2. Mikroiqtisadiyyat və makroiqtisadiyyat

Mikroiqtisadiyyat və makroiqtisadiyyat (MICROECONOMICS AND MACROECONOMICS)
Elmdə bir çox fənlər müxtəlif səviyyələrdə öyrənilir. Məsələn, biologiyanı götürək. Mütəxəssislər molekulyar biologiya sahəsində canlı cismin təşkil olunduğu kimyəvi tərkibləri öyrənir. Hüceyrə quruluşlu orqanizmlər sahəsində mütəxəssislər çoxlu miqdarda kimyəvi elementlərdən ibarət olan hüceyrələri öyrənir və eyni zamanda onlar canlı orqanizmin tərkib hissələri hesab olunur. Təkamül nəzəriyyəsi üzrə ixtisaslaşan mütəxəssislər əsrlər və minilliklər ərzində canlıların növlərini, bitki siniflərini və onların dəyişil­mələrini öyrənirlər.
Iqtisadiyyat da başqa sahələrdə olduğu kimi, müxtəlif səviyyələrdə öyrənilir. Biz ayrı-ayrı ev təsərrüfatları və firmalarda qərar qəbul edilmək prosesini təhlil edər və əmtəə xidmətlər bazarında qarşılıqlı əlaqələri tədqiq edərik, yaxud da bütövlükdə iqtisadiyyatın fəaliyyətini, daha doğrusu subyektlərin bütün bazarlarda qəbul etdikləri qərarların məcmusunu araşdıra bilərik.

