“Active YOUth” layihəsinə start

“Different Minds Center” Gənclər Mərkəzi “Active YOUth” layihəsinə start verir!
Layihədə məqsəd gəncləri natiqlik sənətinin sirləri, təşkilat strategiyasının qurulucuğu, təməl ideologiya, müasir dövlət modeli, vətəndaş cəmiyyəti barədə maarifləndirmək və bütün vacib məqamları öyrətməkdir.
Layihə üzrə təlimlər altı həftə ərzində hər həftə sonu keçiriləcək. İştirakçılar 2 mərhələ əsasında seçiləcək:

1. Online ərizə
2. Müsahibə

Təlimlər və onlara daxil olan mövzular:

1. İctimai şəxsin inkişafı (3 dərs)
• Natiq necə olmalıdır və natiqlikdə əsas ünsürlər
• Nitq söyləyərkən yaranan problemlər və onların aradan qaldırılması
• Fikirlərimizi necə rahat ifadə edə bilərik?
• Çıxış zamanı auditoriyanın diqqətini necə cəlb etməli?
• Çıxış zamanı həyəcan və emosiyaların idarə edilməsi
• Çıxış edərkən gözlənilməz suallara necə cavab verməli

2. Təşkilatın strategiyasının quruculuğu (1 dərs)
• Təşkilatın missiya və məqsədi Təşkilatın missiya və məqsədi
• Təşkilat strategiyasının hazırlanması
• Strateji məqsədlərə gedən yolda taktiki hədəflərin qurulması
• Əks mərkəzləşmə

3. Klassik siyasi ideologiyalar və müasir dövlət idarəçiliyi modeli (1 dərs)
• Dörd klassik təməl ideologiyalar (din, millətçilik, liberalizm və sosializm)
• Müasir dövlət modeli (sosial-demokratiya, liberal-demokratiya, nasional-sosializm, xristian-sosializm, islam demokratiyası)

4. Vətəndaş cəmiyyəti (1 dərs)
• Jan Jak Russonun ictimai anlaşması
• Vətəndaş Cəmiyyətinin yaranması
• Vətəndaş Cəmiyyətinin yaranmasının səbəbi və məqsədi
• Mono və Poli dövlətdə Vətəndaş Cəmiyyəti
• Vətəndaş Cəmiyyətinin maliyyələşməsi

İştirakçılara layihə sonunda sertifikatlar təqdim olunacaq və bütün təlimlər Different Minds Center tərəfindən tamamilə ödənişsiz şəkildə həyata keçiriləcək!
Active youth

Maraqlananlar bu linkdən ərizə formasını doldura bilərlər:

Son qeydiyyat tarixi 25 Mart.
Yerlər məhdudur!
Əlavə məlumat üçün: https://www.facebook.com/events/471142699617684/


Mob: (+99455) 318 16 18
Ünvan: Cəlil Məmmədquluzadə 196, (Həsən Əliyev və Hənifə Ələsgərova küçələrinin kəsişməsi, «TQDK» və Tibb Universitetinin yaxınlığı)

 

2 şərh

Nailə_Qasarayeva
Çox istərdim iştirak edim. Heyif ki, belə bir layihə Zaqatalada yoxdur.
bayram-muradov
məlumata görə çox sağ olun.