Nominal və real əmək haqqı, onlara təsir edən amillər

Əmək haqqının kəmiyyətini müəyyən edərkən nomi-nal və real əmək haqqını bir-birindən fərqləndirmək lazım-dır. Nominal əmək haq­qı işçinin pul formasında aldığı saat-lıq, gündəlik, həftəlik, aylıq, real əmək haqqı isə yaşayış vasitələri və xidmətlərdə öz əksini tapan əmək haq­qıdır. Real əmək haqqı nominal əmək haqqının alıcılıq qabiliyyə­tini, onun real istehlak məzmununu əks etdirir. Deməli, nominal əmək haqqı işçinin yaşayış səviyyəsi haqqında düzgün təsəv-vür vermir. Bunu real əmək haqqı, qiymətlərin səviyyəsi və nominal əmək haqqı ara­sındakı qarşılıqlı əlaqə daha düzgün əks etdirir. Məsələn, real əmək haq­qının dəyişməsini (%-lə) müəyyən etmək üçün nominal əmək haq­qı­nın dəyişməsi faizindən qiymətlərin səviyyəsinin dəyişməsi faizini çıx­maq lazımdır. Tutaq ki, nominal əmək haqqı 8%, qiymətlərin səviy­yəsi 5% artmışdır. Bu, real əmək haqqının 3% artdığını göstərir. Buna əsa­sən demək olar ki, işçilərin əmək haqqının konkret məbləği və səviy­yəsi istehsalda, bazarda, habelə sosial münasibətlər sahəsində meydana çı­xan bir çox amil-lərdən asılıdır.

