Uyğunsuz bir saatda gözəlliyi dərk edə bilirikmi ?

Bir adam Vaşinqton metrolarının birində yerdə əyləşir və skripkasıyla ifaya başlayır; soyuq bir yanvar səhəridir. 45 dəqiqə boyuca 6 Sebastyan Bax əsəri çalır. Çox insanın işə tələsdiyi bu müddətdə 1100 nəfərin ordan keçdiyi hesablanır.
Üç dəqiqə sonra orta yaşlı bir kişi musiqinin səsinə dayanır, qulaq asmağa başlayır, dəqiqə keçmədən yenə öz işinə yollanır.
Bir dəqiqə sonra skripkaçı ilk bir dollarlıq bəxşişini alir; bir qadın pulu skripkanın qarşısından keçərkən atır və heç dayanmadan yoluna davam edir.
Bir neçə dəqiqə sonra başqası divara söykənir və azacıq qulaq asdıqdan sonra işinə gecikir.
Ən çox diqqət cəlb edən isə 3 yaşlı uşaq olur. Anası tələm tələsik öz işinə qaçmasına baxmayaraq uşaq anasını getməməsi üçün çəkir. Sonda ana möhkəmcə uşaqdan yapışaraq yola davam edir, uşağın gözü isə skripkada qalır, eyni hadisə digər etinasız valideynlər tərəfindən də təkrarlanır.
45 dəqiqəlik skripka ifası zamanı yalnız 6 adam dayanıb əsərləri dinləyir. Yalnlz 29 nəfər pul verib öz yoluna davam edir və skripkaçı 32 dollar toplayır. Skripkaçının ifası bitdikdən sonra səssizlik hökm sürür, heç kim onu tanımır və heç kim alqışlamır.
Bəli, heç kim dünyanın ən möhtəşəm bəstələrini 3.5 milyon dollar dəyərində skripkayla çalan bu insanın dünyanin ən tanınmış musiqiçilərində n Joshua Bell olduğunun fərqinə varmır.
Bu hadisədən iki gün əvvəl isə biletlərinin qiyməti 100 dollar olan konsertinə yerlər 1 gündə tükənmişdi və 115 min dollar qazanmışdı.
Bu gerçək bir hekayədir və Joshua Bell’in bu şəkildə metroda skripka çalması, Washington Post qəzeti tərəfındən anlama, həzzalma və öncəliklər üzərinə aparılan bir ictimai təcrübə üçün qurulmuşdu.Sorğ ulanan şeylər; sıradan bir yerdə, uyğunsuz bir saatda gözəlliyi dərk edə bilirikmi? Dayanıb ondan həzz alırıqmı? Gözləmədiyimiz bir şəraitdə bir istedadı tanıya bilirikmi? idi…Bu təcrübadən çıxarılacaq hissə isə, dünyanın ən yaxşı musiqiçisi, dünyadakı ən yaxşı musiqisni çalarkən, qarşısında durub, dinləyəcək bir dəqiqəmiz belə yoxdursa, başqa nələri qaçırırıq görəsən?
Genius

 

0 şərh