utanmağını istəyirdim, buna görə and vermişdim. O hanı?
 – Qardaşlarım atama şahid apardı. Mənim ölmüşümün şahidi.
 – Dirilməyə gedirsən?
 – Yarı yoldan qayıtdım. Getsəm, öldürəcəyəm...
 – Çox gülməlidi, almayeyən yad divə gücü çatmayan Məlikməmməd öz doğmalarını öldürəcəkmiş.
 – Hə, indən belə adamları daha rahat öldürə bilərəm.
 – Qorxmursan?
 – Heç nədən.
 – Yaxşı bəs evə qayıtmırsansa, bu yollarda nə itin azıb?
 – Dostumu axtarırdım...
 Divin səsi titrədi:
– Sən pis adamsan, Məlikməmməd!
– Pis adamların dostu olmur?
– Olmur!
– Onda gəl xoşluqla ayrılaq...
Qollarını bacardığı qədər geniş açdı.
– Yox, bunu eləyə bilmərik. Güzgüdəki əksimlə əl vermək kimi ağırdı indi sənlə qucaqlaşmaq. Fəlakətdi...
– Olsun da. Fəlakətdən qorxan var?
– Məni Məlikməmməd eləyib, özün div olmağa hazırsan?
– Zatən elə deyilmi, dost? – sonuncu cümləni deyəndə artıq qucaqlaşmışdılar.
 
 Heç biri etiraf eləmək istəmirdi, amma ikisi də qorxurdu qollarını endirib qucaqladığını buraxmaqdan. Axır, cəsarətə gəlib, əvvəlcə div iki addım geri çəkildi. Qarşısında da div görüncə, bildi ki artıq özü Məlikməmməd olub.
– İndi kim kimdi?
– Nə fərqi var…
– Bundan sonra neyləyəcəksən?
– Zümrüd quşuna deyəcəyəm, mənə qaranlıq dünyada bir ölkə var, ordakı padşahın qızını gətirsin. Yox! Əvvəlcə soruşsun, hələ də əhdinə sadiqdirmi? Axı indi başqa cür olmuşam. – deyib üz-gözünü əlləriylə yoxladı.
– Rahatsan?
– Hə, əlbəttə. Div olanda noolar? Bəs sən?
– Belə də. İzah edə bilmirəm, necəyəm. Nə vaxtsa istəmişəm adam olum. İçimdəki sızıltılardan başqa, hər şey arzuladığım kimidi.
– Keçəcək. Hər şey keçəcək… İcazə versən, sənin quyunda yaşayarıq.
– Halal xoşunuz. Amma göyərçinin qayıtsa, tutub qəfəsə salma. Bir gün yolum düşsə, əmin ol ki rəhm eləmərəm.
Nəhayət qırışıqları açıldı, güldülər.
– Bəs sən neyləyəcəksən?  
– Gedim onun yanına. – divin səsi yenə titrədi. – Ümidvaram saçlarını kəsməyib, onları topa-topa ayırıb hörməyib, hörükləri bir-birinin ucuna bağlamayıb…
Bilirsən? İki qadın və bir kişi hardasa, qəbulolunan üçlükdü. Yeri gələndə, həm qadınlar xoşbəxt olur, həm kişi. Amma iki kişi və qadın bir yerdədisə, bütün hallardan bədbəxt olan qadındı. Neynəsə də, adı xəyanətdi. O səni seçsəydi xatirələrimizə, məni seçsəydi insanlığa xəyanət edəcəkdi. Yanlış seçim elədi. İstəyirdi ikinci otaqda, sıradan görkəmiylə, divlə yox, bir adamla xoşbəxt yaşasın, sənin qapını növbəti dəfə aça biləcəyinə inanmırdı. Gör nə gözləyirdi… Məni tanıdığı qədər tanıya bilməmişdi səni, ona görə də əvvəlki görkəminə qayıtdı. İndən belə heç kim sevməyəcək onu.
– Səndən başqa…
– Nigaran qalma, ona da, atangilə də yaxşı baxacağam.
– Məncə, bütün bunlar heç də təsadüfən baş vermədi. Bilmirəm, hansımız hansımızı aldatdıq.
– Mən səni aldatmadım, Məlikməmməd. Dünyanın sonuncu divi üçüncü canını da sənə bağışladı. Di salamat qal.
– Yaxşı yol, dostum.
– Məndən istədiyin nəsə var?
– Hə. Bir torba alma yığıb qoyarsan. Yolum düşəndə gəlib aparacağam.
– İki nəfərsiz, neynirsən bir torba almanı? Gəl, nə qədər istəyirsən ye, qıza da bir az apar.
– Uşaqlara paylayacağam. O uşaqlara ki, bu nağılı dinləyəndə ömürlərində heç olmasa bir dəfə „kaş öldürməyəydi divi, kaş üzməyəydi o quşun başını, buraxaydı onu” deyiblər.

 
 
Müəllif: edebiyyatqazeti.az

 

0 şərh