Iqtisadi nəzəriyyə ənənəvi olaraq mikroiqtisadiyyata – ev təsər­rü­fatları və firmaların qərar qəbuletmə proseslərini və onların bazarda qarşılıqlı əlaqələ­rinin öyrənilməsinə və makroiqtisadiyyata – iqtisadiyyatın bütövlükdə öyrənil­məsinə  bölünür. Mikroiqtisadiyyat üzrə mütəxəssislər Nyu-Yorkda rentanın səviyyəsinin mənzillərin dəyərinə təsirini, xarici ölkə istehsalçıları tərəfindən ABŞ-ın avtomobil sənayesinə rəqabətin təsirini, yaxud fəhlələrin təhsil səviyyələri ilə əmək haqqı arasındakı asılılığın təd­qiqi ilə məşğul ola bilərlər. Makroiqtisadiyyat problemlərini tədqiq edən alimlər federal istiqraz­ların milli iqtisadiyyat üçün nəticələrini, işsizliyin səviyyəsini və məşğulluğun uzun­müd­dətli perspektivlərini tədqiq edir, yaxud əhalinin həyat səviyyəsinin yüksəldil­məsi istiqamətlərinin alternativ proqramlarını təklif edirlər.
Mikroiqtisadiyyat və makroiqtisadiyyat arasında sıx əlaqə var. Iqtisadiy­yatda baş verən dəyişiklik milyonlarla fərdin bütövlükdə qəbul etdiyi qərarlar nəticəsində baş verir, deməli, ümumiqtisadi meyllərin dərk olunması onların makroiqtisadi səviyyədə qəbul edilməsi prosesinə baxılmasını tələb edir. Məsələn, federal verginin azaldılmasının əmtəələr və xidmət istehsalçılarının gəlirlərinin səviyyəsinə təsiri makroiqtisadi səviy­yədə öyrənilir. Bu vəziyyəti təhlil etmək üçün iqtisadçı-təhlilçi vergi həc­minin azaldılmasının ev təsərrüfat­larının əmtəələr və xidmət əldə etmək məq­sədilə yönəldəcəkləri pul vəsaitlə­rinin həcmi haqqında qərarlarına təsirini araşdırır.
Amma mikroiqtisadiyyat ilə makroiqtisadiyyat arasında mövcud olan qarşılıqlı əlaqə elmin bu sahələrinin əhəmiyyətli fərqlərini aradan götürmür. Bəzi iqtisadçılar hesab edirlər ki, biologiyada olduğu kimi, onun sadə element­lərindən başlanmalı və bundan sonra onların qarşılıqlı təsirinin araşdırılma­sına keçilməlidir. Lakin bu metodun tədqiqata tətbiqi özünü həmişə doğrultmur. Bu mənada, həyatın təkamülünü öyrənən bio­lo­giya molekulyar biologiyanın nailiyyətlərinə əsaslanır. Belə ki, bütün hey­va­nat və bitkilər molekullardan ibarətdir. Amma tədrici inkişaf və mole­kulyar biologiya elmin müxtəlif sahələrini, onlardan hər biri dərket­mənin xüsusi metodlarından istifadə etməklə spesifik sualları araşdırır.
Mikroiqtisadiyyat və makroiqtisadiyyat analoji olaraq spesifik təd­qiqat metodlarına malikdir və onlar müxtəlif yanaşmalara, metodlara, nəzəriyyələrə əsaslanır və bir çox hallarda ayrıca kurs kimi tədris edilir.
Iqtisadçı siyasətçi rolunda
Çox vaxt baş verən iqtisadi hadisələrin izahını iqtisadçılardan xahiş edirlər. Misal üçün, nəyə görə, xüsusilə gənclər arasında işsizliyin səviyyəsi yüksəkdir? Bəzən xahiş edirlər ki, iqtisadi vəziyyəti yaxşılaşdırmaq üçün tədbirlər təklif etsinlər. Gənc insanların həyat səviyyəsinin yüksəldilməsi üçün dövlət nə etməlidir? Iqtisadçılar dünyanın qaydaya salınmasını izah etməyə çalışdıqları zaman alim kimi çıxış edirlər.
Pozitiv və normativ təhlil (POSITIVE VERSUS NORMATIVE ANALYSIS)
