Əmək bazarı

Əmək bazarı dedikdə istehsal amillərindən birinin – əmək mü­na­sibətlərinin meydana çıxdığı bazar nəzərdə tutu-lur. Əmək baza­rının mahiyyətinin aydınlaşdırılması sahə-sində bir-birindən fərqlənən bir neçə konsepsiyanın olduğu məlumdur. Birinci konsepsiyanın əsasında klas­sik siyasi iqtisadın hamı tərəfindən qəbul olunan müddəası durur. Bu­nun tərəfdarları neoklassiklərdir (P. Samuelson, M. Feldstayn, R.Xoll). Keçən əsrin 80-ci illərindən başlayaraq təklif iqtisadiyyatı kon­sep­siya­sı­nın tərəfdarları da (D.Gilder, A.Laffer və b.) bu kon­sep­siyaya tərəfdar çıxmışlar. Onlar belə hesab edirlər ki, bütün başqa ba­zarlar kimi, əmək bazarı da qiymət tarazlığı əsasında fəaliyyət göstərir. Başqa sözlə, bazar tənzimləyicisi vəzifəsini iş qüvvəsindən ibarət əmtəənin qiyməti (əmək haqqı) yerinə yetirir. Onların fikrincə, məhz tələb və təklif əmək haqqı­nın köməyilə tənzimlənir, onların tarazlığı təmin olunur. Təhsilə və ix­tisasın artırılmasına qoyulan investisiyalar da ma­şın və avadanlıq-lara qoyulan investisiyaların analoqudur. Neoklassik nəzə-riyyəyə görə iş qüvvəsinin dəyəri tələb və təklifdən asılı olaraq ya artır, yaxud da azalır, bazarda tarazlıq hökm sürdükdə isə işsizlik aradan qalxır.
Keynsçilər və monetaristlər isə əmək bazarının mahiyyətinin aydınlaşdırılmasına başqa mövqedən yana­şırlar. Onlar, neoklassik­lər­dən fərqli olaraq əmək bazarını daimi və tarazlığın olmadığı bir sahə kimi nəzərdən keçi­rirlər. C. M. Keyns, sonralar isə R. Qordon və baş­qa­ları id­dia edir-dilər ki, iş qüvvəsinin qiyməti (əmək haqqı) müəy­yən olun-muş kəmiyyətdir və demək olar ki, dəyişmir (xüsusilə də azalmağa doğru dəyişmir). Lakin onlar bunu isbata ehtiyacı olmayan bir fakt he­sab edirdilər. Bu konsepsiyaya görə iş qüvvəsinin qiyməti (əmək haqqı) bazarın tənzimləyicisi ol-madığı üçün onu (yəni tənzimləyicini) kənarda axtarmaq la-zımdır. Onların fikrincə bu vəzifəni dövlət yerinə yetirməli, ümumi tələbi azaltmaq və ya artırmaqla qeyri-tarazlığı ara­dan qaldır­malıdır. Bunu onunla izah edirdilər ki, dövlət, vergiləri azalt­maqla tələ­bin və istehlakın artmasına səbəb olur. Beləliklə, bu modelə görə iş qüvvəsinə olan tələb, əməyin bazar qiymətindəki tərəddüd­etmələrlə de­yil, ümumi tələblə, başqa sözlə, istehsalın həcmi ilə tən­zimlənir.
Monetarizm məktəbi nümayəndələrinin (M.Frid­men və baş­qa­ları) fikrincə, məsələn, amerikanın əmək bazarında tarazlığı pozan mənfi amillər dövlət tərəfindən əmək haqqının minimum məbləğinin müəyyən edilməsi, həmkarlar itti-faqlarının mövqeyinin möhkəm ol­ması, boş iş yerləri haq-qında bütün zəruri informasiyaların olmaması və s.-dir. Onlar bazarda tarazlıq yaratmaq üçün pul-kredit siyasə­tin­dən, xüsusilə də mərkəzi bankın qeydiyyat normala­rın­dan, kommersiya banklarının mərkəzi bankların hesabla­rında olan məcburi ehtiyatların məbləğlərindən istifadə olunması-nı təklif edirdilər. Onların fikrincə, bunlar investisiya və işgüzar fəallığın, beləliklə də ölkədə məşğul­lu­ğun artmasına səbəb ola bilər.
Əmək bazarının fəaliyyət mexanizminə dair geniş yayılmış ide­ya­lardan biri də C.Danlop, L.Ulman və baş­qa­larının fikirləridir. Onlar əsas diqqəti iş qüvvəsinin struk­turunda peşələr və sahələr üzrə müx­təlifliyin və əmək haq­qının səviyyəsinin təhlilinə yönəldirlər. Göründü­yü kimi, burada makroiqtisadi təhlildən bir növ imtina edilir və baza­rın, ayrı-ayrı sahələrin, demoqrafik qrupların dina­mi­kasının xüsusiy­yət­ləri ilə əlaqələndirilməklə izah olun­ma­sına cəhd göstərilir.
Marksist iqtisadi nəzəriyyədə əmək bazarı, bazarın xüsusi növü kimi müəyyən olunur. Marksizmə görə əmək prosesində iş qüvvəsi dəyər yaratdığı halda, bütün digər ehtiyatların dəyəri əməyin özü tərə­findən həmin dəyərin üzərinə keçirilir. Bu, iş qüvvəsini bütün digər ehti­yatlardan əsaslı surətdə fərqləndirir. Bundan başqa, marksistlər hesab edirlər ki, iş qüvvəsi bazarı da bazara xas olan ümumi qanu­nauy­ğun­luqlara tabe olsa da, onun özünəməxsus spesifik xüsusiyyət­ləri vardır. Be­lə ki, istehsalın subyektiv amili olan iş qüvvəsi özü əmtəə olmaqla, tələb və təklifə fəal təsir göstərə bilər.
Beləliklə, nəzərdən keçirilən konsepsiyalar bir-birini tamamla­maqla, əmək bazarının fəaliyyəti barədə ümumi təsəvvür verir.
Tədqiqatçıların çoxu müasir əmək bazarının ikili xarakterdə olduğunu qeyd edirlər. Onların fikrincə bazarda bir-biri ilə rəqabət aparmayan ən azı iki iş qüvvəsi bazarı, yaxud da vahid iş qüvvəsi bazarının iki seqmenti fəaliyyət göstərir. Bu bazarlardan biri ali təhsilli mütəxəssislərin, inzibati və idarəetmə işçilərinin, yüksək ixtisaslı işçi­lərin iş yerlərini əhatə edir. Texniklərin, inzibati-köməkçi heyətin və or­ta peşə təhsilli işçilərin iş yerləri də bu bazara aiddir. Bazarlardan digəri isə xüsusi ixtisas və peşə hazırlığı tələb etməyən iş yerlərini əhatə edir. Bunlara xidmət işçilərini, ixtisassız işçiləri, aşağı kateqoriyadan olan qulluq­çu­ları misal göstərmək olar.
Inkişaf etmiş ölkələrdə iş qüvvəsinə bütün məşğul (hərbi qul­luqçular da daxil olmaqla) və işsiz əhali daxil edilir. Buna iqtisadi ədə­biyyatda həm də «iqtisadi fəal əhali» deyilir. Bundan başqa, statistikada «mülki iş qüvvəsi» (hərbi qulluqçular nəzərə alınmadan) kateqoriyası da hesab­lanır.
Məşğul əhalinin tərkibinə aşağıdakılar daxildir: hər iki cinsdən olan, tam və natamam iş həftəsində muzdla işlə-yən, müstəqil surətdə yerinə yetirilən və gəlir gətirən sahə-lərdə məşğul olan, xəstəlik, xəstələrə qulluq edilməsi, hər il işçilərə və təhsil alanlara verilən məzuniyyət, ba­zar günlərin-də, habelə haqqı ödənilməməklə və ya müdiriyyətin təşəb­bü-sü ilə haqqı qismən ödənilməklə verilən məzuniyyət dövrün-də, tətil günlərində işləməyən şəxslər.

