Ölkəni bürüyən terror - Özümüzü necə qoruyaq?

  • Musiqi
Sovet fotolarından boy verən o xoşbəxtlik… Təkcə nostalgiya yox, həm də xoşbəxtliyə cütlənmiş cizgilər, günəbaxan kimi üzlər...
Totalitar cəmiyyətlərin özünəxas hədiyyələri var; insana bir çərçivə verir ki, bu çərçivənin içində yaşa. Bu halda sən artıq əl-qol atmağın bir mənası olmadığını başa düşürsən, nəinki dünya, ölkə, heç öz gələcəyin barədə də nəsə plan qurmağa ehtiyac görmürsən. Bilirsən ki, sənin planını quran var, sənə qalan yeganə iş biçilmiş bu paltarın içində ömür sürməkdir. İşlə, rəqs elə, seviş...

Davamı →

Niyazi haqqında maraqlı faktlar

1. Niyazi Zülfüqar oğlu Tağızadә 1912-ci il avqustun 20-də Tiflisdə ziyalı ailəsində doğulub. Anası Böyükxanım ixtisasca həkim olub. Atası Zülfüqar Hacıbəyov Azərbaycanda musiqili teatrın banilərindən və dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun qardaşı idi. Niyazinin dayısı Heydərəli Tağızadə inqilabçı olub. Dayısının faciəli qətlindən sonra Niyazi onun soyadını daşımağı özünə borc bilir. Beləliklə Tağızadə-Hacıbəyov soyadını götürür. Lakin daha çox Niyazi adı ilə tanındı.

Davamı →

Bu mahnı gənc alimi cəsarətləndirmək üçün yazılmışdı

Bu gün söhbət açacağımız mahnının tarixçəsi bir az qəribə və fərqlidir. Həmin mahnının qəhrəmanları da yaşayır. Elə mahnının özü kimi...
Mahnının sözləri Fikrət Qocaya, bəstəsi Ruhəngiz Qasımovaya aiddir. Yəqin ki, bu məşhur mahnını tanıdınız. Tanımadınızsa, deyək: “Ay ana, dostum evlənir”. Romantik və eyni zamanda gülməli bir əhvalat nəticəsində dünyaya gələn mahnı… 1967-ci ildə yazılan bu mahnı təkcə Ruhəngiz xanımın arzusunu deyil, o zamankı gəncliyin də arzularının ifadəçisinə çevrilmişdi.

Davamı →

Dünya bəstəkarları

Bedrjik Smetana (02.03.1824 — 12.05.1884)
Çex milli bəstəkarlıq məktəbinin əsasını qoyan B.Smetana musiqi tarixinə pianist, dirijor kimi daxil olmuşdur. Musiqi istedadı bəstəkarda çox erkən yaşlarından özünü göstərmiş, belə ki, 8 yaşlı Smetana artıq skripka və fortepianoda ifa etməyi bilmiş, həm də bir sıra əsərlər bəstələmişdir.

Davamı →

Cuzeppe Fortunino Françesko Verdi

 Cüzeppe Verdi 10 oktyabr 1813-cü ildə Şimali İtaliyadakı Ronkole şəhərində, hazırda muzey kimi istifadə olunan evdə dünyaya göz açıb. Ailəsindən heç kim musiqi ilə məşğul olmasa da Verdi musiqiyə çox düşkün idi. O, kilsə orqançısından ilk musiqi dərslərini alıb. 10 yaşından etibarən bazar günləri kilsədə orqan çalmağa başlayıb. Busettoda ailəvi tacir dostları Antonio Barezzinin evində qalan Verdi latın dilindən və musiqidən dərslər alır. Milan Konservatoriyasına daxil olmaq istəyən Verdi, piano texnikasından zəif olduğu üçün imtahanlardan keçə bilmir.

