Bankomat

Bankomat (ATM) - plastik kartlarla iş vaxtı nağd pulun verilməsi və inkasso edilməsi üçün istifadə olunan bank avtomatlarıdır. İlk dəfə olaraq 1968-ci ildə ATM (Automated Teller Machine) kommersiya məqsədilə istifadəyə verildi. Artıq 1995-ci ildə Avropada 100000-ə yaxın bankomat istifadədə idi. ATM plastik kartlarla əməliyyatlar zamanı nağd pulların verilməsi, məhsul, iş və ya xidmətlərə görə nağdsız ödənişin həyata keçirilməsi və inkassasiya üçün nəzərdə tutulmuş bank avtomatlarıdır. Bundan başqa, bankomat kart sahibinə onun hesabının cari vəziyyəti haqqında məlumat (o cümlədən kağız üzərində çıxarış) almağa imkan verir.
ATM bank müştərisinə bank işçisi olmayan ixtiyari yerdə maliyyə əməliyyatlarını aparmağa imkan verən kompüterləşmiş telekomunikasiya mexanizmidir. Bir çox müasir ATM-lərdə müştərinin özünü tanıtmağı üçün ya maqnit lentli ATM plastik kartlarından, ya da daxilində istifadəçinin kart nömrəsi və bəzi təhlükəsizlik məlumatları olan çipli plastik smartkartlardan istifadə olunur.Müştəri tərəfindən ehtiyat tədbiri kimi xüsusi PİN daxil edilir. Bir çox ATM-lər banklararası şəbəkəyə qoşuludular, bu da müştərilərə imkan verir ki mənsub olmadıqları bankların ATM-lərindən istifadə edə və hətta ölkədən kənarda olduqda maliyyə əməliyyatı apara bilsinlər. Bu xüsusilə də səyahət edənlər üçün əhəmiyyətlidir - hesaba malik olduqları bankın filialı olmadığı yerdə, və ya hesabdakı məbləği xarici ölkənin milli valyutasına çevirmək üçün. Bir çox banklar hesabdan ATM-dən istifadə haqqını çıxırlar. Bəzi banklarda bu haqq yalnız bankın müştəriləri olmayanlardan çıxılır, digər banklarda isə istənilən istifadəçidən.
Ümumilikdə ATM aşağıdakı maliyyə əməliyyatlarını aparır:

  • Müxtəlif hesablardan nağd pulun verilməsi
  • Cari hesablara pulun qoyuluşu
  • Cari hesabdan təcili hesaba köçürmələr
  • Hesabdan ödənişlərin çıxarılması (məsələn vergi ödənişləri)