Əgər siz iqtisadçıların çıxış etdikləri rolun spesifikliyini aydınlaşdırmaq istə­yirsinizsə, onda onların istifadə etdikləri dilin araşdırılmasından baş­la­ma­lısınız. Alimlərin və siyasətçilərin məqsədləri müxtəlifdir və buna müvafiq olaraq, onlar müxtəlif ifadələr işlədirlər.
Hesab edək ki, iki qız əmək haqqının minimum həcmi haqqında qanunu müzakirə edir. Biz bu replika mübadilələrini eşidə bilərik.
Poli: «Əmək haqqının minimum həcmi haqqında qanun işsizliyin əsas səbəbidir».
Norma: «Dövlət əmək haqqının minimum səviyyəsini mütəmadi olaraq yüksəltməyə borcludur».
Sizin bu təsdiqləmələrlə razılaşıb razılaşmamağınızdan asılı olma­yaraq, qeyd edək ki, qızların fikirləri müəyyən edilmiş qaydalara müna­si­bətdə fərqlidir.
Poli alim kimi danışır: o, həyatın qaydaya salınması haqqında fərziy­yə irəli sürür. Norma siyasətçi kimi danışır: o, həyatı dəyişmək istəyir.
Ən ümumi mənada bizi əhatə edən aləm haqqında iki tip təsdiqləmə mövcuddur. Pozitiv təsdiqləmə (Polinin fikri) təsviri xarakterə malikdir və həyatı bizə olduğu kimi təsvir edir. Ikinci tip təsdiqləmə (Normanın sözləri) normativdir. Normativ təsdiqləmə təklif xarakterinə malikdir, burada həyatın necə olacağı haqqında danışılır.
Pozitiv və normativ təsdiqləmələr arasında əsas fərq bizim həqiqəti qiymətləndirməyimizdən ibarətdir. Prinsip etibarilə biz faktları öyrən­dik­dən sonra pozitiv təsdiqləməni ya qəbul edirik, ya da rədd edirik. Iqtisadçı müəy­yən vaxt kəsiyində minimum əmək haqqının həcmi və işsizliyin səviyyə­sinin dəyişməsi haqqında məlumatları təhlil etdikdən sonra Polinin sözləri haqqın­da fikir söyləmək imkanına malikdir. Bunun əksinə olaraq, normativ təsdiqlə­mə təkcə faktları deyil, müəyyən istiqamətlərin qiymətlili­yinin nəzərə alınma­sını tələb edir. Əgər biz təkcə faktlardan istifadə ediriksə, onda Normanın təsdiqləməsi qiymətləndirilə bilməz. Hansı siyasət yaxşıdır, hansı isə qeyri-məqbuldur haqqında qərarı yalnız elmi nəticələrə əsasən qəbul etmək mümkün deyildir. Bunun üçün etik dəyərləri, dini inamları və siyasətin fəlsəfəsini cəlb etmək tələb olunur.
Əlbəttə, pozitiv və normativ təsdiqləmələr nisbidir. Bizim həyatın necə qurulmasına pozitiv baxışımıza nisbətən əlverişli, üstünlük verilən siyasət haq­qın­da normativ düşüncəmiz təsir edir. Əgər Polinin «minimum əmək haqqı həcmi işsizlik törədir» haqqındakı təsdiqləməsi həqiqətə uyğun gəlirsə, biz Normanın «dövlət minimum əmək haqqı həcmini artırmağa borcludur» təklifini inkar etməliyik. Bundan başqa, bizim normativ nəti­cələrimiz tamami­lə pozitiv təhlillərə əsaslana bilməz. Burada həm pozitiv təhlili, həm də müəy­yən dəyişiklik sistemi tələb olunur.
Iqtisadiyyatı öyrənərkən pozitiv və normativ təsdiqləmələrin fərqini unut­mayın. Iqtisadi nəzəriyyə iqtisadiyyatın «quruluşunu» öyrənmək cəhdidir. Eyni zamanda, çox vaxt bizim elmin məqsədi, iqtisadiyyatın fəaliy­yət göstər­məsi­nin yüksəldilməsindən ibarət olur. Siz normativ təsdiq­ləməyə gedən iqtisadçını eşitdikdə bilməlisiniz ki, o, elm adamları kimi yox, siyasətçi kimi çıxış edir.
