Pullar haqqında: Bankomatla polis çağırmaq mümkündür?!

Pullar həyatımız ayrılmaz bir hissəsini təşkil edir. Bu səbəbdən də, həyatımızın digər sahələrində olduğu kimi, pullar haqqında da çoxlu sayda əsassız fikirlər formalaşmışdır. Bu fikirlər ən populyar olanları ilə tanış olaq:

“Çirkli pullar” ifadəsi yalnızca məcazi məna daşıyır:


Əslində isə kağız pullar gün ərzində toxunduğumuz ən çirkli predmetlərdən biridir. Hazırda pul qabınızda mövcud olan pulun üzərində yüzlərlə min mikrob var. Məhz buna görə növbəti dəfə hər hansı virus və yaxud mikroba yoluxduqda yadınıza salın ki, bəlkə elə pula toxunduqdan sonra əllərinizi təmiz yumamısınız. Əgər xarici ölkəyə səfər etməyə hazırlaşırsınızsa, bu cəhətə xüsusi olaraq diqqət edin. Bir faktı da qeyd edək ki, bir çox ölkələr bu çirkli pullarla mübarizə aparmağa çalışır. Belə ki, Avropa İttifaqı avroya xüsusi antibakterial tərkib əlavə edir. Yaponiyada isə banknotları sterilizə edən xüsusi bankomatlardan istifadə edir.
Davamı →

Bankomat

Bankomat (ATM) — plastik kartlarla iş vaxtı nağd pulun verilməsi və inkasso edilməsi üçün istifadə olunan bank avtomatlarıdır. İlk dəfə olaraq 1968-ci ildə ATM (Automated Teller Machine) kommersiya məqsədilə istifadəyə verildi. Artıq 1995-ci ildə Avropada 100000-ə yaxın bankomat istifadədə idi. ATM plastik kartlarla əməliyyatlar zamanı nağd pulların verilməsi, məhsul, iş və ya xidmətlərə görə nağdsız ödənişin həyata keçirilməsi və inkassasiya üçün nəzərdə tutulmuş bank avtomatlarıdır. Bundan başqa, bankomat kart sahibinə onun hesabının cari vəziyyəti haqqında məlumat (o cümlədən kağız üzərində çıxarış) almağa imkan verir.
ATM bank müştərisinə bank işçisi olmayan ixtiyari yerdə maliyyə əməliyyatlarını aparmağa imkan verən kompüterləşmiş telekomunikasiya mexanizmidir. Bir çox müasir ATM-lərdə müştərinin özünü tanıtmağı üçün ya maqnit lentli ATM plastik kartlarından, ya da daxilində istifadəçinin kart nömrəsi və bəzi təhlükəsizlik məlumatları olan çipli plastik smartkartlardan istifadə olunur.


Ardı →