Bankomatlar 2 rejimdə işləyə bilir: offline və online. Offline rejimində işləyərkən bankomatlar real zaman rejimində mərkəzi bank sistemi ilə əlaqədə olmur və müstəqil işləyir. Adətən belə rejimdə işləyən bankomatlar aparılmış əməliyyat haqqında məlumatı öz yaddaşında və kartın maqnit lentində saxlayır. Offline rejimində işləyən ATM-ə xüsusi işçi - bankın kassiri nəzarət edir və o, vaxtaşırı bankomata pul qoyur, həmçinin bankomatın yaddaşına vaxtı keçmiş hesablar, ödənişlər, itmiş kartlar haqqında məlumatı daxil edir. Daha müasir sistemlərdə belə məlumatlar bankomatın bankın mərkəzi verilənlər bazasıyla kommutasiya olunmuş xətlər vasitəsilə əlaqəsi zamanı bankomatın yaddaşına daxil edilir.
Bankomatın digər iş rejimi online-dir. Bu halda müxtəlif protokollardan istifadə edərək kommutasiya olunmuş xətlərlə və ya telefon kanalları vasitəsilə bankomatlar bank sistemi ilə birbaşa əlaqədə olur. Əgər bankomat bu rejimdə işləyirsə, onda o, istifadəçiyə onun cari hesabı haqqında məlumat verə bilir. Bankomatların bu rejimdə istifadə olunması etibarlı telekommunikasiya mühiti və bank sistemlərinin mühüm hesablayıcı resurslarını tələb edir. Bankomatlarda pullar xüsusi seyflərdə yerləşən kasetlərdə saxlanılır. Kasetlərin sayı bankomatda verilən kupyura nominalının sayı ilə müəyyən olunur.
Bank xidmətləri bazarında maliyyə kartlarının belə uğurlu qəbul olunmasından sonra bir çox banklar əməliyyatlarına elektron texnologiyaların tətbiqini davam etdirdilər və Distant Bank Xidmətlərinin müxtəlif növlərini inkişaf etdirməyə başladılar. Ilk dəfə olaraq belə xidmət təxminən 20 il qabaq -Nottingham Building Society, British TelecomBank of Scotland şirkətlərinin birləşərək yeni texnologiya, Homelink proqramını yaratmaqları ilə meydana gəldi. Telefon vasitəsilə distant bank xidmətləri xüsusilə ABŞ-da geniş yayıldı. 90-cı llərin ortalarına kimi ABŞ bankları digər ştatlarda öz filiallarını açmaq imkanına malik deyildilər, ona görə də bu sistem milli miqyasda müştərilərlə əlaqə qurmağa imkan verirdi. Bu xidməti təklif edən ilk bank North Carolina National Bank olmuşdur, hansı ki 1990-ci ildə öz müştərilərinə 30-dan artıq xidmət və əməliyyatı telefon vasitəsilə təklif edirdi. 1990-ci ildə sistemə gündəlik müraciətlərin sayı 200 min təşkil edirdi. Son vaxtlarda mobil telefonun kommunikasiya imkanlarından istifadə edərək müştəriyə operativ xidmət təklif edən WAP və SMS texnologiyalardan da istifadə olunmağa başlanıb.
Elektron bankinqin inkişafı bank sahəsində artan rəqabətə təsir edir. Bu yeni texnologiya nəinki bankinq qaydasını, həm də müştərilərin davranışını da dəyişdirmişdir. Hazırda bankları seçmək, onların göstərdiyi xidmətləri müqayisə etmək müştərilər üçün daha rahat olub. Son baxtlar web-only banklar (virtual banklar) da bankinq sahəsindəki rəqabətə qoşulub. Virtual bankinq xidməti vasitəsilə müştərl istənilən vaxt istənilən virtual bankı seçə, əməliyyatlar apara bilər. Ənənəvi banklardan fərqli olaraq virtual banklar əsas yayılma kanalı kimi web səhifələrdən Istifadə edirlər. Standart web-only biznes modelinə əsasən bu xidmətin həm banklara,həm də müştərilərə faydası var. Mərkəzi maliyyə üstünlüyü bu bankların fiziki filialının olmamasından irəli gələn qənaətdir. Fiziki bölmənin olmaması xərcləri azaldır və daha geniş coğrafi bazarlara daxil olmağa imkan verir. Bu modelin müştərilərə verdiyi üstünlük yalnız xidmətin rahatlığında deyil, həm də qənaətlər nəticəsində bankın daha yüksək faizlər təklif etmək imkanında olmasıdır.
Web-only banklar 1990-ci illərdən yaranmağa başlamışdır. İlk internet bank kimi 1995-ci ildə açılmış Security First Network bankı göstərmək olar. Bu bank yalnız internetdə fəaliyyət göstərir və müştərilərlə iş üçün heç bir fiziki ofisə malik deyil. Bu bank öz müştərilərinə müxtəlif bank hesabları açmaq, hesabları idarə etmək, ödənişlər aparmaq, balansı yoxlamaq kimi xidmətləri yalnız bankın internet səhifəsi vasitəsilə reallaşdırmağa imkan verir. Avropada ilk virtual bank Advance Bank olmuşdur. Həmçinin digər virtual banklar kimi BankDirect, Compubank, Netbank-ı misal gətirmək olar. Dünya üzrə yayılmış İNG Direct bankı dünyanın 9 ölkəsində fəaliyyət göstərir və 15 milyondan çox müştəriyə malikdir.

 

1 şərh

Arzt
Təşəkkür…