Vaşinqtonda iqtisadçılar (ECONOMISTS IN WASHINGTON)
ABŞ-ın Prezidenti Harri Trumen hər dəfə öz məsləhətçilərinə istənilən müra­ciətlərinə cavablarda «bir tərəfdən…digər tərəfdən» sözlərini eşit­diyinə görə bir dəfə deyir ki, mən istəyirdim «bir qollu» iqtisadçı tapım. H.Trumen iqtisadçıların məsləhətlərinin birmənalı olmadığını düzgün qeyd etmişdir. Onların «ikitərəfliliyi» ekonomiksin on prinsipindən birinin təzahür etməsidir. Bu haqda 1-ci fəsildə deyilmişdir ki, insan seçim edir. Iqtisadçılar başa düşürlər ki, siyasi qərarların əksəriyyəti seçimə əsaslanır. Siyasətin səmərə­sizliyi yalnız bərabərliyin zərərinə yüksələ bilər. Gələcək nəsillər şübhəsiz, uğur qazanacaqlar. Lakin nəyə görə onların piroqlarının haqqını bizim müasirlər ödəməlidirlər? «Siyasi qərar qəbul etməkdən asan şey yoxdur» fikrini qəbul edən iqtisadçı etibara layiq deyil.
H.Trumen iqtisadçıların məsləhətlərindən istifadə edən yeganə prezident olmamışdır. Belə ki, ABŞ-ın prezidentləri 1946-cı ildən Iqtisadi Məs­ləhətçilər Şurasının xidmətlərindən istifadə edirlər. Şura üç daimi üzvdən və zəruri olan vaxtlarda cəlb edilən onlarla iqtisadçıdan ibarətdir. Şu­ranın qərargahı Ağ Evin bir neçə addımlığında yerləşir. Şuranın üzv­lərinin yeganə vəzifəsi iqtisadi məsə­lələr üzrə prezidentə məsləhətlər ver­mək və onun hər il ölkəyə iqtisadi müraciəti üzərində işləməkdən ibarətdir.
Bundan başqa, ABŞ prezidenti ilə iqtisadiyyat üzrə onlarla mütə­xəssis və müxtəlif nazirliklərin ekspertləri işləyir. Maliyyə nazirliyindən olan iqtisadçılar vergi siyasətində dəyişiklik aparmağı məsləhət görürlər, əmək nazirliyinin əməkdaşları işsizlik haqqında məlumatlar verir və məşğulluğun formalaşması siyasətində iştirak edirlər. Ədliyyə nazirliyinin iqtisadçıları Milli antiinhisar qanunvericiliyinə riayət olunmasına nəzarət edirlər.
Iqtisadi biliyi qiymətləndirən təkcə hakimiyyətin icraçı qanadı deyil. Qanunvericilik aktlarının müxtəlif layihələrinə müstəqil rəylər almaq üçün ABŞ Konqresi özünün iqtisadçılardan ibarət olan Büdcə komissiyalarına məsləhət almaq məqsədilə müraciət edir. ABŞ-ın Federal ehtiyat sistemi idarəedici Şurasında milli pul siyasətini müəyyən etməklə məşğul olan Avropa ölkələrinin Mərkəzi Banklarına analoji olaraq, dünya iqtisa­diy­yatında ABŞ-ın iqtisadi meyllərini təhlil edən yüzlərlə mütəxəssislər işləyir.
Hökumətin siyasətinə iqtisadçıların təsiri onların məsləhətçi kimi rolların­dan kənara çıxır. Iqtisadi tədqiqatlar və elmi işlər siyasətə nadir hallarda dola­yısı ilə təsir edir. Dahi iqtisadçı Con Meynard Keyns qeyd etmişdir ki, iqtisad­çıların və siyasət filosoflarının düz və səhv ideyaları cə­miyyətin qəbul etdiyin­dən daha çox təsirə malikdir. Məhz onlar cəmiyyəti idarə edirlər. Işgüzar adamlar, özlərini intellektlərin təsirindən azad hesab edənlər, hər şeydən əvvəl, ölmüş iqtisadçıların əsiridirlər. Qeyri-normal idarəçilər adətən hansısa unudul­muş akademik  cızmaqaraçıların mənasız ideyalarından istifadə edirlər.
