7. istehlak gəliri nə ilə ölçülür?

Istehlak gəliri konsepsiyasının əsas məqsədi bazar fəaliyyətinin istənilən nəticələrinin normativ qiymətləndirilməsindən ibarətdir. Indi isə istehlak gəlirinin təbiətini öyrəndikdən sonra iqtisadi rifahın köməyi ilə onun ölçülmə imkanını aydınlaşdıraq. Təsəvvür edin ki, siz ədalətli iqtisadi sistemin yaradılması ilə məşğul olan siyasətçisiniz. Onda istehlak gəliri sizi hansı dərəcədə maraqlandıra bilər? Istehlak gəliri həqiqətən də verilən məbləği çıxmaqla əmtəəyə istehlakçılar tərəfindən verilən məbləğdir, o, məhsulun istifadəsindən alıcılar tərəfindən alınan xeyiri təyin edir, elə xeyri ki, alıcılar onu özləri təsəvvür edirlər. Beləliklə, istehlak gəliri iqtisadi rifahın yaxşı göstəricisidir (əgər siyasətçilər alıcıların üstün tutmalarına hörmətlə yanaşırlarsa).
Bəzi hallarda siyasətçilər istehlak gəlirinə laqeyd yanaşa bilərlər, çünki bəzi mallar alıcıların hərəkəti əsasında olan üstüntutmalarını neqativ qiymətləndirirlər. Məsələn, narkomanlar heroinin bir dozasına yüksək məbləğ verməyə hazırdırlar, onların narkotiki aşağı qiymətə almağa imkanları olsa da, əhəmiyyətli xeyir əldə etdiklərini demək olmaz. Cəmiyyətin nöqteyi-nəzərindən, bu halda pulvermə hazırlığı heç də iqtisadi rifahın göstəricisi deyil, çünki narkomanlar yalnız öz maraqlarını güdürlər.
Buna baxmayaraq, bazarların çoxunda istehlak gəliri iqtisadi rifahın səviyyəsini əks etdirir. Adətən, iqtisadçılar alıcıları səmərəli fərdlər kimi qiymətləndirir və onların üstünlük tutmalarına hörmətlə yanaşmalıdırlar.
Bu halda istehlakçı malın əldə edilməsindən alınmış xeyirin ölçüsünü qiymətləndirən ən yaxşı hakimdir.

Xərclər və pulvermə istəyi COST AND THE WILLINGNESS TO SELL
Təsəvvür edin ki, siz ev sahibisiniz və evinizi rəngləmək lazımdır. Siz Meri, Frida, Corciya və Qrendma adında rəngsazlara müraciət edirsiniz. Əgər qiymət əlverişli olsa, onlardan hər biri təklif edilən işə başlayarlar. Siz onlar­dan hər birinin xidmətlərinin qiymətini və təklif edilən ən aşağı qiyməti öyrən­mək üçün qadın rəngsazlar arasında auksion aparmaq qərarına gəlirsiniz.
Əgər alınan məbləğ onların xərclərindən artıq olsa, rəngsazların hamısı işə başlamaq istəyər. Burada «xərclər» termini kimi rəngsazın alternativ xərcləri başa düşülür: buraya rəngsazın xərcləri (rəng, fırçalar) və vaxtın dəyəri daxil olur. Işçilərin hər birisinin xərcləri 7.3 cədvəlində verilir.

Cədvəl 7.3.
Dörd mümkün olan satıcının xərcləri


Satıcı

Xərclər, $

Meri

900

Frida

800

Corciya

600

Qrendma

500

Rəngsazın xərcləri ən aşağı qiymət olduğundan, bu qiymətə qadınlar işi ye­rinə yetirməyə razılaşarlar. Xərclər – öz xidmətlərini satmaq üçün Meri, Frida, Corciya və Qrendmanın istəklərinin göstəricisidir. Rəngsazlardan hər biri öz xidmətlərini xərclərə üstün gələn qiymətə satmaq istəyir. Qiymət xərc­lərdən aşağı olsa, onlar öz xidmətlərini satmaqdan  imtina edərlər. Əgər qadın öz xidmətlərini xərclərə dəqiq bərabər olan qiymətə satırsa, o, təkliflə razılaşır.
Ilk əvvəl rəngsazlar tərəfindən təklif olunmuş qiymət çox yüksək görünür, lakin hərrac vaxtı o, tez aşağı düşür, çünki qadınlar iş almaqda maraqlıdırlar. Bir neçə vaxtdan sonra Qrendma yeganə iddiaçı qalmışdır, o $600 almağa şad olar, çünki onun xərcləri yalnız $500-a bərabərdir. Meri, Frida və Corciya 600,01$ aşağı olan qiymətə evin rənglənməsi ilə məşğul olmaq istəmirlər. Göründüyü kimi, xərcləri minimal olan rəngsaz bütün işi yerinə yetirir.
Iş alan Qrendma hansı xeyri əldə edir? O, işi 500$-a görə bilərdi, lakin görülən iş üçün o 600$ alır, yəni o, $100-a bərabər olan istehsalçı gəlirini alır. Istehsalçı gəliri istehsal xərcləri çıxmaq şərti ilə satıcı tərəfindən alınan məblə­ğ­dir. Istehsalçının gəliri bazarın fəaliyyəti nəticəsində təchiz edən firmalarla əldə edilən xeyiri təyin edirlər.
Digər situasiyanı aydınlaşdıraq. Güman edək ki, siz iki evin sahib­karı­sınız, onlardan hərəsinin rənglənmkdə ehtiyacı var. Siz dörd rəngsaz  arasında auksion keçirirsiniz. Sadələşdirmək üçün təsəvvür edək ki, heç bir rəngsaz evlərin ikisini də rəngləyə bilməz və siz hər bir evin rənglənməsinə eyni məbləğ verirsiniz. Deməli, rəngsazlara təklif edilən qiymət o vaxtadək azalır ki, axırda iki iştirakçı qalır.
Corciya və Qrendma işi 800$-a yerinə yetirməyə razılıq verirlər və hərrac bununla qurtarır. Corciya və Qredma işi təklif edilən qiymətə yerinə yetirmək istəyirlər, Meri və Frida isə daha çox pul qazanmaq istəyirlər. Qiymət 800$-a bərabər olanda, Qrendma adlı istehsalçının gəliri 300$ olur, Corciyanın isə - 200$ olur. Bazarda istehsalçıların ümumi gəliri 500$-ə bərabər olur.

 

0 şərh