Bazarın tənzimlənməsi metodları

Bazarın tənzimlənməsi metodlarını iki qrupa bölmək olar: 1) Dövlət metodları; 2) Qeyri-dövlət metodları.
Dövlət, ictimai həyatın bütün sahələrinə təsir etmək-lə, müəyyən vəzifələri yerinə yetirir. Bu, tamamilə cəmiyyə-tin iqtisadi həyatına da aiddir. Çünki dövlət bir tərəfdən tələbatın ödənilməsi imkanlarını aşka­ra çıxarır, digər tərəfdən isə buna nail olunmasının yolları və istiqamət­lə­rini müəyyən edir.
Kapitalizmin inkaşafının ilk dövrlərində dövlətin iqtisadi rolu xüsusi mülkiyyətin və bazar mexanizminin fəaliyyət göstərməsi üçün ümumi şərait yaratmaqdan ibarət olmuşdur. Müasir dövrdə isə onun iqtisadi rolu əhəmiyyətli dərəcədə dəyişmiş, daha da genişlənmiş və bu, bazar mexanizmi ilə iqtisadiyyatın dövlət tərəfindən tənzimlən-məsinin culğalaşmasına gətirib çıxarmışdır.

Inkişaf etmiş kapitalist ölkələrində, dövlət, qanun-vericilik, ver­gi və pul tədavülünü tənzimləmək, istehsal in-frastrukturunu yaratmaq ki­mi vəzifələri yerinə yetirir. Onun müxtəlif siniflər və təbəqələr ara­sın­da ziddiyyətlərin «yum-şaldılması» ilə əlaqədar yerinə yetirdiyi sosial və­zi­fəsini də xüsusi qeyd etmək lazımdır. Həmin ölkələrdə dövlət, həmçi­nin bu və ya digər səbəbdən xüsusi kapitalın tətbiq olunması sərfəli ol­ma­yan sahələrdə təsərrüfatçılığın həyata keçirilmə-sini öhdəsinə götürür. Bu, birinci növbədə sosial sahələri – təhsil, səhiyyə və s.–əhatə edir. Bundan başqa, dövlət, böyük məbləğdə kapital qoyuluşu tələb edən işlərin yerinə yetiril-məsində də fəal iştirak edir.
Bütün bunların nəticəsində mülkiyyətin xüsusi for-ması – dövlət mülkiyyəti və buna uyğun olaraq, təsərrüfat-çılığın ayrıca sahəsi – dövlət bölməsi formalaşır və fəaliyyət göstərir. Müasir dövrdə dövlətin iqtisadi vəzifələri daha geniş miqyas almışdır. P. Samuelson və V. Nordhausun fikrincə, müasir qarışıq iqtisadiyyat şəraitindədövlətin əsas iqtisadi və­zi­fələri aşağıdakılardır: 1) Hüquqi və fiziki şəxs-lərin iqtisadi fəaliyyət­lərinə dair hüquqi əsasların yara-dılması; 2) Makroiqtisadi sabitləşdirmə siyasəti yeridilməsi; 3) Iqtisadi səmərəliliyin yüksəldilməsi üçün ehtiyat­ların yer-ləşdirilməsinə təsir göstərilməsi; 4) Gəlirlərin bölüşdürül-məsinə təsiretmə proqramının işlənib hazırlanması.

Iqtisadi fəaliyyətlərin tənzimlənməsinə dair qanunve-ricilik akt­ları və qaydalarının işlənib hazırlanması olduqca vacibdir və ona görə bu iş geniş miqyas almışdır. XIX əsrin axırlarından etibarən dövlət ha­kimiyyəti möhkəmlənmiş, ondan ümumi mənafelərin və bütövlükdə iq­tisadi sistemin mühafizəsi üçün istifadə olunmağa başlanmışdır.
Başlıca vəzifələrdən biri makroiqtisadiyyatın sabit-ləşdirilməsi­dir. Bununla əlaqədar olaraq, dövlət sənaye tsik-lini yumşaltmaq, işsizli­yin, inflyasiyanın qarşısını almaq üçün konkret tədbirlər görür. Bu məq­sədlə aşağıdakı metod-lardan istifadə olunur: 1) Iqtisadiyyatın vergi-büdcə vasitə-silə tənzimlənməsi; 2) Dövriyyədə olan pul kütləsini artırıb-azaltmaqla onun alıcılıq qabiliyyətinin tənzimlənməsi. Bunlar­dan birincisinə fiskal siyasət, ikincisinə isə monetar metod deyilir.