Bu sözlər 1935-ci ildə deyilsə də, öz əhəmiyyətini bu günlərdə də saxlayır, Con M.Keyns isə tez-tez siyasətə təsir edən «alim cızmaqaraçı» rolunda çıxış edir.
Iqtisadçıların fikir ayrılığının səbəbləri nədir?(WHY ECONOMISTS DISAGREE)
Bernard Şou demişkən, «hətta iqtisadçılara bir işi axıra qədər aparmağı tapşırsan belə, onlar heç vaxt razılığa gəlməyəcəklər». Bir qədər də daha ciddi ifşaedici fikir söyləməyə çalışın. Mütəxəssis birliyi iqtisadçıları siya­sətçilərə bir-birini inkaredici məsləhətlər verməkdə daim tənqid edir. ABŞ prezidenti Ronald Reyqan bir dəfə zarafat edib ki, əgər «xoşbəxt hadisə» oyununda iqtisadçılar oynamış olsaydılar, onun aparıcısı 100 suala 3000 cavab alardı.
Nəyə görə iqtisadçılar siyasətçilərə addımbaşı belə ziddiyyətli məsləhətlər verirlər?
  • Iqtisadçılar dünyanın quruluşunun alternativ, pozitiv nəzəriyyələrinin əsaslandırılması haqqında fikir ayrılığına gələ bilərlər.
  • Iqtisadçılar müxtəlif dünya əhəmiyyətli dəyərlərə istinad edə bilərlər ki, bu da ziddiyyətli normativ konsepsiyaların formalaşmasına gətirib çıxarır.
Gəlin bu səbəblərin hər birini aydınlaşdıraq.
Elmi mülahizələrdə fərq (DIFFERENCES IN SCIENTIFIC JUDGMENTS)
Bir neçə əsr bundan əvvəl astronomlar kainatın mərkəzinin Torpaq və Günəş olduğunu müzakirə edirdilər. Ekoloqların «qlobal istiləşmə» haqqında mübahisələri ildən-ilə daha da ciddiləşir. Elm bu - bizi əhatə edən dünyanın fasiləsiz izahıdır. Təəccüblü deyil ki, alimlər eyni məişət fenomenini aydın­laşdırmaq üçün müxtəlif mülahizələrə malik ola bilərlər.
Iqtisadçıların müxtəlif fikir ayrılıqlarının əsasında məhz bu səbəb durur. Iqtisadi nəzəriyyə nisbətən yeni elmdir, onda kifayət qədər öyrə­nilməmiş «torpaqlar» vardır. Iqtisadçılar dünyanın quruluşunun alter­na­tiv, pozitiv nəzəriyyələri, yaxud mühüm əhəmiyyətli parametrlərin qiymət­ləndirilməsinin xüsusiyyətləri haqqında fikir ayrılığına gələ bilərlər.
Qeyd olunan fikir ayrılığına aid bir misal. Məsələ ondadır ki, dövlət ev təsərrüfatının gəlirlərinin həcminə uyğun olan vergi almalıdır və yaxud vergi qoyulan bazanı onun xərcləri əsasında formalaşdırmalıdır. Cari gəlirə görə vergidən xərclərə görə vergiyə keçməyin tərəfdarları hesab edirlər ki, belə dəyişiklik ev təsərrüfatını vergidən azad oluna biləcək yığımın artı­rıl­ma­sına sövq edə bilər. Yüksək yığım, öz növbəsində məhsuldarlığın artım tem­pinin və həyat səviyyəsinin yüksəlməsinə gətirə bilər. Cari gəlirə görə ver­gi tərəfdarları nəzərdə tuturlar ki, vergi qanunvericiliyinə dəyişiklik çətin ki, ev təsərrüfat­larının gəlirlərinin səviyyəsinə əhəmiyyətli təsir gös­tərsin.
Bu iki qrup iqtisadçılar vergiqoyuluşu sisteminə müxtəlif normativ baxışa tərəfdar çıxırlar. Ona görə ki, onlar ev təsərrüfatlarının vergilərin düzəlişlərinə mümkün olan münasibətlərini müxtəlif şəkildə qiymət­ləndirirlər.
Dəyərlərdə fərqlər (DIFFERENCES IN VALUES)
Fərz edək ki, Piter və Pol şəhər quyusundan eyni miqdar sudan istifadə edirlər. Quyunun istismarına görə şəhər öz sakinlərindən vergi alır. Piter 50 min dollar, yaxud gəlirin 10%-i həcmində vergi ödəyir. Polun gəliri 10 min dollar təşkil edir. Vergi ödənişi 2 min dollar, yaxud gəlirin 10%-i qədərdir.
