9. idxalçı ölkənin qazancları və itkiləri

Fərz edək ki, beynəlxalq ticarətin olmadığı zaman məhsulun daxili qiymətləri dünya qiymətlərindən yüksəkdir. Sərhədlərin ticarət üçün açılması qiymətlərin dünya səviyyəsinə qədər azalmasına gətirib çıxarır. Şəkil 9.4-də göstərildiyi kimi, daxili təklifin həcmi daxili tələbin həcmindən çoxdur. Onlar arasındakı fərq digər ölkələrdən məhsulun gətirilməsi hesabına ödənilir və Izolandiya polad idxal edən ölkəyə çevrilir.

Şəkil 9.4. Beynəlxalq ticarətin idxalçı ölkəyə təsiri

Qrafikdəki üfüqi düz xətt (dünya qiymətləri səviyyəsində) dünyanın yerdə qalan ölkələrinin təklifini ifadə edir. Bu təklif əyrisi tamamilə elastikdir, belə ki, Izolandiya iqtisadiyyatı çox da yüksək səviyyədə deyildir və deməli, ölkə dünya qiymətlərinə uyğun səviyyədə özünə lazım olan qədər məhsul almaq imkanına malikdir. Idxalçı ölkənin xarici ticarətlə bağlı qazanc və itkilərini nəzərdən keçirək. Daxili qiymətlərin azalması istehlakçıların qazancının artmasına və istehlakçıların itkilərinin azalmasına səbəb olur. (Onlar poladı daha ucuz qiymətə satmağa məcburdurlar). Istehsalçıların və alıcıların qazanclarının dəyişməsi gəlir və itkilərin həcminin də dəyişməsini müəyyən edir. (şəkil 9.5 və 9.2) Ticarətə başlamazdan əvvəl istehlakçı qazancı A-nın sahəsinə, istehlakçı qazancı – B+C-yə, ümumi qazanc isə –A+B+C-yə bərabərdir. Sərhədlər açıldıqdan sonra istehlakçı qazancı A+B+C sahəsinə, satıcıların qazancı –C sahəsinə, ümumi fayda isə A+B+C+D sahəsinə bərabər olur. 
Azad ticarətin idxalçı ölkənin rifahına təsiri

Hesablamalar göstərir ki, bu halda beynəlxalq ticarətdən faydanı alıcılar əldə edirlər, belə ki, istehlakçı qazancı B+D sahəsi həcmində çoxalır. Satıcı-kompaniyalar daha ağır vəziyyətə düşürlər, belə ki, istehsalçıların qazancı B sahəsi qədər azalır. Lakin alıcılar tərəfindən əldə edilən fayda satıcıların itkilərindən daha çox olur, ümumi fayda isə D sahəsi qədər artır.
Idxalçı ölkənin iqtisadi vəziyyətinin təhlili iki nəticəyə gəlməyə imkan verir.

  1. ölkə malın idxalçısına çevrildikdə, daxili istehsalçıların qazancı yüksəlir, daxili istehlakçıların qazancı isə azalır.
  2. Beynəlxalq ticarət millətin iqtisadi rifahını artırır, belə ki, «qaliblər»in qazancı «uduzanların» itkilərindən çox olur.

Cədvəl 9.2.
Rifahın dəyişməsi azad ticarətin nəticəsi kimi: idxalçı ölkə

Ticarətin olmadığı şəraitdə

Beynəlxalq ticarət şəraitində

Dəyişiklik

Istehlakçı qazancı

A

A+B+C

-(B+D)

Istehsalçı qazancı

B+C

C

-B

Ümumi qazanc

 

A+B+C+D

+D


Beynəlxalq ticarətin nəticələrinin təhlili ekonomiksin on prinsipindən birini daha düzgün başa düşməyə imkan verir: ticarət bu prosesdə iştirak edən hər bir tərəfin rifahını yüksəldir. Əgər Izolandiya daxili bazarı açırsa, ölkənin polad ixrac və ya idxal etməsindən asılı olmayaraq udanlar və uduzanlar əmələ gəlir. Bütün hallarda ticarətdən udanlar tərəfindən əldə edilən fayda uduzanların itkilərini kompensasiya edirlər: hər bir tərəf özünün əlavə qazanc payını əldə edir. Bu mənada, ticarət iqtisadiyyatın bütün subyekt­lərinin vəziyyətini yaxşılaşdırmaq iqtidarındadır. Amma xarici ölkələrlə mal mübadiləsi həm istehsalçıların, həm də istehlakçıların rifahını artıra bilərmi? Yəqin ki, yox. Təcrübədə uduzanlar çox təsadüfi hallarda qaliblərdən kompensasiya əldə edə bilirlər. Bizim baxdığımız misalda ölkə iqtisadiyyatının xarici ticarət üçün açılması iqtisadi «tort»un həcminin yüksəldilməsinə imkan verən siyasətdir, bununla belə yəqin ki, bazarın bəzi subyektlərinə bu tortdan daha kiçik bir hissə düşəcəkdir.

 

0 şərh