2. Mikroiqtisadiyyat və makroiqtisadiyyat

Mikroiqtisadiyyat və makroiqtisadiyyat (MICROECONOMICS AND MACROECONOMICS)
Elmdə bir çox fənlər müxtəlif səviyyələrdə öyrənilir. Məsələn, biologiyanı götürək. Mütəxəssislər molekulyar biologiya sahəsində canlı cismin təşkil olunduğu kimyəvi tərkibləri öyrənir. Hüceyrə quruluşlu orqanizmlər sahəsində mütəxəssislər çoxlu miqdarda kimyəvi elementlərdən ibarət olan hüceyrələri öyrənir və eyni zamanda onlar canlı orqanizmin tərkib hissələri hesab olunur. Təkamül nəzəriyyəsi üzrə ixtisaslaşan mütəxəssislər əsrlər və minilliklər ərzində canlıların növlərini, bitki siniflərini və onların dəyişil­mələrini öyrənirlər.
Iqtisadiyyat da başqa sahələrdə olduğu kimi, müxtəlif səviyyələrdə öyrənilir. Biz ayrı-ayrı ev təsərrüfatları və firmalarda qərar qəbul edilmək prosesini təhlil edər və əmtəə xidmətlər bazarında qarşılıqlı əlaqələri tədqiq edərik, yaxud da bütövlükdə iqtisadiyyatın fəaliyyətini, daha doğrusu subyektlərin bütün bazarlarda qəbul etdikləri qərarların məcmusunu araşdıra bilərik.
Ardı →