Bu növ vergi siyasəti ədalətlidirmi? Əgər ədalətli deyilsə, onda kim daha çox ödəyir, kim həddən artıq qənaətçilik edir?. Polun gəlirinin az olmasının əmək qabiliyyətinin olmamasının, yaxud teatr aktyoru olmaq qərarına gəlmək­lə özünü incəsənətə həsr etməsinin əhəmiyyəti varmı? Piterin çox miras alması, yaxud daim əlavə işlə məşğul olması nə qədər əhəmiyyət kəsb edir?
Sadə olmayan bu suallara cavab verərkən şəhər sakinləri yəqin ki, fikir ayrılığına gələcəklər. Əgər onlar iki ekspert dəvət edib, onlara vergi qanun­vericiliyi sisteminin islahatını tapşırsalar, şəhər rəisinin aldığı təkliflərin ciddi fərqliliyinə biz təəccüblənməyəcəyik.
Bu çətin olmayan misal göstərir ki, iqtisadi siyasət üzrə fikirlərdə iqtisad­çılar hansı səbəblərdən müxtəlif fikirlər yürüdürlər. Biz artıq bilirik ki, iqtisadi siyasət haqqında xalis elmi mülahizələrdən irəli gələn müha­ki­mələr aparmaq olmaz. Iqtisadçılar müxtəlif həyati dəyərləri rəhbər tut­duq­larına görə bir-biri­nə əks olan məsləhətlər verirlər. Iqtisad elminin nəzəriyyəçilərindən heç biri deyə bilməz ki,  Piter, yaxud Pol daha çox vergi ödəmək məcburiy­yətindədir.
Gözləmə və həqiqət (PERCEPTION VERSUS REALITY)
Elmi mülahizələrdə və iqtisadçıların dəyərlilik sistemində fərqlər onlar arasında bir sıra fikir ayrılıqlarını qaçılmaz edir. Lakin onları şişirtmək lazım deyil. Bir çox hallarda iqtisadçılar vahid nöqteyi-nəzərdən çıxış edirlər.
Cədvəl 2.1.-də iqtisadi siyasət üzrə 10 mövqe verilmişdir və iqti­sadçılar içərisindən biznes, siyasət və elm sahəsində çalışan respon­dent­lərin böyük əksəriyyəti bunu müdafiə edirlər. Bu tezislərin çoxu çətin ki, geniş ictimaiyyət arasında tam eyni fikirli  tərəfdar tapsın.
Birinci mövqe rentanın məhdudlaşdırılmasına aiddir. Biz müəyyən səbəb­ləri 6-cı fəsildə müzakirə edəcəyik və iqtisadçıların əksəriyyəti fərz edirlər ki, rentanın həcminə nəzarət təklifə və yaşayış mənzillərinin key­fiyyətinə neqativ təsir göstərir. Burada söhbət nisbətən imkansız cəmiy­yət üzvlərinə çox baha olan kömək üsulundan gedir. Bir çox şəhərlərin inzibatçıları buna məhəl qoy­ma­dan, iqtisadçıların təkliflərini inkar edir və ev sahiblərinin ala biləcəkləri icarə haqqına yüksək hədd müəy­yən­ləşdirirlər.
Ikinci mövqe tariflərə və idxal kvotalarına aiddir. Müəyyən səbəbdən biz buna 3-cü və nisbətən daha geniş 9-cu fəsildə baxacağıq və əksər iqtisadçılar ticarət azadlığının məhdudlaşdırılmasına etiraz edirlər. Buna baxmayaraq, ABŞ prezidenti və konqres bir çox illər ərzində müəyyən əmtəələrin idxalını məhdudlaşdırır.
1933-cü ildə konqres çox az səs çoxluğu ilə iqtisadçıların əksə­riy­yətinin onu müdafiə etmələrinə baxmayaraq, Amerika, Kanada və Mek­sika arasında ti­­ca­rət əlaqələrinin sayını və maneələrin dərəcələrini azalt­maqla, Şimali Ameri­ka Azad Ticarət Zonasının (NAFTA) yaradılması haqqında sazişi təsdiq etmişdir.
Cədvəl 2.1.
Iqtisadçıların əksərinin razılaşdığı on mövqe

