4. Tələb və təklif

Tələb və təklif (SUPPLY AND DEMAND TOGETHER)
Biz tələb və təklifi ayrılıqda təhlil etdik. Indi isə onları birləşdirək və onların qarşılıqlı fəaliyyətinin satılmış əmtəələrin miqdarını və qiymətlərini necə müəyyən etdiyinə baxaq.

Tarazlıq(EQUILIBRIUM)

Şəkil 4.7.-də bazar tələb və bazar təklif əyriləri birləşdirilmişdir. Gö­rün­düyü kimi, onlar ancaq bir nöqtədə kəsişirlər ki, bu da bazar tarazlığı adlandırılır. Iki əyrinin kəsişdiyi nöqtədəki qiymət tarazlıq qiyməti, tələb olunan əmtəənin miqdarı isə tarazlıq həcmi adlanır. Bizim misalda tarazlıq qiyməti 8 dollar, tarazlıq həcmi isə 7 stəkan dondurma təşkil edir.Tələb və təklifin tarazlığı

«Tarazlıq» sözünün lüğəvi mənası «müxtəlif istiqamətli qüvvələrin bəra­bərləşdiyi vəziyyət» kimi başa düşülür. Bu tərif bazar tarazlığını da əks etdirir. Tarazlı qiymətdə alıcıların istədikləri və əldə etmək imkanına malik olduqları əmtəələrin miqdarı satıcıların istədikləri və satmaq imkanına malik olduqları əmtəələrin miqdarına uyğun gəlir. Bəzən tarazlıq qiymətini xalis bazar qiyməti adlandırırlar, ona görə ki, o, bazarda bütün iştirak­çıların tələbatını ödəyir; alıcı almaq istədiklərinin hamısını alır, satıcılar isə satmaq istədikləri bütün əmtəələri reallaşdırır.
Alıcıların və satıcıların hərəkəti təbii olaraq bazarda tələb və təklifin tarazlığı­na doğru aparır. Bu müddəanın düzgünlüyünə əmin olmaq üçün əmtəə­­nin ba­­­­zar qiymətinin tarazlıq qiymətinə uyğun gəlmədikdə nə baş ver­diyinə baxaq.
Fərz edək ki, əmtəənin bazar qiyməti tarazlıq qiymətindən yük­sək­dir (şəkil 4.8. (a) qrafiki). 1 stəkan dondurmanın qiyməti 2,50 doll. Olduq­da, əmtəə təklifinin həcmi (10 stəkan) tələbin həcmini keçir (4 stəkan). Nəticədə məhsul artıqlığı yaranır: qoyulmuş qiymət satıcılara istə­dikləri dondurmanın hamısını satmağa imkan vermir. Bu vəziyyət artıq təklif adlanır. Dondurma satıcıları istədikləri qədər dondurmanı reallaşdıra bil­mə­dikləri üçün soyu­ducuda hazır məhsulun artıq hissəsinin yığılıb qall­ma­sının şahidi olurlar. Onlar təklifin artıqlığına qiymətlərin aşağı salınması ilə cavab verir və bazarda tarazlıq vəziyyəti yaranana qədər bu vəziyyəti davam etdirirlər.

Indi isə müəyyənləşmiş bazar qiyməti (1 stəkanın qiyməti 1,50 doll.) tarazlıq qiymətindən aşağı olduğu hala baxaq. Ödənilməmiş bazar tələbi bu zaman 4.8. cədvəlinin (b) qrafikində əks olunmuşdur. Belə ki, 1,50 doll. bazar qiyməti tarazlıq qiymətindən aşağı olduğundan, tələbin həcmi (10 stəkan) təklifin həcmini (4 stəkan) keçir. Madam ki, çoxsaylı alıcılar məhdud miq­darda dondurmanı almaq istəyirlər, bu çatışmazlıqdan istifadə edən satıcılar qiyməti qaldırırlar. Hər iki halda qiymətin dəyişməsi tələb və təklifin tarazlığına doğru bazarı hərəkətə gətirir.
Müəyyənləşmiş bazar qiyməti (1,5 doll.) tarazlıq qiymətindən aşağı olduqda, əmtəəyə olan tələb təklifdən çox olur. Bu halda bazarda əmtəə çatışmazlığı yaranır: alıcıların cari qiymətə istədikləri qədər əmtəə almaq imkanı olmur. Alıcılar istədikləri qədər dondurma ala bilmək üçün dondurma çatışmadığından uzun növbələrə dayanırlar və ödənilməmiş tələb yaranır. Çoxsaylı alıcı kütləsi məhdud miqdarda əmtəə dalınca qaçır, sa­tıcılar isə təklifin səviyyəsini saxlayaraq, qiymətləri yüksəltməklə ödə­nilməli tələbə cavab verirlər. Elə ki, qiymət qalxır, bazarın tarazlığa doğru hərəkəti başlayır.
Beləliklə, çoxlu satıcı və alıcıların birgə fəaliyyəti avtomatik olaraq əm­təə­­nin bazar qiymətini tarazlıq qiymətinə doğru hərəkətə gətirir. Elə ki, bazar­da tarazlıq yaranır, alıcı və satıcıları razılıq hissi bürüyür, qiymətə aşağıdan və yuxarıdan təzyiq yox olur. Tarazlığın yaranma sürəti bazarda qiymətlərin dəyişməsi tezliyindən asılı olur. Əksər azad bazarlarda qiymət tarazlığa meyl etdiyindən, təklif artıqlığı və ödənilməmiş tələb müvəq­qə­tidir. Çünki qiymət aydındır ki, tarazlıq səviyyəsinə cəhd edir. Bu fenomen hər şeyi əhatə etdiyindən, bəzən onu tələb və təklif qanunu adlandırırlar. Hər bir əmtəənin qiyməti elə bir səviyyəyə çatır ki, əmtəə təklifi və ona olan tələb bərabərləşir.

 

0 şərh