Gəncin hikməti

Yaşlı bir ixtiyar sahibi ilə bir gənc oğlan, birlikdə bir küncdə əyləşib söhbətləşirdilər.
Söhbət əsnasında önlərində gözəl geyimli, ağ libaslı biri peyda olur.
İxtiyar sahibi və gənc oğlan çaşıb qalarlar. Bu kimdir belə, deyə.
Ağ libaslı şəxs gənc oğlanın qarşısına bir kisə qızıl qoyur.
Gənc:
- Sağ ol, qızıla ehtiyacım yoxdu.
- Olsun, mən sənə verirəm, istər özünə xərclə, istər fağır və yoxsullara payla. Qızıllar sənindi.
Gənc çox israr etməz. Kisəni alır və dərhal hamısını ehtiyacı olduğunu bildiklərinə paylayar.
Gənc oğlanın həmsöhbəti, yaşlı adam isə bütün bunlara şahid olar.
Günün sonu gələr. Yaşlı adam elə həmin günün axşamı gənci,
bir başqasından kömək istəyərkən görər və soruşar :
- Nə üçün o bir kisə qızıldan özünə bircə qızıl belə ayırmadın, indi özün dilənirsən..?
Gənc təmkilə cavab verər :
- Axşama qədər yaşayacağımı düşünə bilməzdim.

 

1 şərh

BaKiNeC

Menim orta mektebde oxuyan zaman bir yawli dindar emek mullimim variydi.indide herden gorende o sozleri yadima duwur.Hemiwe uwaqlara diyerdiki `Balalarim Olumu hec vaxt uzaqda gormeyin,O size en yaxin olanidir,beleki her bir an ozunuzu tabutda olu olaraq duwunun``Beli heqiqeten de eledir.Cunki insan aldigi nefesi bilmirki yeniden ala bilecek ya yox.Allah her kesden razi olsun.AMIN.