Şərəfsizlərin şərəfinə

Daha kimlər var şəhərdə...
Böyük kiçik bilməyənlər.. qır-qır keçib gülüşənlər.. bir-birinə sürtüşənlər...
Sübhdən gecəyədək nəvəsini oxutmaqçün..küçələrdə limon satan nənələrin şaxta vurmuş çöhrəsi var...
__________________________________________________________________
İkili cizgilər var..şəhərin küçələrində...
Xalq acından küçələrə tökülərkən... "kreslo" sahibləri pulları küçələrə tökür...
Cəmiyyətin sadə vətəndaşları yeni günə yeni ümüdlə başlamağa çalışarkən.. “mürəkkəb vətəndaşlar” yeni ümüdləri qırmaq üçün yeni planlar cızmağa başlarlar...
və yenə lent yazısı tək təkrarlanar hər şey....
Bu günə..bu ana bağlılıq..vicdansızların vicdanına möhür olmuş...
kreslona möhkəm yapış..bir gün geri çəkilib də..yıxıldığın da..gülüşlərim boğar səni..
yaşatma bu həzzi mənə..möhkəm ol oturduğunda...
Bu dəfə "tost" demək növbəsidə məndə...
qaldırılsın qədəhlər.. ŞƏRƏFSİZLƏRİN ŞƏRƏFİNƏ..!

müəllif: (Laməkan)

 

1 şərh

soni_memmedzade
maraqlı başlıqdır