Məşğul əhali tam və natamam iş həftəsi ərzində işləyənlərə bölünür. Məsələn, ABŞ-da birinci qrupa həftədə 35 saat və daha çox işləyən şəxslər, ikinci qrupa isə bir saatdan 34 saatadək işləyən şəxslər aid edilir. Bununla əlaqədar olaraq məşğulluğa dair aşağıdakı göstə­rici­lərdən istifadə olunur: məşğul əhalinin ümumi sayı, tam iş gününə çev­ril-məklə məşğul əhalinin sayı, müəyyən dövr ərzində işlənmiş adam – saatların miqdarı və i. a.
Bazar iqtisadiyyatının daha çox inkişaf etdiyi ölkə-lərdə muzdla işləyən işçilər bütün iş qüvvəsinin orta hesab-la 90%-dən çoxunu təşkil edir. Iş qüvvəsinin müəyyən hissəsini muzdlu əməkdən istifadə etmə­yən və müstəqil işçilər adlandırılan kiçik sahibkarlar və muzdla işləmə­yən bir çox peşə sahibləri (vəkillər, jurnalistlər, yazıçılar, rəs­sam­lar, hə­kimlər və b.) təşkil edir.
Son onilliklərdə inkişaf etmiş ölkələrdə iş qüvvəsinin sahə quru­luşunda baş verən dəyişikliklərdə iki başlıca meyl özünü göstərir. Bunlardan biri kənd təsərrüfatında məşğul olanların sayının kəskin su­rət­də azalması, digəri isə xidmət sahələrinin genişləndirilməsi və əmək tətbiqinin apa-rıcı sahəsinə çevrilməsi ilə əlaqədar olaraq, burada məş­ğul olanların sayının artmasıdır. Məsələn, ABŞ-ın kənd təsərrü­fatında məşğul olanların sayı  1955-ci ildəki 6,5 mln. nəfər-dən, 1994-cü ildə 3,2 mln. nəfərə qədər azalmış, xidmət sahələrində məşğul olanların sayı isə əksinə, 1955-ci ildəki 30,1 mln.nəfərdən 1994-cü ildə 91,3 mln.nəfərə çatmışdır.
Müasir elmi-texniki inqilab iş qüvvəsinin ixtisasında birmə­nalı dəyişikliklərə gətirib çıxarır. Prinsipcə yeni texnologiya əməyin xa­rak­terinə üç cür təsir edə bilər: Onun tətbiq olunması nəticəsində: a) Bir sıra istehsal funksiyaları ləğv edilə, b) Yeni funksiyalar yaradıla, c) Qa­lan funksi­yalar maşınlara verilə bilər. Bütün bunlar isə nəticə etibarilə fiziki əməklə əqli əmək arasında nisbətin dəyişməsinə səbəb olur. Başqa söz­lə, fiziki əməklə məşğul olanların sayı və xüsusi çəkisi azalır, əqli əməklə məşğul olanların sayı və xüsusi çəkisi isə artır.
 

0 şərh