Ağ tut qurusunun faydaları

Azərbaycanda tut ağacının bir çox növləri yayılıb, eyni zamanda qiymətli bitki kimi respublikanın əksər rayonlarında çox qədimdən becərilir.

Abşeronda qara və ağ tut daha geniş becərilir. Tut qurusu əslində çox xəstəliyə faydalı quru meyvədir. Əminliklə deyə bilərik ki, faydalarını bildikdən sonra sizin də süfrənizdən əskik olmayacaq.

Dəmirlə zəngin olan tut qurusu sidiklə bağlı xəstəliklərin, böyrəklərdəki şişlərin, bağırsaq qurdların müalicəsində istifadə olunması tövsiyyə olunan meyvədir.

Ağ tut ağacdan yığıldıqdan bir neçə saat sonra rəngini və quruluşunu dəyişməyə başlayır. Qış aylarında qurudulmuş ağ tut yemək məsləhətdir

Günəş şüaları altında qurudulan tutda kalsium və dəmir elementləri çoxdur. Bu meyvə B1, B2 və C vitaminləri ilə də zəngindir.
 

0 şərh