9. Məhsul ixrac edən ölkənin üstünlükləri və itkiləri

Məhsul ixrac edən ölkənin üstünlükləri və itkiləri  THE GAINS AND LOSSES OF AN EXPORTING COUNTRY
Şəkil 9.2-də Izolandiyanın polad bazarında xarici ticarətin möv­cud­luğundan əvvəl daxili bazarın qiymətinin dünya qiymətlərindən aşağı olması halı əks olunmuşdur. Hökumət ticarətə icazə verən kimi daxili qiymətlər dünya qiymətləri səviyyəsinədək yüksəlir. Heç bir satıcı qiymətin dünya bazarındakı səviyyəsindən aşağı səviyyəsinə razı olmaz, eləcə də heç bir istehlakçı malını dünya bazarındakı qiymətdən aşağı qiymətə satmaz.

Dünya ticarəti və məhsul ixrac edən ölkə

Daxili qiymətlər dünya bazar qiymətlərinə bərabər olarsa, Izola­ndiyada daxili təklifin həcmi tələbin həcminə uyğun gəlməyəcəkdir. Təklif əyrisi daxili satıcılar tərəfindən təklif edilən poladın kəmiyyətini, tələb əyrisi isə yerli alıcılara lazım olan poladın kəmiyyətini əks etdirir. Daxili təklifin səviyyəsi tələbin həcmindən çox olduğuna görə, Izolandiyanın firmaları poladı digər ölkələrə satırlar və ixrac edən ölkəyə çevrilirlər.
Daxili təklifin və tələbin kəmiyyəti bir-birindən fərqlənsə də, polad bazarı tarazlıq vəziyyətindədir, belə ki,burada ticarət aparan digər bir tərəf, yəni digər ölkələr meydana gəlmişdir. Şəkil 9.2-də üfüqi düz xətt (dünya bazarı qiyməti səviyyəsində) digər ölkələr tərəfindən polada olan tələbi əks etdirir. Bu tələb əyrisi tamamilə elastikdir, belə ki, böyük iqtisadiyyata malik olmayan Izolandiya dünya bazarında dünya qiymətləri ilə istədiyi qədər polad sata bilər.
Açıq iqtisadiyyatın qazancı və itkisini nəzərdən keçirək. Aydındır ki, heç də bütün bazar subyektləri fayda əldə etmirlər, çünki poladın daxili qiymətləri dünya qiymətləri səviyyəsinə yüksəlir. Izolandiya istehsalçıları daha əlverişli vəziyyətdədirlər, belə ki, poladı daha yüksək qiymətə satmaq imkanına malikdilər, lakin daxili istehlakçılar itkilərə məruz qalırlar, belə ki, özlərinə lazım olan məhsulu daha yüksək qiymətə əldə etmək məcburiyyətindədirlər.
Qazanc və itkilərin həcmini müəyyən etmək üçün istehlakçıların vəsaitlərinin dəyişməsinə nəzər salaq. (şəkil 9.3 və cədvəl 9.1) Qapalı daxili bazarda poladın qiymətinin dəyişməsi tələb və təklifi tarazlaşdırır. Istehlakçıların qazancı (alqı-satqının başlanmasından əvvəl tələb və təklif əyriləri arasında yerləşən fiqurun sahəsi)  A+B-yə bərabərdir. Isteh­salçıların qazancı isə (təklif əyrisi və alğı-satqının başlanmasından əvvəlki qiymət arasında yerləşən fiqurun sahəsi) C-ə bərabərdir. Alqı-satqı başlamamışdan əvvəl ümumi qazancı artıqlığı yəni istehsalçı və istehlakçı qazanclarının ümumi həcmi A+B+C sahəsinə bərabərdir.

Eksportyor ölkənin rifahına azad ticarətin təsiri
Sərhədlərin açılması daxili qiymətlərin dünya qiymətləri səviyyəsinə qalxmasına səbəb olur. Bu halda alıcıların qazancı A- ya (təklif əyrisi ilə dünya qiymətləri arasında yerləşən fiqurun sahəsinə) bərabər olur. Bu halda alıcıların qazancı B+C+D sahəsinə bərabərdir. Beləliklə, dünya ticarəti şəraitində qazancın ümumi məbləği A+B+C+D təşkil edəcəkdir.

Cədvəl 9.1.
Rifahın dəyişməsi azad ticarətin nəticəsi kimi: ixracçı ölkə

Ticarətin olmadığı şəraitdə

Beynəlxalq ticarət şəraitində

Dəyişiklik

Istehlakçı qazancı

A+B

A

-B

Istehsalçı qazancı

C

B+C+D

+(B+D)

Ümumi qazanc

A+B+C+D

+D

 

Rifahın müəyyənləşdirilməsi ixracçı ölkə bazarının qazancını və itkilərini göstərir. Onun satıcıları əlavə gəlir əldə edirlər. Belə ki, istehsalçıların qazancı B+D fiqurunun sahəsi həcmində çoxalır. Daxili alıcılar isə itirirlər, belə ki, alıcı qazancı B fiquru sahəsi qədər azalır. Satıcılar tərəfindən əldə edilən fayda alıcıların D sahəsi həcmində itkilərindən çox olduğu üçün, Izolandiyanın ümumi qazancı da artır. Ixracçı ölkənin rifahının dəyişməsinin təhlili aşağıdakı iki nəticəyə gəlməyə imkan verir:

- ölkə öz sərhədlərini ticarət üçün açdıqda və məhsulun ixracçısına çevrildikdə, onun daxili istehsalçıları qazanır, məhsulun daxili istehlakçıları isə itirirlər.

- Beynəlxalq ticarət millətin iqtisadi rifahının yüksəlməsinə imkan verir, belə ki, «qaliblərin» qazancı «uduzanların» itkilərindən daha çox olur.

 

0 şərh