"Təmizlik"
bir gün bir ağ kağız öz-özünə: «Bu günə qədər təmiz oldum və bundan sonra da təmiz olaraq qalacağam. Qaralmaqdan, ya da kirlənməkdənsə, ağ qalmağı üstün tuturam» — dedi.
Ardı →
İnkişaf etmək istəyənlər üçün maraqlı məlumatlar olan kollektiv bloq servisi
bir gün bir ağ kağız öz-özünə: «Bu günə qədər təmiz oldum və bundan sonra da təmiz olaraq qalacağam. Qaralmaqdan, ya da kirlənməkdənsə, ağ qalmağı üstün tuturam» — dedi.
Bir gün bir professor tibb dərsində tələbələrə bir xəstəlik haqqında danışdı və sonra da o xəstəliyi olan xəstəyə nə qədər dərman vermək lazım olduğunu soruşdu. Tələbələrdən biri ayağa qalxıb: «1000 mq », — deyə cavab verdi. Professor: «yox,cavab düz deyil » — dedi. Sonra tələbə sualın doğru cavabını xatırladı və yenidən ayağa qalxıb: «250 mq », — dedi.Professor tələbənin bu cavabı qarşısında əvvəlcə susdu, sonra da gözlənilmədən: "Çox təəssuf, bir az əvvəl 1000 mq dərman verdiyiniz xəstəniz öldü", — dedi. Sinifə dərin bir səssizlik çökdü.Çünki bu sözlər onlara çox böyük bir həqiqətdən xəbər verirdi:«Həyatda elə səhvlər var ki, o səhvlərdən geriyə yol yoxdur» ...
Ailəm jurnalı
Yəqin ki,məşhur sirk ustası Harri Hudininin adını(onun əsl adı Erik Vays idi) siz də eşitmisiniz.O özü ilə heç bir alət götürmür,yalnız əynindəki paltarla həbsxanaya girir və qapılar bağlı olmasına baxmayaraq, bir saat keçməmiş oradan çıxırdı.
Bir gün Böyük Britaniyadakı kiçik qəsəbələrdən biri Hudinini «qonaq» dəvət etdi.Onu qəsəbənin yeni həbsxanasına apararaq,kameralardan birinə salırlar.Hamıda böyük bir həyəcan var idi.Qapılar bağlananda heç kim onun kameradan çıxacağına inanmırdı.Ancaq Hudininin kəmərində polad bir çubuq var idi və məşhur sirk ustası göstərdiyi bütün nömrələri o çubuqla göstərirdi.
Aradan yarim saat keçmişdi.Artıq Hudininin üzündə əvvəlki ifadə yox idi.Əqrəblər altmışıncı dəqiqəni göstərəndə isə Hudininin üz-gözündən tər axmağa başlamışdı.İki saat başa çatandan sonra birdən Hudininin əlləri boşaldı.O özü də bilmədən qapınin üzərinə yıxıldı.Və qapı öz-özünə açıldı.Halbuki heç kim qapını bağlamamışdı.Qapı yalnız Hudininin beynində bağlı idi.Qapının bağlı olduğunu düşündüyü üçün ,sadəcə olaraq,ona toxunmaq lazım idi.Qapının bağlı olduğunu düşündüyü üçün bunu heç ağlına da gətirməmişdi.
Bəzi Afrika qəbilələrində bir qadın uşaq dünyaya gətirəcəyini öyrənəndə bir neçə yaxın adamı ilə birlikdə səssiz bir yerə gedirlər və o uşağın mahnısını «eşidənə» qədər orada dua edirlər. Qadın mahnını «eşidəndən» sonra isə hamısı bir yerdə(həm də yuksək səslə) o mahnını oxuyurlar. Bundan sonra isə onlar qəbiləyə qayıdırlar və o mahnını qəbilədə hamıya öyrədirlər. Ancaq bu mahnının ilk «kütləvi» ifası uşaq doğulandan sonra baş verir. Uşaq doğulan kimi bütün qəbilə bir yerə toplaşır və uşağın mahnısını ona oxuyur.
