Niyə kədərlisən?

Niyə kədərlisən?
Hz. Adəm (a.s.) kimi 200 il tövbəmi etdin?

Niyə kədərlisən?
Hz. İbrahim kimi atəşəmi atıldın?

Niyə kədərlisən?
Hz. Zəkəriyyə (a.s) kimi mişarlamı kəsildin?

Niyə kədərlisən?
Hz. Yusuf (a.s) kimi quyuyamı atıldın?

Niyə kədərlisən?
Hz. Məhəmməd (s.ə.v.) kimi Taifdə daşlandınmı?
Namaz qılarkən başına içalat (bağırsaqmı) qoyuldu?
Dişinmi sındırıldı, üzünə tüpürcəkmi atıldı?
Hicrətəmi məcbur edildin, sevdiklərindənmi ayrıldın?

Niyə kədərlisən?
Hz. Həmzə (r.ə) kimi burnun, qulağınmı kəsildi?

Niyə kədərlisən?
Musab bin Umeyr kimi qollarınmı kəsildi?

Niyə kədərlisən?
Cəfər ibn Əbu Talib kimi ox, mizraq və qılınc zərbələriyləmi yaralandın?

Niyə kədərlisən?
Ammar, Sümeyyə, Yasir kimi işgəncəmi gördün?

Niyə kədərlisən?
Bilal kimi qızğın qumlara yatırdılıb, üzərinə daşlarmı düzüldü?

Niyə kədərlisən?
Yunus peyğəmbər kimi dənizəmi atıldın?

Niyə kədərlisən?
Eyyub peyğəmbər kimi bədənini yaralarmı örtdü?

Niyə kədərlisən?
Hz. İsa kimi çarmıxa çəkməkmi istədilər səni?

Niyə kədərlisən?
Yoxsa İbn Teymiyyə kimi “lə iləhə illəllah” dediyinə görə ömrün zindanda keçdi?

Niyə kədərlisən?
Yoxsa İmam Nəsai kimi haqqı dediyinə görə döyülərək öldürüldün?

Yenə də əhvalın pisdirmi?
Nə düşünürsən, dünyalıq işlərinimi? Artıq özünə gəl!...

Kədərlənəcəksənsə
Namazını qəzaya saxladığın üçün, birinin ürəyini qırdığın üçün,
Bazar ertəsi, cümə axşamı orucunu tuta bilmədiyin üçün kədərlən..!!

Kədərlənəcəksənsə
Bu gün ALLAH üçün bir şey edə bilmədiyin üçün, ALLAH və Elçisi (s.ə.v)-ini məmnun edə bilmədiyin üçün kədərlən!...

Kədərlənəcəksənsə
Fələstində, Çeçenistan, İraqda və dünyanın dörd bir tərəfində zülm görən, işgəncə edilən, öldürülən din qardaşların üçün kədərlən!...

Kədərlənəcəksənsə
Bir kasıba kömək edə bilmədiyin üçün, yetimin əlindən tuta bilmədiyin üçün kədərlən!...

Kədərlənəcəksənsə
Afrikada və digər ölkələrdə bir loxma çörək tapa bilməyən, xəstəliklərlə mübarizə edən insanlar üçün kədərlən!...

Kədərlənəcəksənsə
Quranı kifayət qədər oxuyub, həyatında tətbiq edə bilmədiyin üçün kədərlən!...

Kədərlənəcəksənsə
Peyğəmbər əfəndimizi, canından, malından, dostlarından, yaxınlarından hər şeydən çox sevə bilmədiyin üçün
kədərlən!...

Kədərlənəcəksənsə
ALLAHa, səni Yaradana həqiqi mənada qul, Peyğəmbərimizə ümmət ola bilmədiyin üçün kədərlən!...

Kədərlənəcəksənsə
Etdiyin günahların cəzasını alacağını düşünüb kədərlən...


 
 

4 şərh

ayxansevda
çoxdandı belə maraqlı yazı oxumamışdım sağ ol
sirius
 bu elə bir yazidi ki, her kəslə paylaşmaq lazimdi....cunki,her kicik şeyden kederlenirik demə ki dunyaliq işlerinə gore kədərlənməyə deyməz...əlaa ALLAH RAZİ OLSUN…
Cavid
Mən facebook da paylaşdım, insAllah hamı faydalanar.