ALLAH və onun kitabı
Bir nəfər müdrikdən soruşur:
-Ən sevdiyiniz yazıçı kimdir?
Müdrik cavab verir:
-ALLAH.ONUN son yazdığı çox xoşuma gəlib.
Davamı →
İnkişaf etmək istəyənlər üçün maraqlı məlumatlar olan kollektiv bloq servisi
Bir nəfər müdrikdən soruşur:
-Ən sevdiyiniz yazıçı kimdir?
Müdrik cavab verir:
-ALLAH.ONUN son yazdığı çox xoşuma gəlib.
Bir gün ağası Loğmana dedi: Mənim üçün bir qoyun kəs.
Loğman qoyunu kəsdi.
Ağa dedi: onun ən pak iki üzvünü mənim üçün gətir!
Loğman onun ürək və dilini ona apardı.
Ağa soruşdu: onda bu iki üzvdən pak bir üzv yox idi?
Loğman buyurdu ki yox!
Ağa sakit qaldı.Başqa vaxt ağa dedi: Mənim üçün bir qoyun kəs.
Loğman qoyunu kəsdi.
Ağa dedi: onun ən çirkin iki üzvünü çölə tulla.
Loğman onun ürək və dilini çölə atdı.
Ağası dedi: Sənə dedim ən pak yerini mənə gətir ürək və dilini gətirdin.Sonra dedim ən çirkin iki üzvünü tulla yenə ürək və dilini tulladın.
Loğman buyurdu: Əgər bu iki üzv sağlamdırsa heç bir üzv onlardan dadlı deyil. Əks təqdirdə, ən çirkin üzvlərdir.
Bir qadının doqquz uşağı var idi. Bir gün yaxın dostlarından biri ondan soruşdu:
— Maraqlıdır, sevgini bu doqquz uşaq arasında necə bölürsən?
Qadın belə cavab verdi:
— Mən sevgimi uşaqlarım arasında bölmürəm, vururam.
Bu yazı məşhur Helen Adams Keller (1880-1968) haqqındadır. Keller başqa uşaqlar kimi dünyaya sağlam gəlmişdi. Ancaq 1 yaş 7 aylığında keçirdiyi bir xəstəlikdən sonra gözləri tutuldu. Artıq onun qulaqları da eşitmirdi. Uşaqlığının ilk illərində çox əsəbi və çılğın idi. Buna görə də, valideynləri ona tərbiyəçi axtarmağa başladılar. Nəhayət, əvvəllər kor olan, sonra əməliyyatla (az da olsa) görməyə başlayan Enn Mensfild Sallivanı tapdılar. Sallivanın bütün səylərinə baxmayaraq, ilk vaxtlar Kellerdə heç bir dəyişiklik olmadı. Nəhayət, bir gün qızcığaz əlinə su tökərkən Sallivan barmağı ilə o biri əlinə «su» sözünü yazdı. Bundan sonra Kellerdə böyük bir dəyişiklik başladı. Keller əvvəlcə sözləri öyrəndi. 1890-cı ildə isə danışmağa başladı. Məktəbi bitirdikdən sonra məşhur «Mənim həyat hekayəm» (1902) kitabını yazdı. «Bütün Dünya» jurnalının 1954-cü il sayında «Korluğu heçə sayan qadın» adlı yazı da Keller haqqında idi. Mark Tven isə 19-cu əsrin iki böyük dahisinin Napoleon və Keller olduğunu deyirdi.