Iqtisadi siyasətin mövqeləri və razılığını bildirən onlarla iqtisadçının sayı
(faizlə)

1.

Rentanın məhdudlaşdırılması təklif olunan mənzillərin miqdarının azalmasına və keyfiyyətinin aşağı düşməsinə gətirəcəkdir. (93%)

2.

Tariflər və kvotalar ümumi iqtisadi rifahı aşağı salır (93%)

3.

Sabit və sürüşkən mübadilə kursları beynəlxalq valyuta sisteminin səmərəliliyini təmin edir. (90%).

4.

Fiskal siyasət (məsələn, vergilərin azaldılması və yaxud, dövlət xərclərinin yüksəldilməsi) tam məşğulluqlu iqtisadiyyata stimullaşdırıcı təsir göstərmir, o, yalnız işsizliyin nisbətən yüksək olduğu şəraitdə səmərəlidir (90%)

5.

Federal büdcənin balanslaşması haqda nəticəyə gəlinməsi; ayrıca götürülmüş ilə görə deyil, işgüzar tsiklin yekununa görə mümkündür (85%)

6.

Pul ödəmələri natural formada transferlərə nisbətən qan köçürülən insanların rifahını daha çox yüksəldir (84%)

7.

Federal büdcədə əhəmiyyətli dərəcədə olan kəsir iqtisadiyyata mənfi təsir göstərir (83%)

8.

Minimum əmək haqqı həcminin müəyyənləşdirilməsi gənclər arasında işsizlərin və ixtisassız işçilərin səviyyəsinin artmasına gətirib çıxarır (79%).

9.

Hökumət «gəlirə mənfi təsir göstərən vergi» ilə bağlı sosial müdafiə sisteminə yenidən baxmalıdır (79%).

10.

Vergilər və sənaye tullantılarının atılmasının həlli sənaye tullantıları konsentratının son hədd normasının müəyyən edilməsinə nisbətən ətraf mühitin vəziyyətinə nəzarətin səmərəli üsuludur (78%)
Mənbə: Ricard M. Alston, J.R/Kearl, and Michael B.Vanghn.
Is There Consensus anong. Ekonomists in the 1990
American Ekonomic. revic № May 1992. P. 203-209
PROPOSITION (AND PERCENTAGE OF ECONOMISTS WHO AGREE)
1. A ceiling on rents reduces the quantity and quality of housing available.(93%)
2. Tariffs and import quotas usually reduce general economic welfare. (93%)
3. Flexible and floating exchange rates offer an effective international monetary arrangement. (90%)
4. Fiscal policy (e.g., tax cut and/or government expenditure increase) has a significant stimulative impact on a less than fully employed economy. (90%)
5. If the federal budget is to be balanced, it should be done over the business cycle rather than yearly. (85%)
6. Cash payments increase the welfare of recipients to a greater degree than do transfers-in-kind of equal cash value. (84%)
7. A large federal budget deficit has an adverse effect on the economy. (83%)
8. Aminimum wage increases unemployment among young and unskilled workers. (79%)
9. The government should restructure the welfare system along the lines of a “negative income tax.” (79%)
10. Effluent taxes and marketable pollution permits represent a better approach to pollution control than imposition of pollution ceilings. (78%)
SOURCE: Richard M. Alston, J. R. Kearl, and Michael B. Vaughn, “Is There Consensus among Economists
in the 1990s?” American Economic Review (May 1992): 203–209.
Bu halda iqtisadçılar vahid fikir söyləmiş, lakin konqresmenlər onu inkar etməyə üstünlük vermişlər. Ekspertlərin bir səslə müdafiə etmələrinə baxma­ya­raq, nə üçün renta üzərində nəzarət və idxal kvotası siyasətini həyata keçirir­lər? Bunun səbəbi ondan ibarət ola bilər ki, iqtisadçılar cəmiyyəti ona, yumşaq desək, uzağı görməməzliyə inandıra bilməmişlər. Bu kitabın məqsədlərindən biri ondan ibarətdir ki, bu və ya başqa suallar üzrə iqtisadçıların baxışlarını dərk etməkdə sizə kömək etsin və ola bilsin ki, sizi onun əsaslı olmasına inandırsın.
microeconomics the study of how households and firms make decisions and how they interact in markets
macroeconomics the study of economy-wide phenomena, including inflation,unemployment, and economic
growth 
positive statements claims that attempt to describe the world as it is
normative statements claims that attempt to prescribe how the world should be
 

0 şərh