Təklifin elastikliyi və ona təsir edən amillər. Bazar tarazlığı

Təklifin qiy­mətə görə elastikliyi də tələbin qiymətə görə elastikliyi kimi hesablanır. Fərq yalnız ondandır ki, tələbin kəmiyyəti əvəzinə tək­lifin kəmiyyəti götürülür.
Təklif istehsal prosesinin dəyişməsi ilə əlaqədar oldu-ğuna görə o, tələbə nisbətən qiymətlərin dəyişməsinə ləng uyğunlaşır. Ona görə də elastiklik göstəricisi müəyyən olunanda vaxt amili əsas götürülür. Tək­li­fin elastikliyi qiymətləndirildikdə adətən üç müvəqqəti dövr-qısa müd­dətli, orta müddətli, uzun müddətli – nəzərdən keçirilir.
Qısa müddətli dövr dedikdə məhsul buraxılışının həcmində hər han­sı bir dəyişikliyin aparılmasının mümkün olmadığı dövr nəzərdə tu­tulur. Məsələn, alma yetişdirən və onu bazara satmağa gətirən bağ­ban, bazarda hansı qiymətin formalaşmasından asılı olmayaraq, təklif etdiyi məhsulun miqdarını dəyişdiyinə görə, təklif elastik deyildir.
Davamı →

9. Ticarətin olmadığı şəraitdə tarazlıq məsələsi

Ticarətin olmadığı şəraitdə tarazlıq məsələsi THE EQUILIBRIUM WITHOUT TRADE
Izolandiya bazarı digər ölkələrlə əlaqələrə (kontakta) malik deyildir. Hökumətin qərarına müvafiq olaraq, heç kəs polad idxal və ya ixrac etmək hüququna malik deyildir. Bu qaydanın pozulmasına görə cərimə həddi o qədər yüksəkdir ki, heç kəs bu qadağanı pozmağa cəhd göstərmir.


Ardı →

4. Tarazlığın dəyişməsinin təhlilinin üç mərhələsi

THREE STEPS TO ANALYZING CHANGES IN EQUILIBRIUM
Biz tələb və təklifin qarşılıqlı əlaqədə bazar tarazlığını necə təmin etməsinə, bunun da öz növbəsində qiyməti, istehsal olunan və alınan əmtəə­lərin miqdarını müəyyənləşdirməsinə baxdıq. Tarazlı qiymət və məh­sulun həcmi tələb və təklif əyrilərinin vəziyyətindən asılıdır. Nə vaxt ki, hər hansı bir hadisə əyrilərdən birinin dəyişməsinə səbəb olur, bazar tarazlığı pozulur və yeni səviyyədə o, bərpa olunur. Belə dəyişikliklərin təhlili, köh­nə və yeni tarazlıq şərtlərinin müqayisəsi müqayisəli statika adlandırılır.


Ardı →

4. Tələb və təklif

Tələb və təklif (SUPPLY AND DEMAND TOGETHER)
Biz tələb və təklifi ayrılıqda təhlil etdik. Indi isə onları birləşdirək və onların qarşılıqlı fəaliyyətinin satılmış əmtəələrin miqdarını və qiymətlərini necə müəyyən etdiyinə baxaq.


Tarazlıq(EQUILIBRIUM)


Şəkil 4.7.-də bazar tələb və bazar təklif əyriləri birləşdirilmişdir. Gö­rün­düyü kimi, onlar ancaq bir nöqtədə kəsişirlər ki, bu da bazar tarazlığı adlandırılır. Iki əyrinin kəsişdiyi nöqtədəki qiymət tarazlıq qiyməti, tələb olunan əmtəənin miqdarı isə tarazlıq həcmi adlanır. Bizim misalda tarazlıq qiyməti 8 dollar, tarazlıq həcmi isə 7 stəkan dondurma təşkil edir.
Ardı →