Bu amillərdən başlıcası iş qüvvəsinin dəyəridir. Hər bir işçi qru­pu üçün iş qüvvəsi dəyərinin aşağı və yuxarı həddi vardır. Əmək haq­qının aşağı həddi işçinin sərf etdiyi enerjini və ya əgər belə demək müm­kündürsə, qabiliyyətini bərpa etməsi, müəyyən ixtisas alması və ailə üzv­­lərini saxlaması üçün zəruri olan yaşayış vasitələrinin dəyəridir. Ölkə­­lərin çoxunda yoxsulluğun həddini müəyyən edən ən aşağı ixtisasa malik olan işçilərin həyat fəaliyyətlərini davam etdirə bilmələri üçün yaşayış minimumu hesablanır.   Iş qüvvəsi dəyərinin yuxarı həddi müəy­yən olunarkən bun-larla yanaşı, onun ənənəvi sosial–mədəni tələbatı­nın ödənil-məsi ilə əlaqədar olan xərclər də nəzərə alınır.
Işçilərin əmək haqqına təsir edən amillərdən biri də onların ixti­sasıdır. Odur ki, ixtisaslı iş qüvvəsi .özünün təkrar istehsalı üçün daha yaxşı həyat şəraitinin olmasını tələb edir.
Iri maşınlı istehsalın meydana gəldiyi ilk dövrlərdə sadə, ixti­sassız əmək üstünlük təşkil etdiyinə görə sahibkar-lar işçilərin əmək haq­qını onun aşağı həddi səviyyəsində müəyyən edirdilər. Elmi — texniki in­qilab şəraitində isə vəziyyət dəyişir, işçilərin ixtisasının yüksəldilməsi obyektiv zərurətə çevrilir və buna görə də iş qüvvəsinin dəyəri və de­mə­li, əmək haqqının məbləği artır.
Əmək haqqında milli fərqlər də vardır. Işçilərin gə-lirləri xeyli də­rə­cədə ölkələrin iqtisadi inkişaf səviyyələrin-dən asılıdır. Məsələn, Bo­liviya, Nigeriya və bir sıra ölkələr-də bir günlük əmək haqqı inkişaf et­miş ölkələrdə hətta bir saatlıq əmək haqqından 2,5-3,0 dəfə aşağıdır.
Əmək haqqının səviyyəsinə görə dünyada ABŞ uzun müddət irəlidə getmişdir. Lakin son illərdə yeni texnoloji in-qilabın inkişaf etdiyi ölkələrdə texniki-iqtisadi şəraitin bərabərləşməsi meyli özünü göstər­di­yinə görə bu, həm nomi-nal, həm də real əmək haqqının səviyyəsində hə­min ölkələr arasındakı milli fərqlərin azalmasına səbəb olmuşdur. Belə ki, keçən əsrin 50-80-ci illərində real əmək haqqı Böyük Bri-taniya, Fran­sa, AFR və Italiyada 2-3 dəfə, Yaponiyada 4 dəfə artmış və nəticədə onlar ABŞ-ın səviyyəsinə çatmışlar.
Iş qüvvəsinin qiyməti olan əmək haqqının həqiqi məbləği əmək bazarının konyukturasından, yəni iş qüv-vəsinə olan tələblə təklif arasındakı nisbətdən, onun sa-tıcıları ilə alıcıları, habelə alıcılar və satıcıların öz arala-rındakı rəqabət mübarizəsinin kəskinliyindən də ası­lıdır. Belə ki, əmək haqqı tələb və təklif qanunlarına uyğun ola-raq də­yişir. Əmək bazarında iş qüvvəsinə olan tələb təklif-dən irəlidə get­dikdə iş qüvvəsinin qiyməti yüksəlir. Hazırda elmi-texniki inqilabın tə­si­ri ilə qərb ölkələrində yüksək ixtisaslı iş qüvvəsinə olan tələb tama­milə ödənilmir, bu da orta və ali təhsilli mütəxəssislərin əmək haqqının artmasına şərait yaradır. Əmək bazarındakı rəqabət təbii olaraq əmək haqqının səviyyəsini əməyin qiymətinə yaxınlaşdırır. Bu prosesdə o, «vasitəçi» rolunu oynayır. Müəyyən peşəyə və ixtisasa malik işçilərə bir qayda olaraq bərabər əmək haqqı verilir. Başqa sözlə, əmək bazarında gedən rəqabət nəti-cəsində bərabər əmək üçün bərabər haqq verilməsi prinsipi qərarlaşır.
Bazarda inhisarlar da – birinci növbədə investisiya əmtəələrini istehsal edənlər – nəyə qadir olduqlarını göstərir, özlərinin əmək haqqı vermək şərtlərini qəbul etdirməyə çalışırlar. Ümumiyyətlə, bir-birinə qar­­şı duran qüvvələri zə-iflədən işsizlər ordusunun olması sahibkarların öz şərtlərini qəbul etdirmələrinə şərait yaradır.
Bazar iqtisadiyyatının inkişaf etdiyi ölkələrdə vətən-daşların hə­yat səviyyəsinin aşağı düşməsinin qarşısını almaq üçün bir sıra sosial tədbirlər həyata keçirilir.
Bu ölkələrdə əhalinin sosial müdafiəsi, onun inflya­siyadan qo­run­ması sahəsində görülən ən mühüm tədbir-lərdən biri əmək haqqının indeksləşdirilməsidir. Ona görə də həmkarlar ittifaqları sahib­kar­larla kollektiv müqavilə bağlayarkən çalışırlar ki, istehlak malla­rının ümumi qiymət indeksinin artmasına dair rəsmi məlumatlara uyğun olaraq no­minal əmək haqqı da artırılsın.
Real əmək haqqına təsir edən amillərdən biri də əm-təə və xid­mətlərin qiymətlərinin dəyişməsidir. Belə ki, qiy-mətlər bahalandıqda real əmək haqqı aşağı düşür, əksinə, qiymətlər aşağı düşdükdə real əmək haqqının səviyyəsi yüksəlir.
Real əmək haqqı ilə qiymətlər arasındakı nisbətin əsas variant­ları aşağıdakılardan ibarət ola bilər: 1) Nominal əmək haqqı sabit qal­maqla, pərakəndə satış qiymətləri aşağı düşdükdə, real əmək haqqının səviyyəsi yüksəlir, əksinə ol-duqda isə aşağı düşür; 2) Pərakəndə satış qiymətləri sabit qalmaqla nominal əmək haqqının artması real əmək haq-qının səviyyəsinin yüksəlməsinə, əksinə olduqda isə aşağı düş­mə­si­nə səbəb olur; 3) Nominal əmək haqqı artmaqla yanaşı, pərakəndə satış qiymətləri aşağı düşdükdə real əmək haqqının səviyyəsi daha çox yük­səlir;4) Nominal əmək haqqı artmaqla yanaşı, pərakəndə satış qiy­mət­ləri də qalxa bilər. Bu zaman bunların artma dərəcəsindən asılı ola­raq real əmək haqqının səviyyəsi arta, yaxud da aşağı düşə bilər. Işçi­lərin mənafeyi və onların rifahının yüksəldilməsi baxı-mından üçüncü variant daha əlverişlidir.
Əmək haqqının səviyyəsi və dinaminkasına müharibələr və sürət­lə silahlanma da güclü təsil göstərir. Çünki müharibələr ölkənin iq­tisadiyyatına böyük ziyan vurur, bütün maddi və mənəvi dəyərləri məhv edir, əmək qabiliyyətli əha-lini dinc quruculuq fəaliyyətindən uzaq­laş­dırır. Bunların təsiri ilə məhsul istehsalı azalır, onlara olan tələb artır, təda-vül kanalları kağız pullarla dolur, inflyasiya görünməmiş dərəcədə güclənir və «dördnala çapır», qiymətlər sürətlə qal-xır, real əmək haqqı­nın səviyyəsi çox-çox aşağı düşür.
Real əmək haqqının səviyyəsinə həmçinin, sosial sığorta ayır­maları, əmək haqqından tutulan vergi məbləğlərinin dəyişməsi və s. tə­sir edir.
Beləliklə, nominal əmək haqqı əhalinin başlıca gəlir mənbəyi, real əmək haqqı isə onun həyat səviyyəsini ifadə edən ən mühüm iqti­sa­di göstəricidir.
 

0 şərh