Davamı →

Kütləvi musiqi mədəniyyəti

Qədim yunanların məktəblərində poeziya, riyaziyyat, musiqi, təsviri incəsənət və idman fənləri tədris olunurdu. Onlar üçün bu fənlərin hər birinin xüsusi əhəmiyyəti var idi. Göründüyü kimi musiqinin də bir fənn kimi, təlim prosesinə daxil edilməsinin böyüməkdə olan gənc nəslin inkişafına təsirini hələ qədim yunanlar başa düşürdülər.
“Musiqi tərbiyəsinin vəzifəsi — ilk növbədə musiqiçi deyil, insan yetişdirməkdir”. Bu dahi ideyanın, mənalı və məntiqli sözlərin müəllifi böyük Ukrayna pedaqoqu, akademik V.A.Suxomlinskidir. Sadə, lakin elmə əsaslanan bu fikir, keçən əsrin ortalarında deyilməsinə baxmayaraq, bu gün də öz əhəmiyyətini, aktuallığını itirməyib.

Davamı →

Babası xanəndə, atası tarzən olan bəstəkar

Azərbaycanın xalq artisti, 3000-dən artıq mahnı və instrumental musiqinin müəllifi Eldar Mansurov. Onun 1989-cu ildə bəstələdiyi “Bayatılar” mahnısı dərhal populyarlıq qazandı. O vaxtdan indiyədək bu uzunömürlü mahnı dünyanı gəzir.
Eldar Mansurov nəslinin musiqi ənənələrini davam etdirən sənətçidir. O, 1952-ci il fevralın 28-də Bakıda İçəri şəhərdə anadan olub.
Davamı →

Xan Şuşinski bayrağımızı gizli musiqi ilə vəsf etmişdi

  • Musiqi
9 noyabr Dövlət Bayrağı günüdür. Məşhur “Şuşanın dağları” mahnısının da üçrəngli bayraqla bağlılığı var.
Xalq mahnısı kimi tanınan, indiyədək bir çox sənətkarlar tərəfindən ifa edilən,  Şuşanın gözəllikləri əks olunan bu mahnının ilk ifaçısı Xan Şuşinski olub. Xan Şuşinski səsinin qanadlarında təkcə dünyanı dolaşmırdı. O, eyni zamanda, Azərbaycan xalqının zəngin musiqi mədəniyyətini bütün dünyaya tanıdırdı. Buna görə də böyük nüfuz və hörmət-izzət sahibi olub. Mürəkkəb muğamların mahir bilicisi və ifaçısı olan Xan Şuşinski Azərbaycan milli musiqisinin təbliği yolunda böyük nailiyyətlərə imza atıb. Səsinin ahəngi zəngulələrə böyük imkanlar açıb. O, muğamların ruhuna uyğun qəzəllər seçməkdə də mahir olub.

Davamı →

Ramiz Zöhrabovun yaradıcılığında “Zərbi-muğam” janrı

Şifahi ənənəli Azərbaycan professional musiqisinin əsas janrlarından biri zərbi-muğamlardır. Azərbaycan xalqının musiqi irsində geniş yer tutan bu janr həm bəstəkarların, həm də musiqişünas alimlərin diqqətini cəlb edən mühim bir mövqedə yerləşir. Bu baxımdan zərbi-muğam janrının tədqiqi məsələsi olduqca maraqlıdır. Bu istiqamətdə ilk olaraq dahi bəstəkar Üzeyir bəy Hacıbəylinin Azərbaycan şifahi ənənəli professional musiqi janrları haqqında dəyərli araşdırmaları, görkəmli musiqişünas-alim M.İsmayılovun “Azərbaycan xalq musiqisinin janrları” adlı elmi nəzəri kitabında adını çəkdiyimiz janr haqqında məlumatlara rast gəlirik.
Davamı →

Vaqif Mustafazadə - Dünyanı heyran edən istedad

Vaqif Mustafazadəni Azərbaycan caz musiqisinin banisi və yeni caz fikrinin təsisçisi adlandırırlar
Onu Azərbaycan caz musiqisinin banisi və yeni caz fikrinin təsisçisi adlandırırlar. Vaqif Mustafazadənin adı musiqi tariximizə Azərbaycan musiqisinin, muğamın klassik Amerikan caz musiqisi ilə sintezini  — Caz-Muğam sintezini yaradan bəstəkar kimi yazılıb. «Caz ürək musiqisidir» deyən bəstəkarı həmçinin, Azərbaycan Muğam Caz Hərəkatının memarı hesab edirlər. „Vaqif Mustafazadə ekstra-klass səviyyəli pianoçudur. Dünya cazında ona tay olacaq ikinci sənətkar tapmaq çətindir”-deyə tanınmış amerikalı tənqidçi onun haqqında yazmışdı.

Davamı →