Yalan vs Həqiqət?

Yalan və Həqiqət adamlara onların hansının daha gərəkli olduğu barədə mübahisə edirlər. Qərara gəlirlər ki, kimin haqlı olduğunu dəqiqləşdirmək üçün yoxlama aparsınlar. Bir ev seçirlər. Bu evə əvvəlcə Yalan girir. Həmin gün hamı yalan danışır. Evin kişisi arvadından soruşur: «Məni sevirsən?» Arvad cavab verir: «Canım mənim! Öl de, ölüm. Sənsiz bu həyat mənim nəyimə lazımdı?» Kişi daha bir dəqiqləşdirmə aparır: «Heç ürəyindən başqa fikirlər keçməyib?» Arvad: «Utanmırsan, nə danışırsan?» Kişi də arvadını sevdiyini daha bəlağətli şəkildə çatdırır və ailə xoşbəxtcəsinə günlük həyatını davam etdirir. Səhəri gün həmin evə Həqiqət girir.

Bu dəfə hamı düz danışır. Yenə evin kişisi arvadından soruşur: «Məni sevirsən?» Qadın deyir: «Sənə gəldiyim günə daş yağaydı. Hardan mənə urcah oldun?» Kişi soruşur: «Bəs xəyanət necə, etmisən?» Arvad deyir: «Hansı birini deyim? Dəfələrlə, istəyirsən, sayaq. Əl barmaqlarından başla, ayaq barmaqlarına keç, o da yetməyəcək». Evdə qırğın başlayır, nə başlayır. Kişi bıçağı suncur arvadın böyrünə, arvad ət maşınını çırpır kişinin başına, ikisi də ölür, uşaqlar da yetim qalır. Yalan Həqiqətə deyir: «Gördün, dedim axı, mən daha xeyirliyəm».

həqiqət yaxud yalan?
Həmçinin bax: Gərək iman sahibi olasan!

 

10 şərh

ayxansevda
Adı yəqin Yalan və həqiqət olar orda vs yazmısınız
ayxansevda
Adı yəqin Yalan və həqiqət olar orda vs yazmısınız Yalan üstə qurulanda həqiqət kömək edə bilməz, necə deyərlər yalan yalan doğurar
MaksiMuS
Ayxan xanım bəli orda hərf səhvi olub...Hm yalansız həyatı təsəvvür edə bilmirəm.Nağıllarda ola bilər.Əlbət ailə və dəyərli şeylərdə və şəxslərlə münasibətdə yalanın olması qəbuledilməzdi
kulturoloq
Çox gözəl topikdir.Və səsimi belə topiklərə hala edirəm!!!
ayxansevda
nikimin adı ayxansevda (Övladlarımın adı) adım rüstəmdi, xanım nədi anlamadım?
MaksiMuS
YAxwidaa..Sen cani bagiwla..HEc profiline baxmamiwam..He Allah saxlasin…
aylinka
orda herif sehvi yoxdu,
VS versus sozunden goturulub ve QARSHI menasinda ishlenir
2ral
Düzdür. vs versus deməkdir və yoxsa sözünə oxşardır. Məsələn Microsoft vs Apple,Firefox vs Chrome və s.
Karizma
Sirin yalannansa aci heqiqet yaxsidir.Amma daha niye bir-birivizi oldurursuz ki,?
vugaar

Allahın bizə haram buyurduğu en boyuk günahlardan biri də  Yalan danışmaqdı, hətta zarafatla yalan duzgun sayılmır. Bugün evdən cəmiyyət arasına çıxdıqda çoxları özlərinə… necə edim aldanmıyım? sualını verirlər, insanların biri birinə nifrətinin. hörmətsizliyinin, aqressivliyinin esas sebeblərindən biri Yalan danışmaqdır. Buna yüngül yanaşmaqla özümüzü, yaxınlarımızı, gələcəyimizi təhlükəyə atırıq.