Hamının ona güləcəyini düşündüyü üçün hekayələrini gecələr göndərirdi. 22 yaşında ilk hekayəsini göndərəndə də belə düşünmüşdü. Üstəlik, bu hamısı deyildi. Göndərdiyi bütün hekayələr geri qayıdırdı...
“Meydandan çəkilmək” istəyirdi ki, bir gün bir məktub aldı. Redaktorlardan biri hekayəsini bəyəndiyini yazmışdı. O gün sevincindən nə edəcəyini bilmədi. Saatlarla ağlayaraq küçələri gəzdi. Madam ki, hekayəsini bəyənən var idi, deməli, artıq yazmaq olardı. Əslində bu “kiçik diqqət” onun həyatını dəyişmişdi. Əgər o gün o məktub gəlməsəydi, bəlkə də, bütün ömrünü siçanlarla dolu o zirzəmidə keçirəcəkdi...
Bəli, bu, məşhur ingilis yazıçısı Çarlz Dikkens idi. Viktoriya dövrünün ən böyük nümayəndəsi qəbul edilən, əsərləri bütün dünya dillərinə çevrilən Çarlz Dikkens”...
İndi xeyirxah olmağa çalışırsan, çünki ayların sultanı Ramazan ovqatındasan.
Açılan çiçəkləri, göyərən otları belə incitmək istəmirsən. İstəyirsən səxavətini bir az da artırasan, ağsaqqallara, ağbirçəklərə hörmətlə yanaşırsan, nəqliyyatda, metroda ayağa qalxıb nəzakətlə yer verirsən onlara. Qarşılığında: “Allah köməyin olsun!” duasını eşidirsən.
Küçədə, yol kənarında əl açıb dilənən uşaq, ixtiyar qoca görəndə kövrəlirsən, əlini cibinə salıb qarşında açılan əli boş qaytarmaq istəmirsən. Əvəzində yenə: “Allah səni darda qoymasın, Ramazan Sahibi yetsin dadına”, — duasını eşidirsən. Nə qədər məmnun olursan. Çöhrənə təbəssüm qonur, qarşı tərəfə razılıq edirsən, içinə dinclik, rahatlıq hopur. “Bacardığın yaxşılığı əsirgəməmək nə gözəlmiş”,- deyə pıçıldayırsan. Başından gözəl düşüncələr keçir: “Kaş hamı xeyirxah olaydı”.
İndi Ramazan ovqatındasan. Çox səxavətli, mərhəmətli olmusan. Bəs sabah necə, kimsəsizlərə, səndən imdad umanlara qəlbində açdığın xeyirxahlıq qapısını bağlayacaqsanmı?
Kaliforniya liseylərindəki bir təcrübədən istifadə edərək, şagirdlərini bir-bir lövhəyə çağırdı. Əvvəlcə, şagirdlərinə həm sinif yoldaşları, həm də onun üçün nə qədər qiymətli olduqlarını dedi. Sonra da hər birinə üzərində qızıl hərflərlə “Siz bizim üçün çox qiymətlisiniz” sözləri yazılmış mavi bir lent verdi. Ancaq məsələ bununla bitmirdi. Müəllim bu təcrübənin cəmiyyətdə necə təsir doğuracağını öyrənmək istəyirdi. Ona görə də hər şagirdə əlavə üç mavi lent verdi. Onlar da bu lentlərlə başqalarını “mükafatlandıracaq” və nəticə barədə bir həftə ərzində siniflərinə məlumat verəcəkdilər...
Şagirdlərdən biri yaxınlıqdakı şirkətin vəzifəli şəxslərindən birini “mükafatlandırmış”, yaxasına mavi lent sancmışdı. Sonra da əlavə iki lent verərək: “Sinfimizdə bir layihə həyata keçiririk. Əgər mümkünsə, siz də istədiyiniz bir adamı mükafatlandırın və ona əlavə bir lent verin. Qoy, o da başqasını mükafatlandırsın”, — demişdi...
O gün həmin vəzifəli şəxs acıdilliyi ilə tanınan müdirini mükafatlandırmağı qərara aldı. Müdirinin otağına girərək, “dahi bir insan olduğu üçün” onu mükafatlandırmaq istədiyini bildirdi. Sonra da mavi lenti yaxasına sancmaq üçün icazə verib-vermədiyini soruşdu.