EY NƏFSİM

EY NƏFSİM! ! ! Sənə təəssüflər olsun Allah (cc) ‘ ın yaratdığı sudan icərsən, havasından udarsan onun nemətlərindən yeyərsən bütün bunlara baxmayaraq ona üsyan etməkdən çəkinməzsən, Ey nəfsim sənə təəssüflər olsun...
EY NƏFSİM! ! ! Sənə təəssüflər olsun günah işləmək üçün əzm edərsən utanmazsan əlindən gələni edərsən amma tövbə etmək üçün eyni əzmi göstərməzsən günahında israr edib tövbədə gözləməyə qalxarsan,
EY NƏFSİM! ! ! Sənə təəssüflər olsun axşama qədər boş booş danışarsan nə sən İslamı izah edərsən nə də izah edəni dinlərsən bir də utanmadan izah edən insanları əhəmiyyət verməzsən,
EY NƏFSİM! ! ! Sənə təəssüflər olsun hər şeyi bildiyini sanarsan amma heç bir şey bilmədiyini anlamazsan, elm öyrənmək istəyərsən amma yaddaşı boş şeylərlə oldurərsan elmə yer buraxmazsan,
EY NƏFSİM! ! ! Sənə təəssüflər olsun bilməz misinki sənə soruşacaqlar gəncliyini harada xərclədin? Nələr etdin? Ömürünü harada keçirdin? Nə cavab verəcəksən? ? ?
EY NƏFSİM! ! ! Sənə təəssüflər olsun cənnəti istədiyini söyləyərsən amma oraya girmək üçün heç bir şey etməzsən,
EY NƏFSİM! ! ! Sənə təəssüflər olsun Cəhənnəmdən qorxduğunu söyləyərsən amma öz öz varlığını onun içinə yavaş yavaş atmaqda olduğunun fərqinə varmazsan,
EY NƏFSİM! ! ! Sənə təəssüflər olsun ölüləri görərsən davamlı amma heç cür ağıl edə bilməzsən bir gün sənində öləcəyini və o günün nə vaxt olacağını bilirsənmi? Bəlkə bu gün bəlkə indi,
EY NƏFSİM! ! ! Sənə təəssüflər olsun Əzrail (as) ilə qarşılaşdığında bir az daha dünyada qalıb xeyirli işlər edimmi deyəcəksən? Bilmirsənmi əcəlin gözləməyəcəyini səni qəflətən tutacağını?
EY NƏFSİM! ! ! Sənə təəssüflər olsun ölüm səni gözləyir amma sən qaçmağa çalışırsan hara qədər? Azuqə yığıb səfərə çıxmaq ən doğrusu deyilmi? Yaxşı, niyə azuqə yığmırsan bu dünyada niyə hələ əllərin boş?
EY NƏFSİM! ! ! Sənə təəssüflər olsun hər şeydən qorxarsan, sevilməyəcək kəsləri sevərsən, insanlar məmnun olsun deyə əlindən gələni edər hər istəklərini qarşılayarsan yaxşı ONUN istəklərini niyə etmirsən? Kimin razılığı üçün yaşayırsan sən? ? ?
EY NƏFSİM! ! ! Sənə təəssüflər olsun axşama qədər qeybət edirsən yediyin ətlər səni doyurmadımı? Hələ tıxa basa qarınını doyurub şəhvətini artırarsan? ? ,
EY NƏFSİM! ! ! Sənə təəssüflər olsun dinlədiyin bir mahnıda izlədiyin bir filmdə ağlayırsan Allah (cc) ücün niyə ağlamazsan ONUN üçün gözyaşı axıda bilməyəcək qədər ürəyin qərarmışmı?
EY NƏFSİM! ! ! Sənə təəssüflər olsun Müsəlmanım deyərsən amma buna sən belə çətin inanarsan. Yaşayışına bir bax həqiqətən Müsəlmansanmı? ? ?
EY NƏFSİM! ! ! Sənə təəssüflər olsun göyləri deşən binalara bax! Onları edənlər indi iki metrlik çuxurun altında sabah səndə onlara qonşu olacaqsan,
EY NƏFSİM! ! ! Sənə təəssüflər olsun insanlara təşəkkür etməkdən çəkinməzsən amma YARADANA nankorluq etməkdən utanmazsan,
EY NƏFSİM! ! ! Ümid edilər ki tövbə qapıları bağlanmadan, sən hələ nəfəs alarkən, ölüm mələkləriylə qarşılaşmadan əvvəl ağılını başına al keçici dünyanı sonsuz yurd olan Axirətə seçməkdən imtina edərsən,
EY NƏFSİM! ! ! Ən qısa zamanda ALLAHIN yaratdıqlarına baxıb təfəkkür etməyi öyrənməlisən, onun istədiyi yaşamağı bilmək çatmaz onu yaşamaq lazım yaşamaq sonrada yaşatmaq,
EY NƏFSİM! ! ! NƏ XOŞBƏXT SƏNƏ MƏĞLUB OLMAYANLARA, NƏ XOŞBƏXT SƏNİ ƏYİB KEÇƏNLƏRƏ NƏ XOŞBƏXT ALLAHI RAZI EDƏNLƏRƏ, SƏN DAVAM ET HƏYATI YAŞAMAĞINA BAX ƏYLƏN GÜL OYNA BƏDƏNİN ATƏŞİ HİSS ETDİYİNDƏ ZAMAN GÖRÜŞMƏK DİLƏYİ İLƏ…

 
 

0 şərh