Bazar iqtisadiyyatı şəraitində pul və maliyyə-kredit sistemi xü­su­si rol oynayır. Bu sahədə dövlətin başlıca vəzifəsi çevik vergi, sözün əsl mənasında düzgün kredit siyasəti yeritməkdən, ölkədə pul tədavülü­nü tənzimləmək-dən ibarətdir. Dövlət, bütövlükdə cəmiyyətin mənafeyini ifadə etməklə, həm də bazarda baş verən rəqabət nəticə­sində istehsal­çı­la­rın təbəqələşməsinə, bunun təhlükəli şəkil almasına yol vermir. Ba­zar­da rəqabəti «yumşaltmağın» dünya təcrübəsində sınaq­dan çıxmış və özü­nü doğrultmuş aşağıdakı metodlarını göstərmək olar: 1) Böyük məb­ləğdə əldə edilən gəlirdən mütərəqqi normalarla vergi tutulması;    2) Yaşayış minimumunu təmin edən məhsullara, xüsusilə də uşaqlar üçün müxtəlif çeşidli və digər əmtəələrə aşağı qiymətlər müəy­yən olun­ması; 3) Təkmilləşdirilmiş əmək qanunvericiliyinin (kadrların hazırlan­ma­sı və yenidən hazırlanması, yeni iş yerlərinin yaradılması, minimum əmək haqqı və pensiya təminatına zəmanət verilməsi, qiymət- lərin səviy­yəsi dəyişdikcə gəlirlərin indeksləşdirilməsi, müvəqqəti işləməyən şəxs­lə­rə müavinət verilməsi və s. və i. a.) olması.

Monetar üsulun mahiyyəti isə ondan ibarətdir ki, dövlət döv­riy­yəyə əlavə pul buraxmaqla istehlakçıların alıcılıq qabiliyyyətini süni surətdə artırır. Əhalinin alıcılıq qabiliiyyəti yüksəldikdə əmtəələrə olan tələb də artdığına görə onlar bahalaşır. Bu isə istehsalın miqyasının ge­nişləndirilməsi üçün stimul yaradır. Bununla yanaşı, inflyasiya da güc­lənir. Odur ki, burada başlıca məsələ inflyasiyanın dərinləşməsinə yol verməmək və onu müəyyən səviyyədə saxlamaqdan ibarətdir. Dövlətin ən mühüm vəzifələrindən biri də ehtiyat-ların sosial cə­hətdən ədalətli bölüşdürülməsinə kömək etməkdir. Bu, dövlətin yeritdiyi siya­sətin makroiqtisadi tərə-fidir. Buraya sənaye, kənd təsərrüfatı və azad rəqabət sahə-sində yeridilən siyasət, planlaşdırma və bəzi hallarda bölgü münasibətləri daxildir.
Bazarın tənzimlənməsinə qeyri-dövlət metodları da təsir gös­tərir. Bu, satış bazarları və qiymətlər haqqında razı-lığa gələn müxtəlif assosiasiyalar, habelə, banklar, əmtəə və fond birjaları, yarmarkalar, topdansatış mərkəzləri, valyuta auksionları, məlumat sistemləri və s. təşkilatların mövcud-luğu ilə əlaqədardır.
Bütün bunlara əsasən demək olar ki, bazar, iqtisadiyyatın nor­mal fəaliyyət göstərməsinin ayrılmaz tərkib hissəsi olduğuna görə onun tənzimlənməsi metodları daim təkmilləşdirilir, bu məqsədlə qabaqcıl təcrübədən geniş istifadə olunur və konkret şəraitdən asılı olaraq tədbirlər görülür.
 

0 şərh